Sovet hökumətinin rəhbəri Vladimir Lenin 1 may 1919-cu ildə 13666/2 nömrəli belə bir fərman vermişdi: “Din xadimləri və dinlə tez bir zamanda qurtarmaq lazımdır. Din xadimlərini əks-inqilabçı və sabotajçı kimi həbs etmək, rəhm etmədən güllələmək lazımdır. Dini məbədləri bağlamaq lazımdır. İbadət yerlərini möhürləmək və ambarlara çevirmək lazımdır”. Sovet hökumətinin dinlə və dindarlarla mübarizəsi da məhz bu fərmandan sonra başlanmışdı. 1939-cu ildə isə hakimiyyətdə möhkəmlənən Stalin Leninin həmin fərmanını ləğv etdi. Stalinin 11 noyabr 1939-cu il tarixli qərarında deyilirdi: “Dindarların həbsini, inanclı adamların təqibini dayandırmaq. Leninin 1 may 1919-cu il 13666/2 nömrəli dindarların həbsi barədə göstərişini ləğv etmək. Dini motivlərlə mühakimə edilmiş vətəndaşları həbsdən azad etmək”.
Stalinin bu qərarından sonra 800 min dindar həbsdən azad edildi.
Комментариев нет:
Отправить комментарий