Vahid Əhmədov:
“1993-cü ilin avqust ayı olardı. Baş nazirin birinci müavini idim. Gecə saat 1 olardı, evə yenicə daxil olmuşdum. Heydər Əliyevin köməkçisi mənə zəng etdi. Dedi ki, Heydər Əliyev səninlə təcili danışmaq istəyir. Evdə hökumət telefonu vardı. “Eşidirəm” dedim. “Təcili dur yanıma gəl” söylədi. Dərhal Heydər Əliyevin yanına getdim. İçəri girəndə gördüm qəbulda 15-ə yaxın adam var. Baş nazirin müavini Abbas Abbasov, indiki baş nazirin müavini Əli Həsənov, rəhmətlik baş prokuror Murad Babayev, deputat Arif Rəhimzadə və digərləri... Mənə həmişə Vahid müəllim deyə müraciət edirdi. Heydər Əliyev mənə dedi ki, “Vahid müəllim, Füzuli-Zəngilan tərəfdə vəziyyət çox ağırdı. İstəyirəm ki, ora gedib bizə dəqiq məlumat verəsən”. Biz gecə ilə çıxdıq. Beyləqanda düşərgə qurdum. Abbas Abbasovu bir dəstə ilə Zəngilan-Qubadlı tərəfə göndərdim Özüm isə səhərə yaxın 15-20 maşınla Füzuli-Cəbrayıl tərəfə getdim. Füzuliyə dönən yerdə hərbçilər bizi saxladı. General Zaur Rzayev də yanımda idi. Hərbçilər mənə məruzə etdilər ki, “Nəcməddin Sadıqov maşın karvanını saxlatdırıb, çünki müharibə gedir. Ora girmək olmaz”. “Ali baş komandanın göstərişi var. Ölüm də olsa getməliyəm” deyib Füzuliyə doğru irəlilədik. Horadizdən keçib Fizuliyə yaxınlaşanda gördüm ki zabitlər, əsgərlər geri qayıdır. Zaur Rzayevə komanda verməsini xahiş etdim. O da komanda verib qaçanları saxlatdırdı. Niyə qaçdıqlarını soruşanda “ermənilər Füzulini tutublar” cavabını verdilər. Həmin vaxt orada uzun söhbətimiz oldu. Dedim ki, “mən Füzuliyə mütləq daxil olmalıyam”. Füzuliyə daxil olanda heç kimi görmədik, nə erməni, nə də azərbaycanlı vardı. Sürücüyə maşını İcra hakimiyyətinə sürməyi əmr etdim. İcra başçısının otağına keçəndə bir stəkan su istədim. Mənə bir stəkan su gətirdilər. Dedim ki, “gördüz, burda nə erməni var, nə də azərbaycanlı. Deməli, kimsə burada təxribat törədib. Ona görə də torpağı qoyub çıxıblar”. Nə isə... Ordan çıxıb Cəbrayıl tərəfə yollandıq. Cəbrayılda post vardı, o postda bizi yenə saxladılar ki, “girmək olmaz”. Ancaq biz Cəbrayıla da daxil olduq. Cəbrayılda da heç kim yox idi. İcra hakimiyyətinə gedib bir stəkan su içdik. Sonra Beyləqana gəlib vəziyyəti Bakıya məruzə etdim. Mənim üçün ən ağrılı vəziyyət bu idi. Ola bilər ki, atışma olub. Ancaq kimsə təxribat törətmişdi ki, insanlar torpağı qoyub çıxmaq məcburiyyətində qalsınlar”.

Комментариев нет:
Отправить комментарий