04.05.2020

STALİN: ÇARIN ƏMİSİ OĞLU, GİZLİ DİNDAR, QRU AGENTİ

 Stalin Çarın əmisi oğludur. Stalinin atası rəsmi sənədlərdə gürcü sapojniki Vissarion göstərilir, amma belə deyil. Onun atası rus ordu general-mayoru Nikolay Mixayloviç Prjevalski (1839-1888), anası isə osetin qızı Yekaterina Qeorgiyevna Qeladzedir (1858-1937). Biz Prjevalskini məşhir səyyah kimi tanıyırıq ki, Asiyanın dözümlü yük atı növünə onun adı verilmişdir. Prjevalski QRU-nun (Qlavnoe Razvedıvatelnoe Upravlenie – Baş Kəşfiyyat İdarəsi) xüsusi missiyalı zabiti və Çarın yaxın qohumu- əmisi oğlu idi; onun atası İmperator 2-ci Aleksandr olmuşdur. 1837-ci ildə gənc knyaz 2-ci Aleksandr Rusiyaya səyahətə çıxmış, Smolenskdə Yelena Karetnikova adlı gözəl qızla tanış olmuş, onların sevgisindən Nikolay doğulmuşdur. Yelena sonradan Çar ordusunun zabiti Mixail Prjevalskiyə (Zaporojye kazaklarının soyundandır) ərə getmişdi ki, uşağa onun familiyasını və atalıq adını vermişdi. Nikolay Prjevalski Hərbi Akademiyanı bitirdikdən sonra Mərkəzi Asiyaya kəşfiyyat xarakterli səfərlərə göndərilmişdir. Ömrünün 18 ilini coğrafi səhayətlərdə keçirən Prjevalskinin Mərkəzi Asiyanın tədqiq olunmasında böyük əməyi olmuş, rus coğrafiya elminə dünya şöhrəti qazandırmışdır. Prjevalskinin ekspedisiyalarının gizli bir məqsədi də vardı ki, bu da Rusiya Genştabı üçün yeni xəritələrin çəkilməsi ilə bağlı idi; o rus ordusunun keçəcəyi yerləri aydınlaşdırır, hərbi hissələrin tikilməsi üçün uyğun gələn nöqtələri xəritəyə salırdı. Bu xüsusda onun Tibetə səfərlərini qeyd etmək yerinə düşərdi. Həmin dövrdə Tibet vacib geopolitik region kimi Rusiyanın İngiltərə ilə mübarizəsində əhəmiyyət daşıyırdı və Prjevalski bu mübarizənin ciddi fiquruna çevrilmişdi. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir; Rusiya Elmlər Akademiyasına fəxri üzv seçilmişdir və general-mayor rütbəsi verilmişdir. 
 Prjevalski 1878-ci ildə Qafqaza, Qoriyə dincəlməyə gedəndə burda onun həyat yolu Stalinin anası ilə kəsişmişdir. Qoridə Prjevalski dostu knyaz Maminoşvilinin qonağı olarkən burda knyazın uzaq qohumu Yekaterina Cuqaşvili (qızlıq familiyası Qeladze) ilə tanış olmuşdur. Vissarion Cuqaşvili adlı gürcü ilə nigahda olan qadının əri həmin vaxt Tiflisdə ayaqqabı fabrikində işləyirdi. İçkiyə meyl etdiyinə və qadını tez-tez döydüyünə görə onların ailə həyatı rəvan getmirdi, faktiki olaraq ayrı yaşayırdılar. Yaraşıqlı, vüqarlı və mötəbər rus hərbçisi ilə Yekaterina arasında sevgi romanı yaşanmış, bu sevgidən İosif Cuqaşvili doğulmuşdur. Prjevalski Qafqazdan getdikdən sonra Yekaterinaya daim pul göndərmiş, uşağının normal böyüməsinin və oxumasının qayğısına qalmışdır. İosif o dövrdə prestijli təhsil ocaqları sayılan Qori və Tiflis Seminariyalarında təhsil almışdır.
