Jurnalist Aygün Muradxanlı Şuşanın İcra Başçısı Bayram Səfərov haqda "xatirələrini" paylaşıb.
Sona qədər oxuyun, çünki Bayram Səfərov dünyanın 8-ci "möcüzəsidir".
"Bayram Səfərov dediz, onun AŞPA sessiyasından dönüşdə hava limanı sərgüzəştləri yadıma düşdü. İl 2014. Məkan Paris Şarl de Qoll Hava Limanı. Azərbaycan AŞPA-da dönəm həmsədri olduğu üçün sessiyaya böyük nümayəndə heyətilə getmişdi. Prezident, nazirlər, hədiyyədaşıyanlar... ta Bayram Səfərova qədər. Arada 2 gün boş vaxtım vardı, Strasburqdan Parisə keçdim. 2 möhtəşəm gündən sonra kefim yerində gəldim hava limanına. Sərhədi keçən kimi üz tutdum Duty Free-yə. Ənənəvi olaraq Kassaya yaxınlaşanda nə görsəm?.. Bayram Səfərov əlində ÇƏHRAYI parfüm qutusu satıcı qızlardan birinə az qala bağırır ki, “ETA DUX MUJSKİ, JENİSKİ”??? Ey vah...))))
Hər bağırtıda Bayramın gözləri daha da bərəlir, zərif, ağbəniz satıcı qızın üzü isə daha çox qızarırdı, uzun kirpiklərini qırpa-qırpa həşir müştəridən fransızca, ingiliscə “sizə necə yardım edə bilərəm” soruşurdu. Bayramın bir neçə dəqiqə çəkən bağırtısını hündür qaradərili satış meneceri kəsdi) Birtəhər ona başa saldılar ki, ÇƏHRAYI qutuda “mujiski dux” olmur. Kassa sırasında pasportumu tez gizlətdim ki, ətrafdakılardan Bayramla eyni ölkədən olduğumu görən olmasın.
Amma Bayramın kefi qabaqdaymış. Duty Free-də yubandığından uçağa minik başlayandan xeyli gec gəldi) İçəri girəndə bir həngamə də burda saldı. Yerim 2-ci sırada idi deyə, “biznes”dəki davanı aydın eşidirdim. Səfərov bileti ekonom olsa da iddia edirdi ki, o biznesdə uçmalıdır. (!!!”böyük adamdır”axı) Səməd Seyidov və heyəti ekonomda idilər. Biznesdə isə yüksək rütbəli məmurların bir neçəsi və köməkçiləri oturmuşdu. Bayramı birtəhər ekonoma keçirib 1-ci sırada yerləşdirdilər. Məndən öndəki oturacaqda... Əsəbdən elə fısıldayırdı, motorun səsi eşidilməz olmuşdu)) Yenə dincəlmədi. Tələb elədi ki, ona biznesdəki xidmət göstərilsin... Səsini kəsmək üçün razılaşdılar. Masası quruldu, süfrəsi sərildi, içkilərin, yeməklərin biri getidi, biri gəldi. Sonra bildim ki, AZAL-ın yeməkləri onun şirkətində hazırlanırmış. Yığdığı rüşvətlə qurduğu şirkətlərdən birində...
Stüardessanı sözün əsl mənasında bezdirdi. “Onnan da ver, bunnan da ver”... Nəhayət səsi kəsildi. Yuxu tutmuşdu... Az sonra elə bir xorultu eşitdik ki, aman-aman... Yanındakı əcnəbi xanımın silkələmələri, stüardessaya şikayətləri ilə 6 saatlıq yolu “tragikomik” tamaşaya baxa-baxa başa vurduq.
Düşünürəm ki, şüşə kimi zərif Şuşaya belə adamdan icra başçısı olmaz. Bayramdan olsa-olsa Şuşaya meşəbəyi olar. Quzudan yesin, şərabdan vursun, başını atıb qabanlarla səs-səsə versin".
Комментариев нет:
Отправить комментарий