22.09.2014

Biz matrisdə yaşayırıq

 Hələ bir neçə min il bundan öncə Platon təklif etmişdi: ola bilsin ki, bizim gördüyümüz şeylər real deyil. Kompüterlərin icadı ilə bu ideya yeni həyat əldə etdi, xüsusilə də son illərdə “İnception”, “Matrix” trilogiyası, “Dark City” filmləri işıq üzü görəndən sonra. Bunlardan əvvəl isə bizim “dizayn”ın virtuallığı barədə fikirlər ədəbiyyatda öz əksini tapmışdı. Bəlkə bizim dünya, həqiqətən də, kompüter vasitəsilə modelləşdirilib?
 HƏYAT SİMULYATORU. Kompüterlər böyük həcmdə verilənləri emal edə bilirlər və bəzi daha intensiv və produktiv qərarlar modelləşdirilmə tələb edir. Simulyasiya deyəndə çoxlu sayda süni və dəyişən intellektlərin təhlil və nəticələrin öyrənilməsi nəzərdə tutulur. Bəzi simulyasiyalar sadəcə oyunvaridirlər. Bəzilərisə situasiyaları real həyatdan götürür, məsələn: xəstəliklərin yayılması. Bəzi oyunlar tarixi simulyator xarakteri daşıyırlar (məsələn: “Sid Meyers Civilization”) və ya cəmiyyətin real həyatının uzun illər ərzində artımını imitasiya edirlər.

