Deyirsən gəl ayrılaq!
Nə yatdıq ki, nə doyaq?
Dağa nərdivan qoyaq,
Düzün bitdiyi yerdə?
Deyəkmi könlümüz tox,
Bir istək, arzumuz yox.
Ömrümüz qalıbmı çox,
Yazın ötdüyü yerdə?
Geri dönməz o çağlar,
Qalar bu sevda, ağlar.
Könlümüz qubar bağlar
Nazın itdiyi yerdə!
Bu nə qəsd etdin belə
Zavallı Dəstəgülə.
Gətirdin məni dilə
Sözün bitdiyi yerdə!
Комментариев нет:
Отправить комментарий