10.09.2019

Ayətullah Xamenei: Baş yarmaq səhv işlərdəndir

Ayətullah Xamenei qondarma ənənə olan baş yarmaq haqqında bəyənat verib:
"Baş yarmaq da səhv işlərdəndir. Bəziləri deyəcəklər ki, filankəs baş yarmağın adını çəkməməli idi. Deyəcəklər ki, sizin baş yarmaqla nə işiniz var; bəziləri yarırlar, qoyun yarsınlar. Xeyr, bu səhv işin qarşısında sükut etmək olmaz. Əgər müharibədən sonrakı son 4-5 ildə baş yarmağı yaydıqları və indi də bu işlə məşğul olduqları kimi, imamın mübarək həyatı dövründə də belə etsəydilər, şübhəsiz, o bu məsələyə etirazını bildirərdi.
Bəzi insanların əllərinə xəncər götürüb başlarına vurmaları və qan tökmələri səhv işdir. Nə üçün belə edirlər? Bu hərəkətin harası əzadarlıqdır? Bəli, əllə başa vurmaq bir növ əzadarlıq əlamətidir.
Siz dəfələrlə görmüsünüz ki, müsibətə düçar olan şəxslər öz başlarına və sinələrinə vururlar. Bu, normal əzadarlıq əlamətidir. Amma siz indiyədək harada görmüsünüz ki, kimsə ən əzizinin müsibətinə görə xəncərlə öz beyninə vursun və başından qan axıtsın?! Bu işin harası əzadarlıqdır?!
Baş yarmaq qondarma ənənədir. Bu, dinə aid olmayan işlərdəndir və şübhəsiz, Allah da buna razı deyil. Keçmiş alimlərin əlləri bağlı idi, bu işin səhv və yanlış olduğunu deyə bilmirdilər. Bu gün İslam hakimiyyəti və İslamın parlama zamanıdır.
Biz elə iş görməməliyik ki, uca İslam cəmiyyəti - yəni Əhli-beyti (ə) sevən, dövrün imamının müqəddəs adı ilə, Hüseyn ibn Əlinin (ə) adı ilə, Əmirəlmömininin (ə) adı ilə fəxr edən cəmiyyət dünyanın müsəlman və qeyri-müsəlmanlarının gözündə xurafatçı və məntiqsiz insanlar qrupu kimi tanınsın.
Mən həqiqətən nə qədər fikirləşdimsə, gördüm ki, səhv iş və bir bidət olan baş yarmaq məsələsini əziz xalqımıza deməyə bilmərəm. Bu işi görməsinlər. Mən bununla müvafiq deyiləm. Əgər kimsə başını yarmaq istəyən adam kimi görünsə də, mən ürəkdən ondan narazıyam. Mən bunu ciddi deyirəm. Bir zaman ətrafda bir neçə nəfər bir yerə toplaşıb ümumi gözlərdən kənarda baş yarırdılar. İşləri bugünkü formada nümayişkarlıq deyildi. İşlərinin yaxşı və ya pis olması ilə də heç kimin işi yox idi, çünki məhdud dairədə görülürdü. Lakin bəzən bir neçə min nəfər qəfildən Tehranın, Qumun, yaxud Azərbaycanın və ya Xorasanın şəhərlərinin küçələrində görünüb bıçaq və xəncərlə başlarına zərbə vurmaq istəyirlər. Bu iş qətiyyətlə səhvdir. İmam Hüseyn (ə) buna razı deyil. Mən bilmirəm ki, bu qəribə və səhv bidətləri İslam cəmiyyətlərinə və bizim inqilabçı cəmiyyətimizə hansı zövqlər və haradan daxil edirlər".

Комментариев нет:

Отправить комментарий