07.09.2019

Biz İmam Hüseyni dünyada zalıma qarşı mübarizənin zirvəsi olduğu üçün sevirik

Rizvan Şıxızadə

Dostluğumda 5 min insan var, 90%-i də savadlı insanlardır.
Son illərdə Məhərrəm ayında, İmam Hüseynə yas saxlanılan günlərdə bəzi "dostların" bu mərasimləri aşağılayan statuslarına daha çox rast gəlirəm.
Səbəb bunu göstərirlər ki İmam Hüseyn ərəbdir, ondan bizə nə?! Ölən ərəb öldürən ərəb, biz niyə ağlamalıyıq?
Bu insanlara cavab vermək istəyirəm.
Bəşər övladı daş dövründən bu yana həmişə hansısa inanclarla yaşayıb, müxtəlif ölkələrdə müxtəlif dinlər olub Yəni insanlar maddiyatla yanaşı mənəvi arxayınlıq tapmaq istəyib həmişə.
İmam Hüseynə saxlanılan əza məclisləri artıq bizdə milli xüsusiyyətə, adətə çevrilib.
Mən öz yaşadığım zonadan deyə bilərəm ki məhərrəm ayında kimsə şadlıq etsə el-oba qəti sürətdə onu baykot edər, iştirak etməz.
Şah babamız Səfəvi İsmayılın zamanından qalan bu ənənəni bolşeviklər xalqın yaddaşından silə bilmədi, və bu günə qədər davam edir.
Daha bir sual çıxır meydana. Peyğəmbər ailəsində İmam Hüseyndən başqa şəhid olanlar da olub, niyə onların matəmi belə uzunmüddətli və mötəbər keçmir, ancaq İmam Hüseyn əzadarlığı hər il daha da çox insanın iştirakı ilə keçirilir?
100 milyonlarla insan dünyanın dörd bir yanında matəm saxlayır. Təkcə Ərbəində (imamın qırxında) 2018-ci ildə 25 milyondan artıq insan Nəcəf şəhərindən (H.Əlinin məzarından) piyada 80 km yolu Kərbubəlaya getmişdir.
Bu insanların içində minlərlə alim, həkim, hərbiçi, iş adamı, müxtəlif peşə sahibləri də olub.
Marağlı odur ki, nədir bu milyonları bir yerə cəm edən? Ərbəinə gedən 80 km yolda minlərlə insan ehsan paylamaqla yanaşı zəvvarların ayaqqabılarına qədər təmizləyir. Təbii ki təmənnasız. Bəs bunun səbəbi nədir?
100 milyondan çox insan axmaqdır, mənim facebookda özünü müasir göstərmək istəyən, məhərrəmlikdə pivə, araqla şəkil paylaşan, toya gedib toydan şəkil yayan musiqiçi dostlarım ağıllı?!
Əlbəttə ki yox. Mən hər kəsin inancına hörmətlə yanaşıram, lap ateist olsun belə. Ancaq özümə qarşı da o hörməti tələb edirəm.
Biz İmam Hüseyni Ərəb olduğu üçün yox, "Kərbəla vaqiəsinin" dünyada zalıma qarşı mübarizənin zirvəsi olduğu üçün sevirik.
Bu hadisəyə bir tarixi hadisə kimi yanaşsaq, təsəvvür edin bir insan hökmdarın zülmünə dözmür, Kufədən gələn çoxsaylı dəvət məktublarını görüb ailə-əyalı ilə birlikdə Kufəyə yola düşür. Və Kərbəla çölündə dövlətin çoxsaylı nizami ordusu ilə qabaqlaşır, ona iki şərt qoyulur, ya zalımın hökmdarlığını qəbul etmək, ya da ailə-əyalı ilə şəhid olmaq. İmam Hüseyn əqidəsi uğrunda özünü, iki oğlunu, 8 qardaşını, 5 qardaşı oğlunu və ümümi 72 nəfər olan ən doğmalarını qurban verir.
Raci deyir: "Ya Hüseyn, kim sən kimi öz xanimanından keçər?/ Kim sənintək haqq üçün öz başı canından keçər?"
Mahatma Qandi - Hindistan xalqının azadlıq uğrunda mübarizəsinə rəhbərlik etmiş bu şəxsiyyət İmam Hüseyn (ə) qiyamı barəsində belə demişdir: “Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən örnək alıb onun yolu ilə getsin”.
Klassik ədəbiyyatda Şərqdə əruzun şahı Məhəmməd Fizuli ömrünü İmam Hüseyn zəvvarlarına xidmətdə keçirmişdir. Kərbəla vaqisəini "Həquqətus Şühəda" əsərində əks etdirmişdir.
İmamdəddin Nəsimi, Seyyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Xan qızı Natəvan vs kimi dahilər İmam Hüseynə yas saxlayıblar.
İndi bəzi facebook qəhrəmanları bunu geridə qalmışlıq kimi qələmə verməyə çalışırlar.
Nə qədər zalim var, zülm var - İmam Hüseyn qiyamı da yaşayacaq.

Комментариев нет:

Отправить комментарий