Yoxsa başın daşdan dəyər daşa haa.
Dost dediyin vurar səni arxadan,
Yada gizlin zəhər qatar aşa haa.
Qoçaq igid düşməz elin dilindən,
Mərd kişinin mərd törənər belindən.
Kömək umma ölsən namərd elindən,
Sonra qaxınc eyləyəcək başa haa.
Varlısansa kasıblara söz atma,
Qürrələnib üz-gözünü bozartma,
Sən dəvə-qoz söhbətini unutma,
Hər vaxt zərin verməyəcək qoşa haa.
Haqdir edən hər bir şeyə nəzarət,
Ömür yolu çox qısadır, a bədbəxt,
Əcəl gəldi o baxmayır yaşa haa!!
Комментариев нет:
Отправить комментарий