30.12.2020

Sərdar Cəlaloğlu: Belə çıxır ki, Rusiya sülhməramlıları Qarabağa bizim balalarımızı qırmaq üçün gəliblər

ADP sədri Sərdar Cəlaloğlu: "Biz ilk gündən deyirdik ki, Rusiyanın Qarabağa girməkdə məqsədi erməniləri silahlandırıb, bizim əl-qolumuzu bağlamaqdır"

Rus ordusu Sərdar bəyin balalarını qırmaq üçün gərək İngiltərəyə hücum eləsin.

Sərdar bəyin oğulları Londonda, İngiltərə səfirliyinin ona bağışladığı 20 milyonluq malikanədə yaşayırlar, - nə müharibə vaxtı gəlib vətənə xidmət ediblər, nə də bundan sonra gəlmək fikirləri var. Rus ordusu Sərdarın balalarını qırmaq üçün gərək İngiltərəyə girsin, bu isə Üçüncü dünya müharibəsi deməkdir. Odur ki, Qarabağın və xalqımızın taleyi üçün dəridən-qabıqdan çıxan Sərdar bəyin narahatçılığına heç bir əsas yoxdur.

Комментариев нет:

Отправить комментарий