Mənim fikrimcə, Azərbaycanın real mənzərəsini Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və başqaları çox gözəl təsvir etmişlər. Xüsusilə Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsi bu baxımdan ibrətamizdir. Bu əsərdən çıxardığımız əsas nəticə ondan ibarətdir ki, zavallı Kərbəlayı Qasımın heç bir günahı olmadığı halda Qurbanəli bəy onu təhqir edir, şəxsiyyətini alçaldır. Bu, 19-cu əsr Azərbaycan kəndinin real mənzərəsidir, iki azərbaycanlının - biri bəy, digəri nökər olanın bir-birinə münasibətidir. Bu vəziyyət indi də davam edir. Qalstuk taxmış Qurbanəli bəylər yenə də özündən yuxarılara yaltaqlanır, özündən aşağıdakıları istismar edir. Bu xalqın bərabərləşməsi üçün Sovet dövründə olduğu kimi təbəqələşmə aradan qaldırılmalıdır. Necə ki, hamı bir-birinə yoldaş deyə müraciət edirdi. Məhz o cür bir quruluş insanın insan tərəfindən istismarını qadağan etməklə cəmiyyətdə bərabərlik yarada bilmişdi. Bunun sayəsində Azərbaycan xalqı 70 il normal insan kimi yaşaya bildi, təbəqələşmə olmadı, heç kəs başqasının hüquqlarını pozmağa cürət etmədi. İndi Sovet dövrü haqda ağzına gələni danışanlar tək "Qurbanəli bəy" hekayəsini oxusalar, nə qədər haqsız olduqlarını dərk edərlər.
Nəzakət Məmmədova
Комментариев нет:
Отправить комментарий