General Hikmət Həsənovun Aprel döyüşlərində etdiyi xainliklər sayəsində 29 nəfər Xüsusi Təyinantlı Qüvvələrin zabiti Talış kəndində şəhid oldu.
XTQ Talış kəndi ermənilərdən təmizlədikdən sonra XTQ-nin tabor komandiri polkovnik-leytenant Murad Mirzəyev rabitədə Hikmət Həsənova xəbər göndərir: "Ərazi təmizdir, qoşunları göndər Talış kəndini müdafiə etsinlər". Lakin Hikmət Həsənov qəsdən qoşunları Talış kəndə göndərmir.
Nəticədə düşmən böyük bir qüvvə ilə əks hücuma keçir. Tutduğu kəndi düşmənə təhvil verməyən Murad Mirzəyev qeyri-bərabər döyüşdə öz döyüş yoldaşları ilə sona qədər vuruşub şəhid olur.
Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov həmin kənddə şəhid olur. Pəncəli XTQ qurularkən oraya daxil olan ilk zabitlərdəndir. Onun istehkamçı bacarığı nəinki ordumuzda, həm də düşmən tərəfdə də böyük səs-küy yaratmışdı. Ermənilər Pəncəli Teymurovun başına yüz minlərlə pul qoymuşdu.
Samid İmanov, Mühud Orucov və s. 29 nəfər igidimizi erməni yox, Hikmət Həsənovun xainliyi əlimizdən aldı.
Şəhidimiz general-mayor Polad Həşimov bu xainliyi bildikdən sonra 1-ci ordu korpusunun Qərargah rəisi vəzifəsindən istefa verərək ordudan uzaqlaşmışdı.
Talış kəndi ermənilərə təhvil verən Hikmət Həsənov idi. Talış kənd ətrafındakı yüksəklikləri isə saxlayan Polad Həşimov olmuşdur. O özü şəxsən aldığı mövqeləri aylarla tərk etməmiş, gecə-gündüz postda yatmışdır.
Talış kəndin ermənilərə təhvil verilməsi xəbərini dövlət orqanları bildikdən sonra Hikmət Həsənov öz xain əməllərin gizləmək üçün 2017-ci ilin May ayında plan hazırlayıb 2 mindən çox zabit-maxeni "vətən xaini" damğası ilə tutaraq amansız işgəncə vermiş, öz xain əməllərini onların boynuna atmaq üçün əlindən gələni etmişdir. Nəticədə işgəncə prosesində 11 nəfər şəhid olmuşdur.
Onlardan polkovnik-leytenant Saleh Qafarov 22 il vətənə qüsursuz xidmət edən, Aprel döyüşlərinin qəhrəman zabitlərindən biri idi. O da Hikmət Həsənovun Aprel döyüşlərində etdiyi xainliyi gördükdən sonra orduda işləməkdən imtina etmiş və pensiyaya çıxmışdı. Lakin cinayətkar dəstə onu zorla evindən oğurlayıb Marquşavana gətirmiş, işgəncə və şərəfsizliklər edərək şəhid etmişdir.
Hikmət Həsənov bununla da kifayətlənməmiş, 2020 Vətən Müharibəsində 644 nəfər döyüşçümüzü Suqovuşan kimi kiçik bir kənd üçün qırğına vermişdir. İşğaldan azad olunan ərazilərin sahəsin nəzərə alıb, həmin sahələr uğrunda verilən şəhidləri hesablayanda, insan dəhşətə gəlir. Suqovuşan kimi kiçik bir ərazi üçün 644 şəhid vermək nə deməkdir? 2904 nəfər şəhidin 644 nəfəri tək Suqovuşan kəndi üçün verilib. Bu xainlik deyil nədir?
"Tərtər İşi" facebook səhifəsi
Комментариев нет:
Отправить комментарий