11.12.2020

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:

-Azərbaycan və erməni xalqları başa düşməlidirlər ki, onlar yalnız Rus dünyasına sığınsalar sağ qalacaqlar. Əks təqdirdə Qərb onları məhv edəcəkdir. Amerikan elitası yatmayıb, daim pusquda oturub sizi izləyəcək. Qlobalçıların sizinlə bağlı öz planları var. Əbəs yerə Rus sülhməramlıları Qarabağa girəndə ABŞ müdafiə və kəşfiyyat nazirləri işdən qovulmadılar. Rusiya regionda olmasa yeni müharibə törədəcəklər. Bu müharibələrin qısa fasilələrlə ardı-arası kəsilməyəcək, Azərbaycan və Ermənistan torpaqları yerli əhalidən təmizlənənədək davam edəcək. Azərbaycan və erməni xalqları öz aralarında sülh yaratmalıdırlar. Kim deyirsə bu qədər olub keçənlərdən sonra sülh mümkün deyil, səhv edir və Rusiya tarixinə baxsın. Rus dünyasının mahiyyəti elə bundadır ki, aralarında nifaq və qan olan xalqları dəfələrlə qardaşlaşdırıb. Aralarında müharibələr olmuş nə qədər xalqlar var ki, hal-hazırda Rusiyada mehriban yaşayırlar. Qərb dünyasının yanaşmarından fərqli olan Rus dünyasının yanaşmaları regionda sülh yaratmağa köklənib. Azərbaycan və erməni xalqları talelərini Rus dünyasından ayırıb diasporalara bağlamağa çalışmamalıdırlar, çünki diaspora – Qərb qloballaşmasının oyuncağıdır.

Комментариев нет:

Отправить комментарий