 Rusiya Ordusunda belə bir ənənə var: zabit öldükdə xidmət yoldaşları onun uşaqlarını himayədarlığa götürürlər. Prjevalski öləndən sonra hərbçi dostları onun oğluna qəyyumluq etdilər. Onlar Stalini Sankt-Peterburqa gətirdilər, Genştabın İmperiya Akademiyasının xüsusi fakultəsində oxutdular (Çar 2-ci Nikolay da həmin fakultəni bitirmişdir) və kəşfiyyatçı kimi yetişdirdilər. Rusiyada iştişaşlar başlananda isə Stalini bolşevik adı ilə yəhudilərin içinə saldılar.
 Rus hərbi kəşfiyyatı Rotşildin Rusiya ilə bağlı niyyətlərindən xəbərdən idi. Rus hərbi kəşfiyyatı yaxşı bilirdi ki, beynəlxalq yəhudilik daxili iğtişaşlar törətmək yolu ilə Rusiyanı çökdürmək İstəyir. Odur ki, qabaqcadan bolşeviklərin içinə öz adamlarını yeritmişdi. Belə adamlardan biri də Stalin idi. Stalin bir müddət hərbi kəşfiyyatda təlimatlandırılandan sonra solçu kimi partiya sıralarına qoşuldu, yəhudi bolşeviklərin içinə girdi və “inqilabi” iş aparmağa başladı. Stalinin kuratoru QRU-nun polkovniki Rayevski idi. Polkovnik Rayevski Stalinin çoxlu insanın gözü qabağında, karnaval axşamında həbsini təşkil etdi. Hamı gördü və inqilabçılara xəbər çatdı ki, Stalin hökumətə qarşı fəaliyyətinə görə polis tərəfindən tutuldu. Stalin bir müddət Sibirə sürgünə göndərildi və beləcə onun “mətin inqilabçı” imici yaradıldı. Rus kəşfiyyatı Stalin vasitəsilə marksist hərəkatı nəzarətdə saxladı, onun əli ilə tədricən sionist bolşevikləri qırdı və nəhayət onu ölkə rəhbərliyinə gətirdi.
 Stalin kommunist-bolşevik yox, əksinə onlara qarşı mübarizə aparan gizli dindar təşkilatın üzvü olmuşdur. Araşdırmalar Stalinin pravoslav ordeninin gizli monaxı olduğunu göstərir. QRU zabitləri Stalini gizli dindarlar cəmiyyəti olan Qara İsixastlar Ordeninə calamışdılar. Gizli təşkilatlar ta qədimdən təkcə masonik olmayıb, həm də qoy xalqların öz gizli təşkilatları olub ki, elə həmin masonik təşkilatlara qarşı mübarizə aparmışlar. Belə təşkilatlardan ən əsasları şiələrin Ayətullahlar Məktəbi və pravoslavların Qara İsixastlar Ordenidir. İlk əvvəl qeyd edək ki, şiələrin idarəedici Ayətullahlar Məktəbi ilə pravoslavların Qara İsixastlar Ordenini birləşdirən bir çox cəhətlər vardır. Əslində isə bunlar eyni təşkilatın ayrı-ayrı qollarıdır. Hər iki qrup Qədim Misir tanrıları Set və Qorun tarixən davam edən mübarizəsində birincinin tərəfini tutan eyni qüvvə olmuşlar. Set - Svet, yəni İşıq, Günəşin təzahürü olan Xeyir Allahı (şiit, şiə sözü də həmin kökdəndir), Qor isə - Qore, dağ, dərd, gor, qaranlıq dünya təzahürü olan Şər Allahı idi. Bu müharibədə Qor qələbə çalıb Yer üzünün sahibinə çevriləndən sonra Setə Şər, Qora isə Xeyir adı qoyuldu; yəni mahiyyət saxlansa da adlar dəyişdirildi. İlk əvvəl Xeyri təmsil edən Setin adı demonlaşdırıldı, bizim dildə desək, bədnamlaşdırıldı; Qorla Setin həmin dualistik mübarizəsində o protaqonostlikdən çıxarılıb antaqonistə çevrildi- beləcə qarışıqlıq və çaşqınlıq yaradıldı. Minilliklər boyu davam edən Xeyirlə Şərin mücadiləsində Ayətullahlar Məktəbi və Qara İsixastlar Ordeni daim Xeyirin tərəfində olmuşlar və Şərə qarşı mübarizə aparmışlar. Planeti bürüyən təlatümlərdə şiələr qədim müqəddəs kultu Ayətullahlar Məktəbində, pravoslavlar isə Qara İsixastlar Ordenində qoruyub saxlaya bilmişlər. Xeyirlə Şərin tarixi müharibəsinin daha kəskin şəkildə və qlobal masştabda davam etdiyi indiki dövrdə tanınmış İran ayətullahı Həmədani şiə və pravoslavların Şərə qarşı birgə mübarizəsini belə izah edir: “Xilaskarı gözləmə mədəniyyəti şiə və pravoslavları yaxınlaşdırır. Hər ikisi İkinci Gəlişi gözləyirlər. Peyğəmbərin hədislərinə əsasən, müsəlman və xristianlar final döyüşündə eyni cəbhədə olacaq və Dəccal-Antixristin düşmən ordusuna (atlantizmə, ABŞ-a, qloballaşmaya) qarşı birgə döyüşəcəklər”.
