27.12.2020

“Torpaqları azad etməyə Rusiya imkan verdi” – Partiya sədrindən sensasion açıqlama

“Mən hesab edirəm ki, Rusiya əleyhinə mövqe tutmaq yanlışdır. Azərbaycan üçün ən böyük təhlükə nədir? Bu gün ümumiyyətlə Azərbaycanın müttəfiqi kimdir? Azərbaycan problemi həll edə bildimi?”
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Qalmaqallı açıqlama ilə öz fikrini davam etdirən A. Səmədov deyib ki, indi statusdan hamı danışır: “Fransanın davranışı göz qabağındadır. ABŞ, Baydenin prezidentliyi dövründə nə ola bilər, çox narahatlıqla gözləyirik. NATO-nun Kosovoda törətdikləri gözümüzün qabağındadır və Kosovonu müstəqil dövlət kimi tanıtdılar. Və NATO-nun orada bazası var. Biz indi kimdən qorxmalıyıq? Biz kimi daha böyük təhlükə saymalıyıq? Fransanı, ABŞ-ı təhlükəmi saymalıyıq, yoxsa bizə müəyyən mənada o qədər torpaqları azad etməyə imkan verən Rusiyanımı? Şübhəniz olmasın ki, Rusiyanın razılığı olmadan... Yalta konfransında bu ərazi Rusiya ərazisidir və itirdiyi hər kilometrin üstündə Rusiya qırğın törədib. Rusiya imkan verərdimi ki, nəzarət əldən çıxsın? İndiki şəraitdə bizim üçün ən təhlükəsizi Rusiyadır. Yanvardan Amerikanın tutacağı mövqeni hələ biz gözləyək”.  

Комментариев нет:

Отправить комментарий