01.12.2021

Valeri Korovin:
“Qərb müharibələr yolu ilə planetin istənilən regionunda öz hegemonluğunu bərqərar etmək istəyir. Müharibə ABŞ-ın həmin regiona soxulması üçün əsas verir. Amerikan polittexnoloqlarının dünyanın hər yerində konflikt yaratmaq və müharibə ocağı alovlandırmaq istəyi də bundan qaynaqlanır. Rusiyanın Qarabağda sülh yaratması Qərb polittexnoloqlarında böyük narazılıq yaratmışdır. İmzalanmış üçtərəfli müqavilələr Qərbi və regiondakı amerikan şəbəkələrini qane etmir. Onlar həmişə olduğu kimi bir neçə istiqamətdən eyni vaxtda hərəkət etməklə vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Antirus təbliğat sel kimi axır. Həm Azərbaycanda, həm Ermənistanda, həm də Türkiyədə Rusiyaya qarşı qaralama kampaniyası aparılır. Rəsmi mətbuatda müəyyən qədər hədd gözlənsə də saytlarda və sosial şəbəkələrdə yalan informasiyalar fonunda nüftət dalğası aşıb daşır. Əsas hədəf – Rusiya sülhməramlılarıdır. Onlar regionda real sülhün yeganə qarantıdırlar ki, bu da dediyimiz kimi Qərbi və amerikan polittexnoloqlarını qane etmir. Çalışırlar ki, həm Azərbaycan, həm Ermənistan tərəfini rusofob ritorika ilə qızışdırsınlar, rus sülhməramlılarını regionda nifrət mənbəyinə çevirsinlər. Hər tərəfə bir cür nağıl quraşdırıb danışırlar. Ermənilərə yeridirlər ki, ruslar müharibədə onlara lazım olan dəstəyi vermədi, azərbaycanlılara yeridirlər ki, ruslar ermənilərə kömək edirlər. Hər iki tərəfi qızışdırırlar ki, müharibəyə yenidən başlamaq lazımdır. Bu məsələdə əsas xeyir güdən ABŞ-dır. Heç kim fikirləşmir ki, müharibənin yenidən başlanması kimin maraqları çərçivəsindədir”.

Комментариев нет:

Отправить комментарий