10.05.2020

VÜQAR SƏFƏRLİ AŞIĞA JURNALİSTLƏR BİNASINDA EV VERİB

Aşıq Gülayə Şınıxlıya (Gülayə İsrafil qızı Şınıxlı) jurnalistlərin binasından 2013-cü ildə ev verilib.
Bir neçə jurnalist sosial hesablarında belə məlumat paylaşıb. Bildirilir ki, Gülayə Şınıxlı Aşıq Pəri Məclisinin, Aşıqlar Birliyinin və AYP-nin üzvüdür, “Qayğı və Himayə” adlı qeyri-hökumət təşkilatı var və QHT rəhbəri kimi qrant-müsabiqələrdə iştirak edib.
Ancaq şairə-aşıq xanımın jurnalistika fəaliyyəti olmayıb. Buna baxmayaraq, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ona ev verib.
Maraqlıdır ki, onun təqdimatının “Respublika” qəzetindən irəli sürüldüyü bildirilib. “Respublika” qəzetinin baş redaktoru tanınmış alim Teymur Əhmədovdur. Zəruri olaraq qeyd edək ki, T.Əhmədov Prezidentin köməkçisi, PA-nın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov işdən çıxan kimi onunla bağlı sensasion faktlarla zəngin, sabiq məmura qarşı ciddi ittihamların əks olunduğu bir neçə ardıcıl məqalələrlə rəsmi dövlət qəzetində çıxış etmişdi.
Qeyd edək ki, V.Səfərli aprelin 4-də işdən azad edilib və onun yerinə Prezidentin sərəncamı ilə Əhməd İsmayılov təyin edilib. Ə.İsmayılovun təyinatından az sonra bəlli olmuşdu ki, Rusiyada yaşayan tikinti maqnatı, “Verso-M” şirkətinin rəhbəri Mehrac Babayevdə daxil olmaqla, V.Səfərli PA-nın İctimai-siyasi şöbəsinin əməkdaşlarının qohum-əqrəbalarını işə götürməklə məşğul olub.
Hazırda onların hamısı işdən çıxarılıb. Yeni sədr təmizləmələrlə bərabər, şəffaflaşma prosesinə də start verib. /konkret.az/

Комментариев нет:

Отправить комментарий