Real TV-də "Real intervyu" verilişində qonaq Ermənistan ordusunun hazırlığı haqda danışır və arxalarında kimin olduğunu deyir. Aparıcı Mehman Rəsulov sözünü kəsərək Hizbullahın da ermənilərin arxasında olduğunu deyir və fikri qarışan qonaq da onun sözlərini təkrarlayır.
Görəsən aparıcını belə bir iddia ilə çıxış etməyə nə vadar edib?
Mən kimlərinsə diqtəsi və sifarişilə bunu etməsi məsələsinə toxunmaq istəmirəm. Çünki əlimdə buna sübutum yoxdur.
Amma onu bilirəm ki, bu xalqa tarix adı ilə yeridilən bir çox məsələlərdə olduğu kimi Hizbullah da düzgün tanıtdırılmayıb. Hətta bizə qarşı döyüşən terrorçu qruplaşma kimi tanıtdırılıb.
Məsələn, "Azərbaycan tarixi 7 cilddə" olan, 2008-ci ildə buraxılmış tariximiz haqda kitabın VII cildində Mincivanın işğalından danışarkən deyilir ki, Hizbullah və Həmas terrorçu qruplaşmaları ora yerləşdirilib.
Hizbullah və Həmas haqqında ibtidai məlumatı olan bunu oxuduqda nə qədər absurd olmasını elə həmin cümlələrdən başa düşə bilər. Belə ki bölümdə Hizbullah Liviya, Həmas isə Livan qruplaşması olaraq tanıtdırılır.
Hələ Hizbullah komandirinin də adı Ömərdir)))
M.Rəsulov və başqa sıravi vətəndaşlardan da buna görə başqa bir şey gözləməyə dəyməz.
Əgər tarix kitablarımızda belə axmaq şeylər yazılırsa, yetişən gəncliyin də sosial şəbəkələrdə üzərinə sözlər yazılmış şəkillərə inanması normaldır.
Vüsal Sadıxov
Комментариев нет:
Отправить комментарий