 Simulyatorlar bu gün məhz belə görünürlər, lakin kompüterlər daha güclü və daha sürətli olurlar. Hesablama gücü periodik olaraq iki dəfə çox artır və normal olaraq 50 ildən sonra olacaq kompüterlər bu günkündən milyon dəfə güclü olacaq. Güclü kompüterlər güclü simulyasiyaları -xüsusilə də tarixi- həyata keçirməyə imkan yaradır. Əgər kompüterlər çox güclü olsalar, yaradılmış tarixi simulyator içində olan özünü dərk edən varlıqlar şübhə etməyəcəklər ki, onlar proqramın bir hissəsidirlər.
 Düşünürsünüz ki, biz bundan hələ çox uzağıq? Harvarda yerləşəm superkompüter Odissey 14 milyard ili bir neçə ay içində modelləşdirə bilir.
 ƏGƏR KİMSƏ BACARSAYDI, EDƏRDİ. Onda tutaq ki, kompüterin içində kainat yaratmaq mümkündür. Bu mənəviyyat nöqteyi-nəzərindən yolveriləndirmi? İnsanlar öz hissləri və münasibətləri ilə çox mürəkkəb varlıq olduqlarını sübut ediblər. Birdən süni dünya yaradarkən müəyyən bir anda nəsə nəzərdə tutulan kimi getməsə? Məsuliyyət kainatı yaradanın çiyinlərinə düşməyəcəkmi?
 Ola bilər. Lakin nə mənası var ki? Bəzi insanlara, adicə olaraq, modelləşdirmə ideyasının özü çox cazibədar gələcək. Hətta tarixi simulyasiya yaratmaq qeyri-leqal hesab olunsaydı belə, heç bir şey bir məxluqa bizim reallığımızı yaratmağa mane ola bilməzdi. Yalnız bir şəxs, The Sims oyununu oynaya biləcək qabiliyyətdə olacaq, kifayət edir ki, bizim reallığı icad etsin.
 İnsanların bu tip simulyasiları yaratmaq üçün əyləncədən başqa da ciddi səbəbləri ola bilər. İnsanlığın gələcəyi təhlükə altında ola bilər və alimlər bunun qarşısını almaq üçün böyük diaqnostik test mərkəzi yarada bilərlər. Modelləşdirmə yolu ilə onlar real dünyanın qarşılaşacağı problemlərin qarşısını ala bilərlər.
 AŞKAR ÇATIŞMAZLIQLAR. Əgər model kifayət qədər keyfiyyətli olsa, onun içində olan heç vaxt anlamayacaq ki, bu simulyasiyadır. Əgər siz bir beyini bankanın içində böyütsəniz və qıcıqlanmalara qarşı reaksiya verməsini inkişaf etdirsəniz, beyin heç vaxt şübhə etməyəcək ki, o, bankanın içindədir. O özünü canlı, yaşayan, aktiv, nəfəs alan insan kimi hiss edəcək.
 Lakin hətta simulyasiyanın da boşluqları ola bilər. Məgər siz “matrislərdə” bəzi “nasazlıqların” fərqinə varmamısınız?
 Ola bilər ki, biz bu cür nasazlıqları hər gün görürük. Matris bizə dejavü nümunəsini təqdim edir. Modelləşdirmə bəzi nasazlıqlar nümayiş etdirə bilər, cızılmış disk kimi. Fövqəladə şeylər, möcüzələr və s. kimi hadisələr də nasazlıq ola bilər. Modelləşdirmə nəzəriyyəsinə əsasən insanlar bu fenomenləri müşahidə edirlər, lakin bunlar kodlarda buraxılmış səhvlərin nəticələridir.
 İnternetdə kütləvi sübutlar var, onların da 99%-i cəfəngiyyatdır. 
 BİZİM HƏYATIMIZIN ƏSASINDA RİYAZİYYAT DAYANIR. Kainatda olan hər şeyi özünəməxsus şəkildə hesablamaq olar. Hətta həyat özü də kütləvi qiymətləndirilmələrə məruz qalır. DNT-nin tərkibini təşkil edən kimyəvi cütlüklərin ardıcıllıqlarını hesablamağa kömək etmiş “Genom Layihəsi” kompüter vasitəsilə hesablanmışdır. Kainatın bütün sirləri riyaziyyat vasitəsilə aşkara çıxarılır. Bizim kainatı riyaziyyat dili ilə izah etmək daha asandır, nəinki sözlərlə.
 Əgər hər şey riyaziyyatdırsa, onda hər şeyi ikili koda bölmək olar. Belə çıxır ki, kompüterlər və verilənlər lazımi həddə çatsalar, funksional insanı kompüterin içində genomun əsasında yenidən yaratmaq olar? Və əgər siz belə bir insan yarada bilsəniz, niyə bir dünya yaratmayasınız ki?!
 Alimlər ehtimal edirlər ki, kimsə ola bilsin ki, artıq bunu edib və bizim dünyanı yaradıb. Bizim bir simulyasiyanın içində yaşayıb-yaşamadığımızı öyrənmək üçün tədqiqatçılar ciddi araşdırmalar aparırlar, kainatımızı təşkil edən riyaziyyatı öyrənirlər.
 ANTROPİK PRİNSİP. İnsanların yüksək həddə mövcud olmaqları təəccübləndiricidir. Yerdə həyata başlamaq üçün bizə lazımdır ki, hər şey qaydasında olsun. Biz Günəşdən ən yaxşı məsafədə yerləşirik, atmosfer bizə uyğundur, qravitasiya kifayət qədər güclüdür. Nəzəriyyəyə görə bizim şəraitdə ola biləcək başqa planetlər də mövcuddur, lakin öz planetindən kənara nəzər salanda Yerdəki həyatın nə qədər valehedici olduğunu görürsən. Qara kosmik qüvvələrdən biri bir az güclü olsaydı, Yerdə həyat olmazdı, ya da Yer kainatda olmazdı.
 Antropik prinsip sual verir: "Niyə? Niyə bu şərtlər bizə tam uyğun gəlir?". İzahlardan biri: şərtlər bilərəkdən bu cür təyin ediliblər ki, bizə həyat vermək mümkün olsun. Hər bir uyğun gələn faktor kainat miqyaslarında olan laboratoriyanın içində fiksləşdirilmiş vəziyyətə quraşdırılıb. Faktorlar kainata qoşulandan sonra simulyasiya başlayıb. Ona görə də biz mövcuduq və bizim fərdi planetimiz bu cür inkişaf edir. 
 Aşkar nəticə odur ki, modelin o biri tərəfindəkilər insan olmaya bilərlər. Öz iştiraklarını gizli saxlayan başqa məxluqlar. Ola bilsin, yadplanetli həyat proqramın necə işlədiyini dərk edir və görünməz olmaq onlar üçün problem deyil.
