08.09.2019

Belçikada bu günlərdə pivə festivalı keçirilir.
Bununla bağlı bir baş vermiş əhvalat yadıma düşdü.
Siyavuş Novruzovla birlikdə Milli Məclisin bir neçə deputatı Brüsseldə səfərdə idilər.
Axşam birlikdə şam yeməyinə çıxdıq.
Restoranda Siyavuş Novruzov pivə istədi.
Ofisiant pivəni gətirəndə o dedi ki bu nə balaca bokaldı... Lap böyük bokalda gətir.
Ofisiant pivəni restoranda olan ən böyük bokalda gətirəndə S. Novruzov yenə də narazılıqla dedi "yox ey, bundan da böyük bokalda gətir".
Ofisiant öncədən dedi ki bundan böyük bokal olmur, amma sonradan dedi ki indi təşkil edərəm.
3 dəqiqə sonra S. Novruzovu xoşbəxt edərək ofisiant vedrə boyda bokalda pivə gətirdi.
Mən ofisianta yaxınlaşıb soruşdum bu boyda qabı hardan tapdın?
O da mənə cavab verdi ki Brüsseldə keçirilən pivə festivalında atlara pivəni bu qablarda veririk.

Arif Məmmədov, keçmiş səfir.

Комментариев нет:

Отправить комментарий