Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında məhkəmə sistemini sərt tənqid edib.
qafqazinfo.az xəbər verir ki, V. Əhmədov qeyd edib ki, məhkəmə sistemində aparılan islahatlar onu qane etmir:
“Məhkəmələrdə əməkhaqqının az olmasını nəzərə alaraq cənab Prezident xüsusi sərəncam imzaladı. Onların əməkhaqqısı artırıldı. Ancaq məhkəmə sistemindən bizə gələn şikayətlər on minlərlədir. İnsanlar məhkəmə sistemindən narazıdır. Rüşvətə, korrupsiyaya qarşı mübarizədə məhkəmə sisteminin çıxardığı qərarlar vacibdir. Əmlakla, bankla bağlı məsələlərdə məhkəmələrdən şikayətlər çox gəlir. Ədalət öz həllini tapa bilmir. Ona görə də məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Onlar ədalət çərçivəsində qərar çıxarmalıdırlar. Hansısa məmurun, icra başçısının təzyiqi ilə qərar çıxarmalı deyillər. Hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoysunlar və elə qərar qəbul etsinlər ki, insanlar əziyyət çəkməsin”.

Комментариев нет:
Отправить комментарий