Gözləriniz aydın, Türkiyə "Cövhər Dudayev parkı" açıb.
Hə, nə olsun?
Cövhər rus generalı olub, onu rus yetişdirib.
SSRİ dağılandan sonra tullanıb-düşdüklərinin heç bir mənası yoxdu. Kişiydi, zamanında kişi olaydı.
SSRİ dağılandan sonra imperializmin puluyla o qədər kişilər "kişi" olmaq istədi ki... İndi neynəyək? Türklər ona abidə qoyub deyə, indi də gedib çeçenin şeyin əlləyək?
Mən Kadırovlara qədərki azəri, türk düşməni olan çeçen şərəfsizləri yaxşı tanıyıram. Azərbaycanlının qanına yerikləyirdilər. Bakıdan Ukraynaya, Rusiyaya gedən qatarlar Qudurmes deyilən ərazidə onlar tərəfindən yağmalanır, azərbaycanlıların təkcə ticarət məqsədi ilə apardıqları şmotkalar deyil, üzərlərindəki adi geyimlər, saat və üzüklər belə qarət edilirdi.
Mən o qatarda getmişəm. İnanın həqiqətən azərbaycanlıları qız-gəlin baxmadan soyurdular. Qatar gözətçisinə də bir təpik vurub salırdılar kupeyə. Əllərində avtomat soxulurdular qatara! O vaxt çoxları belə hadisələrin şahidi olub. Çox yaxından tanıdığım insanlar o dəhşətlərə məruz qalıblar.
V.V.Putin gələn kimi bu soyğunçuluğa son qoydu. İndi yəqin bizim xalasıgöyçəklər Putini buna görə söyürlər.
Görəsən Cövhər Dudayev, Masxadov, nə bilim Basayev kimi şərəfsizlər həmin zamanlar hara baxırdı?
Təəssüf ki, Ərdoğan o qatara minməyib.
O həmişə gürcülərin və ermənilərin qatarında yol gedib.
Yenə o qatardadı. Səmimi, fundamental müsəlmanlarla düşmənçilik edən cümhurbaşqanı artıq erməniylə barışmaq axtarışındadı.
Allah axırımızı xeyir etsin.
Sonqulu kimi bunun da macarələri bitmir ki, bitmir.
Комментариев нет:
Отправить комментарий