Yerində çox qurdalanan Ceyhun yata bilməyəcəyini başa düşüb ayağa qalxdı və eyvana çıxdı. Gecənin bir aləmi idi. Əlini cibinə atdı. Siqareti qurtarmışdı. Evdə həmişə ehtiyatı olardı. Bu gün qonaqları gəldiyindən olan-qalan siqaretini də ortaya qoymuş, onlar da siqaretin başına daş salmışdılar.
Bəs nə etsin? Dükan-bazar da bağlı. Birdən-birə bərk darıxdı. Siqaretdən ötrü belə qəribsəməmişdi. Aşağı düşüb həyət-bacanı gəzməyə başladı. Olur da bəzən, qutudan siqaret çıxaranda görürsən biri yerə düşür. Onu yerdən götürməyi özünə sığışdırmırsan. Həm də yerə düşüb axı. Silməli deyil, yuyulmalı deyil ki təmizə çıxa. İndi Ceyhun elə vəziyyətdə idi ki, yerdə siqaret tapsaydı, həvəslə onu götürər, ləzzətlə çəkərdi. Lakin buna ümid bağlaya bilməzdi. Odur ki, yarımçıq çəkilərək atılmış siqaret axtarırdı. Fəqət yaxşı siqaretin bir pis xasiyyəti var ki, yarımçıq yerə atsan da, filtrə çatana kimi öz-özünə yanır, ondan sonra öz ömrünü başa vurur.
Bəs indi nə etsin? Kazımı evindən çağırtdırıb dükanı açdırsın?
Bayaqdan ona göz qoyan Mirzəbala başa düşdü ki, Ceyhunun siqareti qurtarıb, az qalır dəli olsun. Siqaretin dəminin gəlməyi pis şeydir. Heç olmasa gərək bir-iki qullab vurasan.
Onlar küsülü idilər. Özü də çoxdan. Üz-üzə gələndə salamlaşmır, bir-birlərini danışdırmırdılar. Ya üzlərini çevirir, ya da yollarını dəyişirdilər.
Mirzəbala da öz eyvanında dayanıb siqaret çəkirdi. Ceyhun onu görmürdü. Qonşusunun vəziyyətini başa düşən Mirzəbala siqaret qutusunun ağzını açıb, bir neçə siqaret çıxardı və onları üzü aşağı atdı.
Birdən-birə möcüzə baş vermişdi. Aşağı əyilib otların arasında eşələnən, tullantı siqaret axtaran Ceyhun donub qaldı. Siqaretləri görəndə elə bil dünyanı ona bağışladılar. Başını yuxarı qaldırmadı. Bildi ki, bu qonşusu Mirzəbalanın işidir. Göz-gözə gəlmək istəmirdi. Siqaretləri qamarlayıb bir kənara çəkildi və acgözlüklə çəkməyə başladı.
Ertəsi gün qonşular üz-üzə gəldilər. Mirzəbala yolunu dəyişmək istəyəndə Ceyhun addımlarını yeyinlədib ona çatdı. Qonşusunun qolundan tutub:
-Heç bilirsən ki, gecə yarısı mənə necə yaxşılıq elədin?!.
Həmin gün qonşular barışdılar.

Комментариев нет:
Отправить комментарий