 İsixazm- pravoslavlığın əsas qaymağı sayılır. Bu orden mənəvi paklığınn qədim ənənəsini özündə saxlayan pravoslav asketizminin özəyini təşkil edir. Ayətullahlar şiəlikdə hansı rolu oynayırlarsa, isixastlar da pravoslavlıqda həmin rolu oynayırlar. İsiaxtlar insanlığı özünəməxsus şəkildə Allah yoluna yönəldirlər. Şiələrin Ayətullahlar Məktəbi sionizmə, satanizmə və amerikan imperalizmə qarşı mübarizə apardığı kimi, Qara İsixastlar Ordeni də ilk növbədə dünyada bütün antidini və antiinsani qüvvələrə qarşı döyüşür. Rusiyanın gücü ta qədimdən odlu-alovlu pravoslav cəngavərliyində- bu ali hərbi qardaşlıq ordenində olmuşdur. Rusiya bütün pozitiv irəliləyişlərinə və qlobal nailiyyətlərinə görə bu Ordenə borcludur. İsixastlar öz ölkələrini “dünyanın cənnəti” kimi görmək istəyirlər, xalqlarının rifah içində və şad-xürrəm yaşamasını arzulayırlar. Asketik həyat tərzlərinə görə bəzi tədqiqatçılar onları “xristianlığın raca-yoqaları” da adlandırırlar. İsixazm pravoslavlığın kşatriya və nordik ruhunu özündə saxlayır. İsixastlar pravoslavlığı daha dərin və nordik şəkildə qavrayırlar. Ordenin devizi belədir: “Özünü başqalarından üstün göstərməyə calışma, din uğrunda fədakarlığı gizlicə et”. İsixazm pravoslavlığın əsas daxili doktrinasını özündə gizlədir ki, Müqəddəs Vasili, İoann Zlatoust, Qriqori Palama kimi görkəmli din xadimləri bu doktrinanı mükəmməlləşdirərək zirvəyə qaldırmışlar. Ruslar – Allahın seçilmiş xalqıdır. Böyük Rus Qəlbi isixazm kontekstində Ali Rus Doktrinasının əsas özəyini təşkil edir. Dostoyevski bunu belə ifadə edir: “Biz Tanrının daşıyıcısı olan xalqıq”. Ruslar messian xalq kimi digər qoy xalqları öz arxalarınca aparırlar və onları Şərə qarşı mübarizəyə hazırlayırlar. Rusların tarixi və mistik təyinatı da bununla bağlıdır. Təsadüfi deyil ki, Qərb xristianlığı pravoslavlığa düşmən kimi baxır və onu ortodoks adlandırır; pravoslavlığın ortodoksluğu məhz onun şiəliklə eyni qədim kökə- zoroastrizm-zərdüştlüyə bağlılığı ilə əlaqədardır.
