11.12.2020

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:

-Rus dünyası daim kolonializmi qarşısına məqsəd qoymuş Qərb dünyasına qarşı olmuşdur. Rusiya həmişə bir yerə gələndə yerli xalqı öz imperiyasının tərkibinə ruslarla tam bərabərhüquqlu xalq kimi götürmüşdür; hamı karyera yüksəlişində bərabər imkanlar qazanmışdır. Bəs Qərb? Qərb bir yerə gələndə nə etmişdir? İngiltərənin Hindistanı necə idarə etməsini yada salın. Yeri gəlmişkən cırtdan İngiltərə özündən qat-qat böyük olan nəhəng Hindistanı necə idarə edirdi? Xatırladım ki, Hindistanın əhalisi İngiltərədən on dəfə çox idi! Axı İngiltərənin başqa çoxsaylı koloniyaları da vardı. Bax balaca İngiltərənin bu boyda ölkələri necə ələ keçirib idarə etməsi başa düşüləndə Rus dünyasının dəyəri də başa düşüləcəkdir. Onda başa düşəcəksiniz ki, heç də siz fikirləşdiyiniz kimi bütün dövlətlər öz aralarında bərabərhüquqlu deyillər. Reallıqla hesablaşmaq lazımdır. Rusiya Qərbdən fərqli olaraq heç bir xalqı Yer üzündən silməyib. Rusiya İmperiyası tərkibinə girən heç bir xalq məhv olmayıb, əksinə firavanlıq əldə edib. Hamıya bərabər hüquqlar verilirdi, hamı bir-biri ilə sülh və razılıqda yaşayırdı. Bunu başa düşmək lazımdır. Və başa düşmək lazımdır ki, xalqları bir-biri ilə satqın elitalar nifaq salıb savaşdırırlar. Bu elitalar öz xalqlarına deyil, xarici maraqlara xidmət edirlər. Baxın, Azərbaycanda kim Əliyevə qarşıdır? Türkiyəyə və müvafiq olaraq İngiltərəyə orientasiya olunanlar. Bəs Paşinyanın arxasında kim durur? İngiltərəyə orientasiya olunanlar. Azərbaycan və erməni xalqları özlərini ilk növbədə Qərbdən qorumalıdırlar.

Комментариев нет:

Отправить комментарий