Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:
-Təsadüfi deyil ki, Roma Papası Eçmiədzinə səfər etdi. Təsəvvür edin ki, Roma Papası özü gəlib erməni katolikosundan xeyir-dua aldı! ABŞ Konqresinin açılışını erməni apostolu etdi. Konqresin iclası onun xeyir-duası ilə başlandı və elan edildi ki, Konqresin gələn iclasının açılışını Kilikiya arxiyepiskopu edəcək. Ta qədimlərdən qlobal layihəçilər tərəfindən ermənilər ikinci yəhudilər kimi nəzərdə tutulmuşdur. Xanaanda yəhudilərə qarşı üsyan edən xalq məhv edildiyi kimi, azərbaycanlılar da bu müharibədə məhv edilməliydilər. Amma nəzərə alınmalıdır ki, bu sxem nə Azərbaycan, nə də erməni xalqlarının maraqlarına cavab vermir, bu qlobalçıların ssenarisidir, qlobalçıların oyunudur. Azərbaycan əhalisi Ermənistan əhalisindən üç dəfə çox olmasına baxmayaraq, uduş olmayacaqdı. Bu yaxınlarda gördüz ki, Azərbaycan diplomatiyası ölkənin maraqlarını satmaqla məşğuldur və ölkə rəhbəri buna görə xarici işlər nazirini işdən qovdu. Təkcə diplomatiya faktoru Azərbaycanın qələbəsini sual altına qoyurdu. ABŞ dünyada Almaniyadan sonra ən böyük səfirliyini Ermənistanda açmışdır. Müharibənin başlanmasında bu səfirliyin mühüm rolu olmuşdur. Səfirlik öz potensialını büsbütün ona yönəltmişdi ki, Rusiyanı da Azərbaycan-Ermənistan konfliktinə cəlb etsin. Həm Azərbaycanda, həm də Ermənistanda sinxron şəkildə bir-birləri ilə əlaqədə olan qruplar var ki, bir-birlərinə pas ötürməklə oynayırlar, vəziyyəti gərginləşdirməyə çalışırlar. Onlar Azərbaycan, ya erməni xalqlarının maraqları yolunda çalışmırlar, onlara ABŞ səfirliyindən əmrlər gəlir və bu istiqamətdə də işləyirlər. Amerikanyönümlü lobbi həm Azərbaycan, həm də Ermənistan ordusunda var. Bu sahədə hər iki ölkə ordusunda çox problemli bir vəziyyət yaranıb. Məhz belə problemli vəziyyət Ermənistana üstünlük yaradır və müharibənin yenidən başlanmasına yol açır.
Комментариев нет:
Отправить комментарий