 İsixazmın mərkəzi və beşiyi Afon Dağıdır. Yunanıstanda “Müqəddəs Dağ Avtonom Monax Dövləti” adlanan bu ərazidə 20 pravoslav monastırı fəaliyyət göstərir ki, bura pravoslav monaxlığının vətəni sayılır. Rusiya prezidenti Vladimir Putin Afon Monax Respublikasına 2 dəfə səfər etmişdir: 2005-ci ilin sentyabrında və 2016-cı ilin mayında. Putin onu istiqanlı və mehriban qarşılayan Müqəddəs Dağın monaxlarına təşəkkürünü bildirdikdən sonra demişdi: “Burda pravoslav dünyası üçün mühüm və vacib olan xeyirxah əməl həyata keçirilir ki, cəmiyyətimizin mənəvi quruluşu ilə bağlıdır. Və siz bir çox hallarda bu quruluşun və nemətin mənbəyisiniz”. Putin Afon Dağındakı dindar ağsaqqalara üzünü tutaraq demişdi: “Əsrlər boyu ruslar Afondan mənəvi güc və biliklər almışlar. Bu gün tarixi yaddaşı, ənənəvi mədəniyyəti dirçəltməklə biz Afonla əlaqələri möhkəmləndirmək niyyətindəyik”. Bu, Rusiya rəhbərinin Afona ilk ziyarəti idi; Putinə kimi nə heç bir imperator, nə çar, nə də prezident Afona gəlməmişdi. Afon Dağı ruhaniləri Putini “Allahın seçilmiş bəndəsi” kimi səciyyələndirdilər. Onlar Putinə Bizans İmperatorunun taxt-tacına oturmağı təklif etdilər və Putin qəbul etdi. Beləcə, isixast kahinlər Stalin kimi Putini də taclandırdılar.
 2017-ci ilin martında və 2019-cu ilin noyabrında isə Putin Rusiya staroobryadçılarının rəhbəri mitropolit Korniliy ilə görüşdü. Son 350 il ərzində ilk dəfə idi ki, Rusiya rəhbəri rəsmi şəkildə staroobryad ruhanisi ilə görüşürdü. Putin bu görüşdə məmnunluq hissi keçirirdi və yüksək əhval-ruhiyyədə idi. Məlum oldu ki, Putin xaricdəki staroobryadların Rusiyaya köçürülməsi barədə göstəriş verib, Latın Amerikasından Uzaq Şərqə 130 staroobryad ailəsi köçürülüb, onlarçün dövlət hər cür şərait yaradıb və daha 50 ailənin gətirilməsi planlaşdırılır.
 Stalin gizli dindar ordeni İsixastlar tərəfindən tərbiyə olunaraq hazırlandı. Danışılır ki, o Tiflis Seminariyasının axırıncı kursunda axırıncı imtahana hazırlaşarkən tanınmış Rusiya arximindriti, isixastların yığışdığı Novo-Afon Monastırının rəhbəri İeron Vasilyev seminariyaya gəlmişdir və onu yanına çağırtdırmışdır. Qoca ruhani Stalinə belə demişdir: “Rusiyada yırtıcı hakimiyyət başına gələcək. Cühudlar Rus xalqını məhv edəcəklər, sən də onları məhv edəcəksən! Get!” İsixast kahinləri Stalini Rusiyanı xilas edəcək Seçilmiş insan kimi müəyyənləşdirdilər və ona xeyir-dua verdilər. Stalinin isixast monaxları ilə əlaqəsi Rus ordu kəşfiyyatının Moskva şöbəsinin rəhbəri polkovnik Vasili Turkestanovun qohumu yepiskop Trifon Turkestanov vasitəsilə həyata keçirilirdi. Qara İsixastlar Ordeninin üzvləri ilə birgə Stalinin sakral ayinlərə qatıldığı məbədlərdən biri Moskvanın 16 kilometrliyində yerləşən İosifo-Volotski monastırı idi. Bu monastır 16-cı əsrdə Rusiya mədəni-mənəvi həyatının əsas mərkəzlərindən biri