25.12.2021

Politoloq
Nəzakət Məmmədova:
"Putinin SSRİ-ni yaratmaq niyyətini insanlar o vaxt qəzəblə qarşılayardılar ki, onların indiki rifah vəziyyətləri Sovet dövründəkindən yaxşı olsun. Rüşvət, korrupsiya və digər neqativ hallar müstəqillikdə təəssüf ki var. Tək Azərbaycan deyil, əksəriyyət keçmiş Sovet dövlətləri bu üsullarla idarə olunur. Pafoslu müstəqillik adı altında bir qisim insanların surətlə varlanması və digər insanların səfalət içində yaşaması yaxşı hal deyil. Faktiki olaraq indi insanlar evi olan bomj kimi yaşayırlar. Yəni ev var, amma insanların gəliri yoxdur. Dükan və bazarlarda hər şey var, amma insanların istədiklərini almağa imkanları yoxdur. Həmçinin insan öz övladını normal böyüdə bilmir. Heç məhkəmə, iş, əmək hüquqları da yoxdur. Bir qrup insanlar başqa qrup insanları kölə kimi istismar ediblər. Bunun adı da müstəqillikdirsə, bu heç bir ölkədə normal qəbul oluna bilməz".

Комментариев нет:

Отправить комментарий