08.12.2020

Televiziyalar şəhidlərimizin ruhuna xəyanət yolu tutublar!

Azər Bandoj

Çoxdan idi televizora baxmırdım. Müharibə gedən ərəfələrdə döyüş xəbərlərini, müharibədən sonra şəhidlərimizin barəsində verilişləri çox izləyirdim.
Bu müddət ərzində gəldiyim qənaəti sizlərlə bölüşmək istədim. Siz dostların fikirləri də mənim üçün maraqlı və mühümdür.
İki qənaətə gəldim.
1) Azərbaycan teleməkanında talışafobiya. Belə ki, vətən müharibəsində şəhid olan əsgərlərimizin ən böyük hissəsi talışların payına düşdüyü halda, az qala azad edilən hər bir rayonun obyekt və binalarının divarları talış yazılarıyla bəzədilən halda, teleməkanda bu barədə heç bir veriliş verilmir, talışların göstərdiyi qəhrəmanlıqlar barədə heç nə dilə gətirilmir. Amma hər gün türk nəğmələri, türk marşları, türk dastanları eşitməklə qulağımız mazol oldu. Milli zəmində olan iradlar çoxdur, amma bununla kifayətlənirəm.
2) İslamofobiya. Belə ki, sosial şəbəkələri bəzəyən əsgərlərimizin mərsiyyə oxumaları, əzadarlıq etmələri, "ya Hüseyn", "ya Əli" şüarları vermələri kadrları həddən ziyadə olduğu halda, bu barədə bir kəlmə belə deyilmədi, bir kadr belə efirə getmədi. Amma bir şəhidimizin gözəl səsi ilə "dağlarda dumana döndüm" mahnısını oxuduğu kadrı az qala hər gün yüz dəfə efirdə göstərdilər. Mən o mahnıya qulaq asanda ləzzət elədi mənə. Milli müsiqimiz milli sərvətimizdir. Amma milli dəyərləri dini dəyərlərlə üz-üzə qoymaq fitnədən başqa bir şey deyil. Bu, dini dəyərlərə xəyanətdir! Ən azından şəhidlərimizin ruhuna xəyanətdir!
Bunu edənlər vətənpərvər ola bilməzlər. Bunu edənlər bu xalqın düşmənidir!

Комментариев нет:

Отправить комментарий