"Ölkə başçısının müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərimi səfərbər edəcək, respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyəm".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının yeni Baş prokuroru Kamran Əliyev bu gün kollektivə təqdim olunan zaman deyib.
Kamran Əliyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Baş prokuror vurğulayıb ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

Комментариев нет:
Отправить комментарий