11.12.2020

 

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:

-Azərbaycanın Qarabağ müharibəsində udmaq şansı çox az idi. Çünki bütün Qərb dünyası Ermənistana dəstək verirdi. Müasir qlobal idarəçiliyin bütün qüvvəsi Ermənistanın arxasında dayanmışdı. Ermənistana qlobal proyektdə mühüm yer ayrılıb. Qlobalçıların planlarında gələcəkdə Vatikanı Eçmiədzinə köçürmək durur. Onlar dünya xristianlığının mərkəzini Roma-katolik kilsəsindən Erməni apostol kilsəsinə keçirmək istəyirlər. Yəni gələcəkdə katolik dünyasını daha italyanlar yox, ermənilər idarə edəcəklər. Ermənistan dünya katolikliyinin mərkəzi kimi baxılır. Müsəlmanlar və pravoslavlar gələcəkdə katolik xristianlarla yox, erməni xristianlarla çarpışmalı olacaqlar. Odur ki, qlobalçılar müqəddəs ölkə kimi baxdıqları Ermənistana dəstək vermək əzmindəydilər. Putin bu planı alt-üst etdi. Lakin Vatikanın Eçmiədzinə köçürülməsi planı uzun müddətə hesablanmış qlobal plandır, minillik arakəsmələrlə yerinə yetiriləcək. Bu plan tez bir vaxtda aradan götürüləsi məsələ deyil, daim gündəmdə olacaq. Bu plan heç bir şeydən asılı olmayaraq daim davam etdiriləcək. Bu plan hansı ölçüdə realizasiya olunacaq- bax bu artıq Qlobal Prediktorun imkanlarından asılı olacaq.

Комментариев нет:

Отправить комментарий