16.09.2019

Bizim kimi xırda ölkələr BP kimi yırtıcı ilə bacarmaz

Əfləddin Əliyev

Bu gün Kanada boyda ölkə Amerikanın qulağının dibində olmağına baxmayaraq İngiltərənin müstəmləkəsidir.
Eləcə də bir çox dünya dövlətləri bu gündədirlər.
1918-ci ildə Rus imperiyasının torpaqlarını zəbt etmək niyyətində olan ingilis qoşunları Ənzəliyə yerləşmişdilər və Osmanlı paşalarından istifadə edib Bakıya girdilər. Rus ayılan kimi burdan rədd olub getdilər.
Otuz il qabaq isə bizim keçisaqqal Tetçeri Bakıya soxdu. Arxasıyca da BP-ni- hansnı ki, İran inqilabından sonra regionumuzdan qovmuşdular.
Putin köhnə aldadıcı müqavilələri dəyişdirib beynəlxalq normalara uyğunlaşdırdı. Rusiya dollar asılılığından çıxıb yeni inkişaf yoluna qədəm qoyur.
Bizim kimi xırda ölkələr isə BP kimi yırtıcı ilə bacarmaz.
Defakto bu gun Azərbaycan- İngiltərənin müstəmləkəsidir.
Bütün oğurlanmış pullar İsraildə yuyulur və İngiltərədə silinir.
Və heç kim də bu işə qarışa bilmir.
Azərbaycanda kim ingilisə çalışırsa, ona yaşıl işıqdı.
Türkiyə isə ta osmanlı dövründə ingilisin müstəmləkəsi olub və müsəlman ölkələrini əzmək üçün ingilisə maşalıq edib.
Azərbaycanda türkçülüyü ona görə yayırdılar ki, müstəmləkəçilik ağrı-acısız keçsin. Səbəblərdən biri Rusiyada vətəndaşlarımızın çox olmasıdır.
İndi isə satqın müxalifətin əli lə insanlarımızı Avropaya daşıyırılar.
Bu gün müxalifətin "ata"larından biri Əli Kərimlinin ailəsi Londonda yaşayır və orda girovdur.
Bu adam hər an Azərbaycanı məcməidə ingilisə verməyə hazır olan kəsdir və hər il onlardan pul alır.
İyirmi beş il hansısa adamsız bir müxalifət "nazirini" hec kim orda elə-belə otuzdurmaz.
İngiltərə kəşfiyyatı girdirmə müxalifətimizə Londonda telekanal da açmaqdadır.
İngilisə Azərbaycanın problemləri maraqlı deyil- ona neft-qaz lazımdır.
Milləti aldadıb yağlı vədlər verənlərə aldanmayın.
Əli Kərimlinin proqramını hansı qəzetdə oxumusunuz? Konkret nə vəd verib xalqa? "Azadlıq"? "Demokratiya"? Başqa nə? Bank sələmini o dayandıracaq? BP-ni o ölkədən qovub çıxardacaq? Neftin pullarını o xalqa paylayacaq?
Hər yerdə ümumi sözlərlə hakimiyyətin gördüyü işlərdə "oşibka" axtarmaqdan başqa heç nə görmürük.
Bütün ətraflarındakı aktivistləri də bunların elə öz "navodkası" ilə həbs edib sındırırlar ki, başqa söhbətə yer qalmasın.
Ey xalqım, ayıl! 90-larda olduğu kimi sənin başını piyləmələrinə, yeni fəlakətlərə salmalarına imkan vermə!

Комментариев нет:

Отправить комментарий