01.12.2021

Valeri Korovin:
“Qərb öz destruktiv modelləri, müharibələri, özündənrazılığı, sivilizasiya razismi və dünyaya yiyələnmək arzusu ilə Avrasiyadan rədd olub getməlidir. Qərb əslində yerdə qalan bəşəriyyəti öz maraqları çərçivəsində istismar etmək, ənənəvi Qərb müstəmləkəçiliyi ruhunda çapıb talamaq niyyətindədir ki, bu niyyətini demokratiya və insan hüquqları kimi gəlişigözəl sözlərlə pərdələmişdir. Amerikan mərkəzli dünyada yalnız Qərb “insanı” (postinsan) hüquqlara malikdir, yerdə qalanlar isə Qərb maraqları çərçivəsində amerikan istismarının obyektləridir. Əsrlər boyu belə olub, belə də olacaq, heç nə dəyişməyəcək. Əgər biz istəsək Qərbi çox asanlıqla öz evimizdən rədd edərik. Əgər biz sülh, əmin-amanlıq və inkişaf istəyiriksə, yığışaraq onu öz ümumi Avrasiya evimizdən qovmalıyıq. Və bunu edəcəyik də. Əgər Qərb könüllü şəkildə rədd olub getməsə, biz ona bunda kömək edəcəyik. Birlikdə onu çölə tullayacayıq. Əks təqdirdə bizim regionda sülh, əmin-amanlıq və inkişaf olmayacaq. Heç vaxt olmayacaq”.

Комментариев нет:

Отправить комментарий