Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Eçmiədzin hərbi hissəsinin qarşısında etiraz aksiyası keçirirlər.
Aksiya iştirakçıları onlara itkin düşmüş hərbçilər haqqında heç bir məlumatın verilməməsindən şikayət ediblər. Valideynlərdən biri aksiya zamanı erməni jurnalistə deyib: "60 nəfərdən 34-ü itkin düşdü. Bizə heç bir məlumat verilmir. Hərbi hissədən deyirlər ki, hansısa məlumat verməyə səlahiyyətləri çatmır".
“42 gündür nəvələrimə, cavan gəlinimə nə cavab verəcəyimi bilmirəm. 3 azyaşlı övladı oğlumu gözləyir. Övladlarımızı salamat apardıqları kimi onları sağ qaytarsınlar. Dövlətimiz haradadır, hara baxır?",- deyə digər valideyn fəryad edib.
Aksiya iştirakçıları müharibədə itkin düşən yaxınının döyüşlərdə aktiv iştirak etdiyini və lazımi elementar hərbi əşyalarla belə təmin olunmadığını bildirib: "Uşaqlar müharibəyə aparıldı. Amma niyə ona zirehli jilet verilmədi?”.
Etirazçılardan biri əlavə edib: "Uşaqlarımız Qafanda xidmət edirdilər. Amma Zəngilanda peyda oldular. İndi isə tapa bilmirik".
Комментариев нет:
Отправить комментарий