16.09.2019

Onda niyə səsiniz çıxmadı?!

Bir neçə gün əvvəl İranın paytaxtı Tehran şəhərində yerləşən, ermənilərə məxsus xüsusi mülk olan Ararat stadionunda Erməni Olimpiadası keçirildi. Xüsusi mülk olduğu üçün qeyd edirik ki, ermənilər xristian olduqları və dinlərinə görə qadınların başı acıq gəzmək icazəsi olduğu üçün, ermənilərin özlərinə məxsus bu xüsusi mülkdə baş örtüksüz gəzmək hüquqları var və İran dövlətinin vətəndaşa məxsus xüsusi mülkə müdaxilə etmək ixtiyarı yoxdur (dövlət və vətəndaşlar üçün təhlükə daşıyan əməllər istisna olmaqla). Düzdür, mən özüm də Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə hətta İran ermənilərinə belə düşmən gözü ilə baxıram, ermənilərin İranda hər hansı bir tədbir keçirməsinə daxilən belə yaxşı yanamıram, amma onlar İran vətəndaşlarıdır və mənimlə eyni hüquqlara malikdirlər və İrana xidmət edirlər. Yəni onların da öz mərasimlərini keçirmək hüququ var.
Azərbaycanın sionist-pantürkist mediası ermənilərin İranda idman oyunları keçirməsindən şou düzəldb İrana qarşı istifadə etməyə çalışdılar. Ağız dolusu İranda erməni olimpidasınnın keçirlməsini qeyd etdilər. Amma o şərəfsizlərdən bircəciyi də qeyd etmədi ki:
- Bu erməni olimpiadasının məşəli, elə bu il iyun ayında Türkiyənin Hatay əyalətindəki ermənilərin yaşadığı Vakıflar kəndində yandırıldı!
- Bu məşəli yandırmaqdan ötrü Türkiyəyə səfər edən Ermənistan İdman, Mədəniyyət və Turizm Təşkilatının rəhbəri İştan Zakaryan, İrəvan Dövlət Üniversitetinin tarix fakultəsinin dekanı Edik Minasyan və həmin fakultənin müəllimi Aşot Soğomonyanın da yer aldığı nümayəndə heyəti Türkiyənin azərilər yaşayan şəhəri olan Qars şəhərində qonaq oldular, Qars bələdiyyə binasını ziyarət etdilər. Qars bələdiyyə başqanı Ayhan Bilgen Ermənistandan gələn bu nümayəndə heyətini qəbul edib onlara hədiyyələt verdi!
http://vansesigazetesi.com/mobil.php?islem=yazarlar&altislem=detay&id=5733
Onda niyə səsiniz çıxmadı? Bütün maddi və mənəvi sərvətlərinizi talan edən Türkiyəyə niyə irad tutmursuz ki, erməni olimpiadasının məşəlini niyə sənin ərazində yandırırlar?
Bu məşəl- ermənilərlə xüsusi problemləri olan Türkiyə ərazisində yandırılırsa, ermənilərlə heç bir problemi olmayan İran niyə ermənilərə belə bir tədbirin keçirməsinə icazə verməməlidir?!
İranın 6 müsəlman və 1 xristian ölkəsi olan Ermənistanla sərhəddir. Bu 6 müsəlman ölkəsindən Türmənistan istisna olmaqla qalan hamısının ərazisində ABŞ və İsrail hərbi bazaları, ya hərbiçiləri var və İran İR-na qarşı fəaliyyət göstərirlər. Azərbaycan və Türkiyə isə bu siyahıya başçılıq edirlər. Amma xristian Ermənistan ABŞ və İsrailə İrana qarşı fəaliyyət göstərməyə icazə vermir.
Sual olunur: Azərbaycan kimi İsrailin İrana qarşı plasdarmı olan bir ÖLKƏ ÜZÜNDƏN, İran niyə Ermənistan kimi ona dost münasibəti bəsləyən ölkə ilə düşmənçilik etməlidir? Azərbaycanın özü ermənilərə müxtariyyat verib, Qarabağı verib, Qarabağ ətrafında 6 rayon verib, qaz verir və s. Bütün bunları görüb özünüzü korluğa vurduğunuz halda İranda ermənin olimpiadasının keçirilməsi sizi niyə narahat edir?!
Niyə mal kimi gözünüzü döyərək Ermənistanın Azərbaycana qarşı etdiklərinə, Azərbaycanın və Türkiyənin ermənilər üçün etdiklərinə tamaşa etdiyiniz halda ermənilərin İranda idman oyunu keçirmələri gözünüzə girir?!
Çünki boynunuza şeytan sionizm xaltasını salıb ipini sionistlərə verdiyiniz ağalarınız sizə bu cür əmr edirlər!
Siz yalnız İrana qarşı cuşa gələ bilirsiz!
Azərbaycanın erməni qarışığı olan hakimiyyətinə və Türkiyəyə gələndə isə yorğanı başınıza çəkib üzünüzü o tərəfə çevirirsiz!

https://www.facebook.com/photo.php?fbid=1243658405806754&set=a.126654324173840&type=3&theater

Комментариев нет:

Отправить комментарий