olmuşdur. Bu monastırı 1479-cu ildə tanınmış Rusiya dindarı İosif Volotski tikmişdir. O Rusiyanın müqəddəslərindən biri hesab olunur. Rusiyanın yəhudilərin hegemonluğundan qurtarılmasında mühüm rol oynamış, xalqı və hakimləri onlarla mübarizəyə səsləmişdir. Bu dindar Rusiya Kilsəsini iudaizmin təsirindən qoparmaq üçün böyük işlər görmüşdür. İosif Volotski böyük məktəb yaratmışdır; bu məktəbdən çoxlu sayda missioner, publisist və din xadimi çıxmışdır ki, ümumilikdə bu məktəbin nümayəndələrini iosiflyanlar adlandırırlar. İosiflyanlar monastırlarında missinoner fəaliyyəti həyata keçirirdilər, çətinlik çəkən yerli əhalini ərzaqla təmin edirdilər, buna görə də xalq arasında böyük hörmət qazanmışdılar. İosiflyanlar Rusiyanın mənəvi-mədəni həyatının yüksəlişinə böyük töhfələr vermişlər, Moskva Knyazlığının genişlənməsində və möhkəmlənməsində mühüm rol oynamışlar. İosiflyanlar dinin və çarlığın rəsmi ideoloqları kimi çıxış edirdilər. Onların doktrinası dövlətçiliyin təşəkkülünə və çar hakimliyyətinin ilahiləşdirilməsinə söykənirdi. Rusiya dövləti məhz bu doktrinaya əsaslanaraq Konstantinopolun çökməsindən sonra pravoslavlığın yeganə dayağına və vətəninə çevrildi. İosiflyanlar məktəbinin yetirməsi olan pskovlu monax Filofeyin yaratdığı “Moskva – Üçüncü Rim” konsepsiyası Rus çarlarının rəsmi ideologiyasının əsası oldu. Nəticədə Rusiya Moskva knyazlığından imperiya səviyyəsinə yüksələrək Yer üzündə qoy xalqların qoruyucusu olan güclü dindar dövlət kimi təşəkkül tapdı. Rus çarları Rusiya dövlətinin sakral missiyasını anladılar və bütün dünyaya haqqı yaymağa can atdılar. Qara İsixastlar Ordeninin üzvləri Stalini həmin İosif Volotskinin varisi kimi görürdülər. İosifo-Volotski monastırında Stalin Çar İvan Qroznının sevimli opriçniki, qərblilərlə döyüşdə qərəmancasına həlak olmuş Malyuta Skuratovun qəbri özündə diz üstə çökərək Rus bahadırlarının şanlı yolunu davam etdirəcəyinə and içmişdi. Özü də dərin mistik olan Çar İvan Qroznı dindar hərçilərdən ibarət Opriçniklər adlı dəstələr yaratmışdı ki, bu dəstələrin süvariləri isixastlar kimi qara paltar geyirdilər. Araşdırmalar bu təşkilatın orden xarakterli olduğunu göstərir. Şah İsmayılın qızılbaş şiələrdən ibarət ordusu kimi Çar İvan Qroznının həmin Qara Ordusu da Qiyamət Gününün Ordusu kimi simvolizə olunurdu; onlar özlərini Şeytanın (Antixristin) Yer üzündəki nökərləri ilə döyüşənlər kimi xarakterizə edirdilər. Opriçniklər hərbi qardaşlığını yaratmaqla Çar İvan Qroznı Rusiyanı Yəcus və Məcusun esxatoloji döyüşünə hazırlayırdı. İosif Volotski monastırında isixast monaxlar Stalini Allahın xüsusi missiya üçün seçilmiş bəndəsi elan etdilər və irəlidəki dəhşətli didişmədə xeyir-dua verdilər. Müqəddəs İosif Volotskinin ənənələrinə sadiq qalan Stalin ömrünün axırına kimi “Moskva – Üçüncü Rim” nəzəriyyəsini əldə rəhbər tutdu.