 PARALEL KAİNATLAR. Paralel dünyalar nəzəriyyəsi və ya multiversa ehtimal edir ki, sonsuz parametli sonsuz sayda kainatlar mövcuddur. Yaşayış binasının mərtəbələrini təsəvvür edin. Kainatın multikainatlı olması da binanın mərtəbələri kimidir. Strukturları eynidir, lakin öz aralarında onlar fərqlənirlər. Xorxe Luis Borxes multikainatı kitabxana ilə müqayisə etmişdi. Kİtabxanada sonsuz sayda kitablar var, bəziləri hərfləriylə fərqlənir, bəzilərində isə inanılmaz tarixlər yatır. 
 Belə bir nəzəriyyə bizim həyat anlayışımza bir növ nizamsızlıq qatır. Bəs əgər çoxlu sayda kainatlar varsa, bunlar haradan yaranıblar? Niyə onlar bu qədərdirlər? Necə?
 Əgər biz simulyasiyanın içindəyiksə, çoxsaylı kainatlar eyni zamanda işə salınmış çoxsaylı simulyasiyalar anlamına gəlir. Hər bir simulyasiyanın öz dəyişənlər toplusu var və bu təsadüfi deyil. Modeli yaradan, müxtəlif ssenariləri yoxlamaq üçün müxtəlif dəyişənləri işə salıb müxtəlif nəticələri müşahidə edir. 
 FERMA PARADOKSU. Bizim planet həyatı dəstəkləyə bilən çoxlu planetlərdən biridir və bizim Günəş, Kainatla müqayisədə, çox cavandır. Əlbəttə ki həyat hər yerdə, bizimlə eyni zamanda inkişafa başlayan digər planetlərdə də ola bilər. 
 Bundan əlavə, insanlar cəsarət edib kosmosa çıxıblar. Deməli, digər sivilizasiyalar da bu cür addımı atmalı idilər? Bizdən milyardlarca uzaq məsafələrdə yerləşən və bizdən əvvəl yaranmış milyardlarla qalaktikalar var, deməli onlardan biri “səyahətcil qurbağa” olmalı idi. Hətta bizim planetdə həyatın olması bir vaxtlar burada kolonizasiyanın baş verməsi üçün əla şəraitin olduğu məntiqinə gətirir. 
 Bununla belə, başqa planetlərdə şüurlu həyatın olması barədə heç bir işarə və ya iz tapa bilməmişik. Ferma Paradoksu çox sadədir: “Hamı haradadır?”.
 Modelləşdirmə nəzəriyyəsi bu suala bir neçə cür cavab verə bilir: Həyat hər yerdə olmalı olduğu halda təkcə Yerdədirsə, biz simulyasiyanın içindəyik. Modeli yaradan sadəcə insanların təkbaşına necə fəaliyyət göstərmələrini müşahidə etmək istəyir. 
 Multiversa nəzəriyyəsi deyir ki, kainat modellərinin çoxunda olan digər planetlərdə həyat mövcuddur. Biz bu kainatda təkik və özümüzçün yaşayırıq. Antropik prinsipə qayıdaraq deyə bilərik ki, bu kainat ancaq bizimçün yaradılıb. 
 Digər bir nəzəriyyə, planetariya hipotezi digər bir cavab təklif edir: modelləşdirmə ehtimal edir ki, kütləvi şəkildə sakinləşdirilmiş planetlərin hamısı özlüyündə kainatda tək olduğunu düşünür. Belə çıxır ki, bu cür simulyasiyanın məqsədi ayrı-ayrı sivilizasiyaların eqolarını böyüdərək nəticənin nə olacağını müşahidə etməkdir.
 TANRI-PROQRAMÇI. İnsanlar uzun zamandan bəri dünyanı yaratmış olan tanrını müzakirə edirlər. Bəziləri tanrını buludların üzərində oturan saqqallı kişi kimi təsəvvür edirlər. Lakin modelləşdirmə nəzəriyyəsinə görə düyməni basa bilən adi proqramçı tanrı ola bilər.
 Adınlaşdırdıq ki, proqramçı ikili kodlar əsasında dünya yarada bilər. Əsas sual odur ki, niyə proqramçı öz yaradıcılarına xidmət edəcək olan insanları proqramlaşdırır? Bu sual bir çox dinlərin də əsas sualıdır. 
 Bu məqsədli və ya məqsədsiz şəkildə ola bilər. Ola bilsin ki, proqramçı istəyir ki, biz bizim kimsə tərəfindən yaradıldığımızı bilək və bizə hər şeyin yaradıldığı barədə bir hissi doğuşdan verir. Bəlkə də o, bunu istəmirdi və etməyib, sadəcə biz intuitiv olaraq yaradanın varlığını ehtimal edirik. 
 Tanrı ideyasının proqramçı kimi təqdim olunması iki yolla inkişaf edir. Birinci: kod yaşamağa başladı, inkişaf etməyə imkan verdi və simulyasiya bizi bugün olduğumuz yerə gətirdi. İkinci: günahkar hərfi yaradıcılıq, kresionizmdir. İncilə görə tanrı dünyanı və həyatı 7 gün ərzində yaradıb, bizim halda o, kompüterdən istifadə edib, kosmik güclərdən yox. 
 KAİNATIN SƏRHƏDLƏRİNDƏN KƏNAR. Kainatın sərhədlərinin o tərəfində nə var? Modelləşdirmə nəzəriyyəsinə əsasən deyə bilərdik ki, ətrafına inkişaf etmiş məxluqlar toplanmış superkompüter. Lakin daha dəlisov şeylər ola bilər. 
 Modelləri idarə edənlərin özləri də bizim kimi süni ola bilərlər. Ola bilər ki, simulyasiyada bir neçə qatlar, təbəqələr mövcuddur. Oksforddan olan filosof Nik Bostromun dediyi kimi: “Bizi modelləşdirən post-insanların özləri də kimlərinsə modeli ola bilərlər, o birilər də öz növbəsində başqalarının. Reallığın bir neçə mərhələsi ola bilər və onların sayı zamanın axınına mütənasib arta bilər”.
 Təsəvvür edin ki, siz The Sims oynayırsınız ta ki sizin personajlar öz oyunlarını yaradana qədər. Onların da “sims”ləri bu prosesi həyata keçirdilər, siz isə daha böyük bir simulyasiyanın tərkib hissəsisiniz. 
 Sual yaranır: bəs əsl dünyanı kim yaradıb? Bu ideya bizim həyatımızdan o qədər uzaqdır ki, onu dərk etmək mümkün gəlmir. Lakin əgər modelləşdirmə nəzəriyyəsi kainatın sərhədlərindən kənarda nələrin olduğunu aşkar edə bilərsə, bu artıq varlığın təbiətinin aydınlaşdırılmasına doğru atılmış uğurlu addım sayıla bilər.
 Bütün bunların ən maraqlı tərəfi odur ki, təklifləri nə təkzib, nə də təsdiq etmək mümkün deyil.

Комментариев нет:

Отправить комментарий