Əli Həsənovun oğlu Şamxal Həsənov adı həqiqi hərbi xidmətdə ola-ola faktiki olaraq “Xəzər TV”yə atası tərəfindən rəhbər təyin edilməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. O hərbi xidmətini telekanaldakı iş otağında qəlyan çəkərək başa vurub.
Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın keçmiş işçiləri hər məhkəmə iclasında onlarla bağlı yeni ittihamlar səsləndirib.
Bu mənada, yaxın günlərdə, daha dəqiq tarix qeyd etsək avqustun 16-da keçirilən məhkəmə iclası da istisna olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində S.Vəliyevanın təsisçisi olduğu “Kaspi Liseyi”nin baş mühasibi Tural Məmmədov və mühasibi Fərahim Möhbalıyevin işinə baxılır.
Budəfəki məhkəmə iclasında Toğrul İsmayılov şahid qismində dindirilib. Təqsirləndirilən T.Məmmədov bildirib ki, onları cinayətdə ittiham edənlərin özlərinin xeyli cinayətləri var, amma vəzifələrindən sui-istifadə edib ört-basdır edirlər: “Sona Vəliyevagilin şirkətlərində bilirsiz nələr baş verir? Əmisi oğlanları nələr eləyirlər… İşçiləri müqaviləsiz işlədirdilər. Bir işçi öldü, ört-basdır elədilər. Sona Vəliyeva və Əli Həsənovun oğlu əyninə bir gün hərbi forma geyinməyib, amma hərbi bilet alıb. Necə?”
Onlar şikayətləniblər ki, Əli Həsənovdan Prezidentə ünvanlanan şikayətləri gedib ünvanına çatmağa qoymurlar: “Əli Həsənovun adamları deyir ki, ölkənin sahibi bizik, kimə istəyirsiz, şikayət eləyin”.
Məhkəmə prosesi avqustun 30-na qədər təxirə salınıb. T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib. F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir. Əli Həsənov və xanımı məhkəmədə səsləndirilən iddialarla bağlı heç bir açıqlama verməyib.
criminal.az

Комментариев нет:
Отправить комментарий