 Stalinin Qara İsixastlar ordeninin monaxları ilə gizli rituallara qatıldığı məbədgahlardan biri də Moskvanın 60 kilometrliyində yerləşən Novoierusalim (Yeni Yerusəlim, Yeni Qüds) monastırı idi. Monastır 1656-cı ildə patriarx Nikon tərəfindən Fələstindəki Qüdsün prototipi kimi tikilmişdir və əsrlər boyu slavyan dindarlarının əsas ziyarətgahlarından biri olmuşdur. Partiarx Nikon Pravoslav Kİlsəsinin prestijini qaldıraraq onu Çar hakimiyyəti səviyyəsinə qədər yüksəltmək istəyirdi. Tarix boyu Rus çarları bu monastıra böyük vəsaitlər xərcləmiş və burda misilsiz arxitekturaya malik tikililər ərsəyə gətirmişlər. Monastırın divarlarının uzunluğu 1 kilometr, hündürlüyü 9 metr, qalınlığı 3 metrdir. 1913-cü il qeydlərinə görə monastırı hər il 35 min dindar ziyarət edirdi. 1941-ci ildə alman faşistləri monastrın bir sıra dəyərli binalarını dağıdıb məhv etmişdilər. İsixazmın paytaxtı olan bu qala-məbədgahı konspiroloqlar Rusiyanın Fələstini- əsl Qüds sayırlar. Monastırda Yepiskop Trifonun rəhbərliyi altında Gizli İsixastlar Ordeninin üzvü olan monaxlar Stalinə belə xeyir-dua vermişdilər: “Sən Böyük Dinastiyadan olan varissən. Sən Ali hakimiyyətin ağır yükünü qorxulu ölüm-dirim vaxtında çiyinlərinə götürəcəksən, amma dindar qalacaqsan və Allahı heç vaxt unutmayacaqsan. Və nə vaxt ki Rusiyanı hər tərəfdən bürümüş mason lojasını məhv edəcəksən, onda hökmən Pravoslav Kilsəsinin bütün hüquqlarını bərpa edəcəksən və pravoslav inamını rus xalqına qaytaracaqsan. Hələ ki sən heç nə edə bilmirsən, çünki ətrafında cühudlaşmamış rus azdır. Hələ ki Müqəddəs Rusiyanı bürümüş iudey satanizminə son qoymaq üçün kiməsə arxalanmaq mümkün deyil, amma həlledici an yaxındadır, qapıdadır, hazırlaş!” Stalin monaxların qarşısında and içərək bildirmişdi ki, daim qəlbində dindar qalacaq və Allahı heç vaxt unutmayacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Stalin- Qüds əsgəri olmuşdur.
 Qeyd edək ki, Rusiyanın da İran kimi Qüdsə öz qanuni hüquqları vardır. Qüds Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Qüdsü müqəddəs hesab edən hər üç konfessiyanın nümayəndələri Rusiyada yaşayır. Hər il yüz minlərlə pravoslav bu müqəddəs şəhərə ziyarətə gedirlər. İsa peyğəmbərin qəbri olan məbəd burdadır. Klassik antik dövrlərdə Qüds- Tanrının məskunlaşdığı dünyanın mərkəzi sayılıb. Şiə və pravoslav esxatologiyasında Əl-Aksa məscidinin dağıdılmısı və onun yerində Solomon məbədəninin tikilməsi Şeytanın- Antixristin gəlişini səciyyələndirir. Pravoslav müqəddəslərinin hədislərinə görə, Dəccal taxt-taca məhz Qüdsdə oturacaq. Fələstin dövlətinin yaradılması və onun ayaqda qalması Rusiya dövləti üçün xüsusi önəm kəsb edir. Rusiyanın konservativ dairələri Fələstinə dəstək verilməsini xoşməramlı əməl hesab edirlər. Rusiya slavyanları ilə Fələstinin qədim xalqı arasında sıx mistik bağlılıq vardır. Fələstinlilərin çox hissəsi hələ İsa peyğəmbərin dövründən pravoslavdırlar. 19-cu əsrdə ruslar Osmanlı təcavüzü altında olan fələstinliləri müdafiə etmək üçün müharibəyə başlamışdılar ki, həmin dövrdə osmanlılara ingilislər və fransızlar dəstək verirdilər. Qüds Məbədinə gələn rusiyalı zəvvarlar burda fələstinli pravoslavlar və müsəlmanlar tərəfindən istiqanlılıqla qarşılanırdılar. Hal-hazırda İsrailin işğal etdiyi Fələstin torpaqlarının çox hissəsi, xüsusən də müqəddəs yerlər sayılan ərazilər vaxtilə Rusiyaya məxsus idi. Fələstinin İsrail işğalından qurtarması rusların bu müqəddəs torpaqlara qayıdışı deməkdir. Məhz buna görə də ruslar fələstinlilərin azadlıq mücadiləsinə dəstək vermək əzmindədirlər. İudey dindarları Qüdsü dünyanın gələcək mərkəzi kimi görürlər, odur ki, hal-hazırda şəhərin təkcə şərq hissəsinə nəzarət edən İsrail şəhəri tam ələ keçirməyə can atır.
