30.12.2020

ABŞ maşaları olan anti-Rusiyaçılar barədə

Nadir Qocabəyli

Mən demirəm ruslar yaxşıdır, ya pisdir. Fakt budur ki, Rusiya höküməti Qarabağda bizim hökümətimiz və qardaş Türkiyə höküməti ilə müştərək fəaliyyət göstərir...
Ancaq müəyyən qüvvələrin radikal anti-Rusiya təbliğatının arxasında birmənalı olaraq ABŞ dayanır.
O adamların bir-bir adını da çəkə bilərəm.
Dildə milli mövqedən çıxış etsələr də, əslində ABŞ-ın sifarişini yerinə yetirirlər. Zira qlobal geosiyasi mübarizədə Rusiyanı lənətləmək - ABŞ-ın əlinə oynamaq, ona işləməkdir...
Amma əslində milli maraqlarımız məhz ABŞ-ı ifşa etməyi, qonşu ölkələrlə, o cümlədən Rusiya ilə dil tapmağı tələb edir. Hazırda qardaş Türkiyə höküməti, onun lideri Ərdoğan da məhz bu yolla gedir. 
Ruslar erməniləri dəstəkləmirlər. Dəstəkləsəydilər, bunu 44 günlük müharibə zamanı edərdilər. Ruslar sadəcə ermənilərlə bizim aramızda balans yaratmağa çalışırlar. Bunu onların maraqları tələb edir. Biz də öz maraqlarımız tələb edəni etməliyik. 
Bəli, rusları da, türkləri də, İranı da tənqid etmək olar və lazımdır da. Ancaq hər şeyi müsbət nəticəyə hesablamaqla, daha içinə qusmaqla yox... 
Unutmayaq, 27 il idi həsrət qaldığımız Qarabağı, 44 günə almışıq. Böyük irəliləyişlər var. Bu işdə Rusiya və Türkiyə ciddi rol oynayıblar. Amma ABŞ, Fransa, İngiltərə, Almaniya öz maraqları naminə hər şey bir anda zay etməyə, bizi hər an güdaza verməyə hazırdırlar.
İstifadə etdikləri maşalar da radikal anti-Rusiyaçılardır...

Комментариев нет:

Отправить комментарий