30.12.2021

Serbiyanın siyasi partiyaları Ukraynanın faşist hakimiyyətinə etiraz mitinqi keçirdilər


Serbiyanın ictimai-siyasi fəalları və veteran təşkilatlarının nümayəndələri Ukraynanın Belqraddakı səfirliyi qarşısında mitinq keçiriblər.
Onlar Ukrayna hakimiyyətini faşist siyasətinə son qoymağa və ölkədən kolllaborasionist Stepan Banderanın portretlərini yığışdırmağa çağırıblar.
Mitinq iştirakçılarının əllərində Yuqoslaviyanı alman faşistlərindən azad etmiş rus marşalı Fyodor Tolbuxinin portretləri olub. 
Aksiya iştirakçıları Ukrayna hakimiyyətindən ölkədəki rusdilli əhaliyə təcavüzə son qoymağı tələb ediblər və “Ukraynada nasizmə son!” lozunqu səsləndiriblər.

Комментариев нет:

Отправить комментарий