25.09.2019

DİQQƏTLƏ BAXIN: ÜZÜYÜNDƏN, ZƏNCİRİNDƏN QOÇUYA OXŞAYIR?

Bu şəklə diqqətlə baxın. Tanıyanlar bilir ki, bu kişi kimdir, nəçidir. Tanımayanlar onu aşbaza, dönərçiyə, qızıl alverçisinə, tamadaya, heyvan bazarında dəllala bənzədə bilərlər.
Mən şəxsən əlli il bundan qabaq Salyanın heyvan bazarında bu şəkildəki adama əkiz qardaş kimi oxşayan dəllal görmüşəm.
Salyanın mərhum bir qoçusuna da oxşayır. Xüsusən üzüyündən və boynundakı zəncirdən… (Zəncir bir tərəfdə, divanə bir tərəfdə…”)
Elə bilirəm ki, tiryəkçiyə də oxşadanlar tapılar…
Ancaq bu adam tamada deyil, dönərçi deyil. Teref.az saytının baş redaktoru Nurəddin İsmayılov – Nurəddin Xocadır.
Mən şəklə baxıb adamlar haqqında fikir yürütməyin tərəfdarı deyiləm. Ancaq Nurəddin Xoca, deyəsən, bu işin aludəsidir. Mənim İnternetdəki şəkillərimə baxıb, bu nəticəyə gəlib ki, mənim başım xarabdır.
Özü iddia edir ki, bu nəticəyə ondan əvvəl iki başqa mətbuat orqanında gəliblər, o da buna “mətbu marağı”nı görüb öz saytında yerləşdirib.
Birdən-birə mənə, mənim şəkillərimə, mənim ruhi vəziyyətimə belə kütləvi maraq? Kütləvi-informasiya marağı?
Dünənəcən Xoca-zad tanımırdım. Dünəndən tanımışam, heç şad deyiləm.
İnternetdə oxuyuram ki, Qarabağ müharibəsində komandir olub. Vallah, hərbçilərimizə mənim böyük hörmətim var. Ancaq mən bu Xocaya necə hörmət edim? Məni saytında “dəli” adlandırır, özü də üzümə dirənib deyir ki, buna “mətbu marağı” var.
Yaxşı zabit, döyüşçü tanımadığı bir insanı ləkələyən yazını kiminsə kampaniyasına qoşulub çap edərdimi?
Zənnimcə, eləməzdi.
Yaxşı əsgər razı olar ki, tanımadığı bir insanı onun qəzeti şərəfsiz, qeyrətsiz adlandırsın?
Razı olmaz. Yox, bu Xoca deyəsən əsgər satan komandir olub…
Elkopenidəт dilənçi payı alıb ailə saxlayan insanlar mənim şərəfimi müzakirə edirlər…
Üzr-zad da istəmir. Deyir “mənlik burda nə var?”
Yox. Xocanın yaxşı komandir olmağına məndə dərin şübhə var.
1993-cü ildə, mühariə gedəndə “Əsgər marşı” adlı şeir yazmışdım.

Bəlkə gecə, bəlkə səhər —
Bəlkə əcəl tələsir.
Bəlkə onu vurub sərər,
Yoldaşının gülləsi.
Bəlkə çatmaz Tanrı dada,
Bəlkə əsir tutular.
Bəlkə satar komandiri,
Bəlkə nazir satılar…

Mən demirəm ki, Xoca əsgərlərini satıb. Ancaq belə bir ehtimal oluna bilər. Axı mən də azərbaycanlıyam, milli ədəbiyyat qarşısında az-çox-xidmətim də var, sən məni niyə dəli adlandırırsan? Elkopenidən nə qədər almısan? Ya elə havayı başqalarının ləyaqətinə toxunmaq sənin üçün hobbidir?
Mən Nurəddin Xoca ilə qısaca yazışdım, “sən” deyir, danışdığı kimi yazır, видимо, считает, что так – круто…
Mən istəyirdim ki, bu məsələ az-çox abırlı şəkildə yoluna qoyulsun. Ancaq bu Xoca məni dağa-daşa saldı.
Daha məndən inciməsin.

Xeyrulla Xəyal

https://xeyrulla.com/2019/09/21/diqq%C9%99tl%C9%99-baxin-uzuyund%C9%99n-z%C9%99ncirind%C9%99n-qocuya-oxsayir/?fbclid=IwAR294l4Iss20ELDorht2vbv-r9nv2wOHk8MEihYM3NIy9MUcxBDJKJMZaZA

Комментариев нет:

Отправить комментарий