Vətən müharibəsi günlərində qəhrəman əsgərlərimizlə yanaşı hərbi həkimlərimiz də qəhrəmanlıq göstərdilər.
Yaralanan əsgərlərimizin sağalması uğrunda çalışan, onların sağlamlığının keşiyində duran belə həkimlərdən biri də həkim-travmatoloq Əbülfət Həmidovdur.
O dünyaca məhşur akademik Yelizarovun ən layiqli davamçılarından biri hesab olunur.
Əbülfət Həmidov Lerikin Çayrud kəndində anadan olub. SSRİ vaxtı tanınmış hərbi həkimlərdən biri sayılıb. Birinci Qarabağ müharibəsi zamanı bir çox azərbaycanlı kimi Vətəninə dönmüş və sonra da hərbi həkim kimi xalqının, ordumuzun xidmətində durmaqda davam etmişdir.
2 -ci Qarabağ müharibəsi başlayan gündən Əbülfət həkim könüllü olaraq cəbhə xəttinə gedib. O döyüşlərdə yaralanan 300-dən çox əsgərimizi əməliyyat edib.
Əsas məsələ isə bundan ibarətdir ki, tanınmış həkim ən pis hallarda belə əsgərlərin əl və ayağını amputasiya etməmişdir. Məlumdur ki, müharibə şəraitində, döyüş əməliyyatlarının aparıldığı ərazidə, səhra hospitallarında müvafiq avadanlıqlar quraşdırılması mümkünsüz olduğundan, çox vaxt həkimlər sonrakı ağırlaşma risklərini nəzərə alaraq amputasiyalara üstünlük verirlər. Əbülfət həkim isə bütün bu riskləri gözünə alaraq hər bir xəstəsinin müalicəsində şəraitsizlikdə belə müəyyən yollarla amputasiyadan qaçmışdır.
Təsadüfi deyil ki, Əbülfət həkimi Azərbaycanın tibbi travmatologiyasının atası da adlandırırlar.
Əbülfət həkim həm də Qarabağ müharibəsində şəhid olan Cavanşir Həmidovun əmisidir.
Əsgər və zabitlərimizin səhhətinin qayğısına qalan qəhrəman həkimlərimizlə fəxr edirik.
Bildiyiniz kimi 4 şəhid hərbi həkimimiz var. Allah onları rəhmət eləsin.
Unutmayaq ki, Vətən müharibəsində qazandığımız qələbədə həkimlərimizin də payı var. Vətən müharibəsinin bütün iştirakçıları qarşısında baş əyirik.
Seyran Rəfiyev
Комментариев нет:
Отправить комментарий