 19-cu əsrin ortalarında Qüds torpaqları Rusiyaya məxsus idi. Burda Rusiyanın böyük Ruhani Missiyası vardı. Qüds torpaqları həmin Ruhani Missiyasına mənsub idi. 1856-1864-cü illərdə Qüdsdə rusların Fələstin Komitəsi fəaliyyət göstərirdi ki, şəhərin mərkəzindəki görkəmli binalarının hamısını həmin komitə tikmişdir (İsrail yarananda ölkənin başqa heç bir yerində belə gözəl və möhtəşəm binalar olmadığından İsrailin dövlət orqanları Qüdsdə bu binalarda yerləşdirildi; məsələn, Rus Xəstəxanası binasında İsrail Səhiyyə Nazirliyi, Serqiyev Sarayında Kənd Təsərrüfatı Nazirliyi, Nikolayevsk Sarayında Polis, Ədliyyə və Maliyyə nazirlikləri, Yelizavetinsk Sarayında İstintaq İzolyatoru, Mariinsk Sarayında Türmə, Rus Ruhani Missiyasında Məhkəmə, Rus General Konsulluğunda Yerusəlim Meriyası oturdu). 1864-cü ildə Fələstin Komitəsi adını dəyişərək Fələstin Komissiyası kimi formalaşdırıldı. 1889-cu ildə Fələstin Komissiyası öz torpaqlarının və binalarının idarəçiliyini Rusiyanın İmperator Pravoslav Fələstin Cəmiyyətinə verdi ki, cəmiyyət bir sıra böyük tikinti layihələri həyata keçirdi. Rus Ruhani Missiyasının mülkiyyətində isə bu missiyanın öz binası və Svyato-Troitski Məbədi qaldı. Həmin dövrdə Osmanlının nəzarətində olan Fələstində Rusiya dövləti bir sıra yeni torpaqlar və obyektlər də aldı. Rusiya İmperiyası xristianlığın beşiyi sayılan müqəddəs torpaqlarda öz geopolitik təsirini və fəaliyyətini genişləndirmək niyyətindəydi. Fələstində müxtəlif ölkələrdən təşrif buyuran pravoslav zəvvarların gəlib-getdiyi böyük bir məkan Rusiya dövlətinin əlindəydi. Rusiya Pravoslav Kilsəsi burda sanballı bir infrastruktur yaratmışdı ki, rusların həmin torpaqları hal-hazırda İsrail işğalı altındadır.
 19-cu əsrin axırları 20-ci əsrin əvvəllərində Qüdsdə yeganə oturuşan dövlət Rusiya dövləti idi. Qüdsə girəndə uzaqdan görünən yeganə məbəd rusların Svyato-Troitski Məbədi idi. Qüdsə gələn ziyarətçilərə rus yeməkləri- şi, borş, qara çörək, kvas, qreçka kaşası verilirdi. 20-ci əsrin əvvəllərində Qüdsə ziyarətə hər il 12-14 min rus gəlirdi. İsrailin izi-tozu da olmadığı bir dövrdə Fələstində rusların 10 kilsəsi, 2 qadın monastırı, 5 xəstəxanası və 7 karvansarayı vardı. Birinci Dünya Müharibəsi başlananda Fələstində və Suriyada ruslar 93 məktəb açmışdılar. Səxavətli ruslar bu məktəblərdə təhsili pulsuz etmişdilər. Şərq xalqlarının övladları bu məktəblərdə havayı oxuyub savad qazanırdılar.
