“Rusiya ilə Azərbaycan arasında, iki ölkənin xalqları arasında yüksək səviyyəli inteqrasiya bərqərar olub. Hazırda Rusiyanın Azərbaycandan daha yaxın müttəfiqi olmadığı obyektiv həqiqətdir”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu onlayn formatda keçirilən “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya Federasiyası ilə əməkdaşlığı” adlı konfransında rusiyalı politoloq Oleq Kuznetsov söyləyib. “Əqli, maliyyə, əmtəə mübadilələrinin uzun ənənələrə söykənməsi ölkələrimizi bir-birinə hər hansı siyasi mənafedən daha möhkəm bağlayır. İki yüz illik müştərək tariximiz nəticəsində xalqlarımız arasında elə sarsılmaz tellər yaranıb ki, onu qırmaq qeyri-mümkündür”, – o deyib.
Politoloq Azərbaycanla Rusiyanın həm də nasizmi tərənnüm edənlərə qarşı mübarizədə müttəfiq olduqlarını diqqətə çatdırıb: “Hər iki xalq bu hala eyni dərəcədə mənfi baxır. Rusiya Federasiyasında nəinki nasizmin tərənnümünə qarşı, həm də erməni nasizm ideologiyasını rəhbər tutan, ondan ilhamlanan erməni millətçilərinin pozucu fəaliyyətinə qarşı məqsədyönlü siyasət yeridilir. Bu yaxınlarda Armavir şəhərində Njdeyə həsr olunan xatirə lövhəsi söküləndən sonra polis xüsusi əməliyyat keçirdi və bunun nəticəsində 15-dən çox erməni ekstremisti Rusiya ərazisindən sürgün edildi”.
Müəllifi olduğu “Ermənistanda nasizmin tərənnümü dövlət siyasətidir” adlı kitabın ötən həftə Qazaxıstanda rus və ingilis dillərində nəşr olunduğunu bildirən ekspert bu kitabı Rusiyada yaymaq fikrində olduğunu vurğulayıb.

Комментариев нет:
Отправить комментарий