"SSRİ-nin dağılması müttəfiq ölkələrin hamısı üçün faciə idi. Reallıq odur ki, milyonlarla insana SSRİ-nin dağılmasının qurbanına çevrilib. Əgər SSRİ-i dağılmalı idisə belə dağılmalı deyildi. Onu dəyişmək olardı. Biz nə Avropa kimi Avropayıq, nə də başqa quruluş kimi quruluşuq. Hazırda faktiki olaraq vəhşi kapitalizmdir. Məsələn, Azərbaycanda oliqarx olanlar dünya bir yana, heç öz ölkəsində heç bir sahədə tövhə verməyən insanlardır. Onlar birdən birə oldular oliqarx. Başqa insanlar isə qəpiyə möhtac qalıb. Bunun nəyi yaxşıdır? Həmçinin etnik münaqişə zamanı istər Azərbaycanda, istər Ermənistanda, istər Gürcüstanda, istər Moldovada minlərlə cavan insanlar öldülər. Hazırda bu proses Ukraynada baş verir. Bu da çox böyük faciədir. Amma SSRİ olsaydı bunların heç biri baş verməzdi. Putin SSRİ-nin yenidən yaradılmasının vacibliyi ilə bağlı düz deyir və tamamilə haqlıdır. Bizim xoşumuza gəlsə də, gəlməsə də Putin reallığı deyib. Bu fikirləri tək Putin yox, ali təhsilli insanlar da, fəhlə insanlar da deyir. Yəni ağlı başında olan hər bir insan 30 illik yaşadığı dövrdən sonra bu fikrə gəlib".
Комментариев нет:
Отправить комментарий