 1918-ci ildə İmperator Pravoslav Fələstin Cəmiyyətinin adı dəyişdirilərək Elmlər Akademiyası nəzdində Rusiya Fələstin Cəmiyyəti qoyulsa da, 1992-ci ilə Rusiya Ali Soveti Prezidiumunun qərarı ilə yenidən tarixi adı qaytarıldı. Xruşşov hakimiyyətdə olduğu dövrdə SSRİ-də ateizmin hökm sürdüyünü əsas gətirərək rusların Fələstindəki müqəddəs torpaqlarını İsrailə satmaq qərarına gəldi. 1964-cü ildə Apelsin sövdələşməsi adlanan möhtəkir sövdələşmə nəticəsində rusların Fələstindəki torpaqları cüzi məbləğə- 4,5 milyona İsrailə satıldı. Hətta həmin dövrdə İsrailin bu məbləği ödəməyə qara qəpiyi də olmadığından pulun əvəzinə apelsin verdi. Beləliklə, rus torpaqlarını sağa-sola paylamağa öyrəşmiş Xruşşov Fələstindəki rus torpağını apelsinə dəyişdi. İsrail aldatma yolu ilə Fələstindəki rus torpaqlarını da ələ keçirə bildi. Məhz bu sövdələşmədən bir neçə gün sonra SSRİ Mərkəzi Komitəsi Xruşşovu işdən qovdu.
 Rusiyanın Fələstindəki torpaqlarının çox hissəsi həmin möhtəkirlik nəticəsində əldən çıxsa da, Rusiya Ruhani Missiyasının binası, Svyato-Trotski Məbədi və Serqiyev Sarayı İsrailə satılmayan obyektlər sırasındadır. Hal-hazırda Rusiya Müqəddəs Torpaqda mülk sahibliyinə görə Vatikan və yunanlardan sonra üçüncü yerdədir. Rusiya dövləti Fələstində itirdiyi torpaqları geri qaytarmaq niyyətindədir və uzun müddətdir ki, bu yöndə çalışır. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas 2008-ci ildə Vifleem şəhərində Rusiyaya torpaq verdi ki, İmperator Pravoslav Fələstin Cəmiyyəti burda Rusiya Mədəni və Elmi Mərkəzi tikdi. Fələstin rəhbərliyi İerixon şəhərində də Rusiyaya belə bir torpaq sahəsi verilməsi qərarına gəldi. İerixonda Rusiyaya Moskobiya adlanan ərazi, eləcə də İsa Peyğəmbərin böyük hörmətlə yanaşdığı, Pravoslav Kilsəsinin müqəddəslərindən sayılan Zakxeyin çıxdığı ağac olan ziyarətgah verildi. Bundan başqa Rusiya Eleon dağında da mədəni mərkəz tikmək niyyətindədir. Eleon dağının başında Voznesenski pravoslav qadın monastırı yerləşir ki, bu monastır Moskva Patriarxatının tərkibindədir. 2008-ci ildə isə İsrail Qüdsin mərkəzindəki Sergiyev Sarayını Rusiyaya qaytardı.
 Sadə rus insanları Fələstini daim əzəli yurd, ana vətən, doğma yer sayıblar. Filosof Nikolay Berdyayev Fələstinin rus milli şüuruna doğmalığı barədə belə yazırdı: “Mənəvi şeirlərimizdə Rus- kainatdır, rus çarı- çarlar çarıdır, Yerusəlim də Rusiyadır...” Rus insanları daim Fələstinə- pravoslavlığın taleyi ilə qırılmaz tellərlə bağlı olan xristianlığın beşiyinə can atıblar. Minlərlə rus insanı xristianlığın ərsəyə gəldiyi bu yerlərdə olmaq arzusundadırlar. Bu gün Qüdsə Rusiyanın hüququ qondarma İsrail dövlətinin hüququndan qat-qat çoxdur. İndi İsrailin başına min oyunlar açdığı Fələstin və Suriya xalqlarının dayağı tarixən ruslar olmuşlar. İŞİD Suriya və İraq xalqların qanını içdiyi bir dövrdə rusların onların köməyinə getməsi də məhz bu kontekstdən başadüşüləndir. Fələstinə rusların qayıdışını şərtləndirən proseslərə artıq başlanmışdır.

İbrahim Sel, “Avrasiya tarixi”

Комментариев нет:

Отправить комментарий