15.12.2021

Rusiyaya qarşı çıxanlar düşmən elan edildilər və Rusiya ərazisinə buraxılmayacaqlar


Rusiya Dövlət Dumasının deputatları sanksiyalar haqqında qanunvericiliyə düzəlişlər ediblər.
“Başlıca insan haqları və azadlıqlarının, Rusiya Federasiyası vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak etmiş şəxslərə təsir tədbirləri haqqında” və “Rusiya Federasiyasına giriş və çıxış qaydaları haqqında” qanunlarda düzəlişlər birinci oxunuşda qəbul olunmuşdur.
Qanuna əsasən Rusiyaya qarşı çıxış etmiş şəxslərə bir sıra sanksiyalar – Rusiya ərazisinə girişə qadağa, həmin adamların Rusiya ərazisindəki maliyyə və digər aktivlərinə həbs, o cümlədən əmlak və investisiyalar ilə bağlı istənilən sövdələşmələrinə qadağa, onların nəzarətində olan hüquqi şəxslərin və səlahiyyətlilərinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Əvvəllər bu qanun təkcə amerikanlara şamil olunurdu, indi bütün xaricilərə münasibətdə tətbiq olunacaq.
“Vətəndaşlarımızın hüquqlarının, ictimai və dövlət maraqlarımızın qorunması üçün əlavə instrumentlər də yaradılacaq” – Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskaryov bildirmişdir.
Qanunun qəbul olunması Rusiyanın Təhlükəsiz Şurası tərəfindən təklif edilmişdir. Qanun qüvvəyə mindikdən sonra müvafiq xidmətlər, nazirliklər və idarələr antirus fəaliyyətə qatılmış şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətə başlayacaqlar.

Комментариев нет:

Отправить комментарий