Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalarına başlanılıb.
"BakuPost"un əldə etdiyi məlumata görə, yoxlamalar əsasən jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən "Portos İnşaat” da cəlb edilib.
Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri "qaydasına" salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyiblər.
Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, "Portos İnşaat", "Jurnalist Evi" MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.
Sayt audit yoxlamaları ilə bağlı məlumatı dəqiqləşdirmək üçün "Jurnalist Evi" MMC-nin direktoru Bünyamin İsmayılovla əlaqə saxlayıb. B.İsmayılov yoxlamaların aparıldığını təkzib etməyib: "Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün sizə yanlış informasiya verə bilərəm. Mən Jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə "Mətbuat" prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi mətbuat prospektində yerləşir – red). Bütün günüm burda keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm. KİVDF-yə təzə gələnlərdən də bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm".
Xatırladaq ki, bir müddət öncə sözügedən sayt yeni icraçı direktor Əhməd İsmayılovun KİVDF-də təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığını yazmışdı.
Yazıda qeyd olunurdu ki, yeni direktor qurumun əvvəlki komandada yer alan əksər işçilərini, o cümlədən "Verso-M" tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və fondun tərkibində olan "Tikinti Şöbəsi"nin 5 əməkdaşını işdən uzaqlaşdırıb.
Qeyd edək ki, Vüqar Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. /nuh.az/

Комментариев нет:
Отправить комментарий