18.09.2019

Niyə bunlarla maraqlanan yoxdur?

Ölkədə baş verən siyasi-ictimai vəziyyətdən “quru” çıxan dini icmalardan biri də özlərini “İbrahimilər” adlandıran qeyri ənənəvi və mənşəyi şübhəli olan sektadır.
Nədənsə onlar barəsində çox az danışılır, onların nə ilə məşğul olması, haradan maliyələşməsi, ümumiyyətlə hədəfləri barədə söz belə açılmır (maraqlananlar internet vasitəsi ilə axtarış verə bilər). Halbuki bu sekta heçbir rəsmi qeydiyyatdan keçmədən illərlə faliyyət göstərir. Sosial şəbəkələrdə dini təbliğat aparır. Müstəqil saytları mövcuddur (http://ibrahimi.biz/kalend-a.html).
Bunlar sanki özlərini dövlət icində bir dövlət zənn edərək müstəqil təqvimə, iş qrafikinə malıkdir. Toplantılar kecirir, bəyanatlar verir, öz saytları və sosial şəbəkələr üzərindən yayın edirlər. Sayları yüzlərlə, bəlkə də minlərlədir.
Niyə bunlarla bir maraqlanan yoxdur?
Halbuki, Dini Etiqad azadlığı haqqında qanunda da göstərilir ki, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər.
Bəs bu və sair qanunlar millətin heysiyyatına toxunaraq özünü PEYĞƏMBƏR elan etmiş, azyaşlılarla dövlətin qanunlarının ziddinə olaraq cinsi yaxınlıq edən, yüzlərlə insanı özünə tabe edərək idarə edən bir sektaya niyə tətbiq olunmur?
Suallar çoxdur. Unutmayaq ki, ən qorxulu sualar lal axan sulardır.

Səyavuş Yəhyayev

Комментариев нет:

Отправить комментарий