Ölüm yoxdu, rus aktyoru, kinorejissoru Andrey Tarkovski deyirdi, ağrı var. O, haqlıdır, ölüm yoxdur. O şeydən ki, biz qorxuruq, çox da dəhşətli deyil. Ölüm-qurtuluşdu, xatircəmlikdi. Son həddi. Başqa vəziyyətə keçiddi. Ola bisin ki, həmin o başqa vəziyyət, elə bizim həyatdan daha yaxşıdır. Həm də hər kəsin ora tələsməməsi, tıxaca düşməməsi üçün bu ağrı düşünülüb. Cəhənnəm və cənnət icad edilib. Həyatdan köçməyə tələsmə-cəhənnəmə düşərsən.
Həyatın ləzzətini hər kəs sonadək dadmalıdır. Başına daş düşsə-yaxşı ölümdür. Əgər gülləni gicgahına sıxsalar? Bəs yataqda illərlə valideynlərinin gözləri önündə çürüsən? Əzab, işgəncədə gömülmək necə? Ölüm vahiməli deyi. Ağrı qorxuludur. Əzabdan, əziyyətdən sonra həyata qayıtdığına görə yox, ağrısı kəsdiyinə adam sevinir. Tunelin sonunda işığı, kənardan öz meyitini görəndə ölümə də sevinir insan. Belə çıxır ki, həyat zorakı, məcburi sınaqdır? İstəsən də, istəməsən də səni ora atırlar, Tale deyilən dəhlizdə o baş-bu başa qovurlar. Bu, heç müxtəlif dalanlara dirənən labirint də deyil. Əvvəlindən sonunadək marşrut bilinir. O, əllərinin içindəki xətlərdə yazılıb, doğulan anda ulduzların düzülüşündə yeni qurban qabaqcadan müəyyən olub.
Çoxbilənləri, həyatdan könüllü köç edənləri cəhənnəm əzabı ilə ürküdürlər. Cənnətə düşmək olar, ancaq gərək kim tərəfdənsə öldürülmüş olasan. Yaxınlarının boğazını kəs, bütöv xalqları məhv et, sonda muzdlu qatilin əli ilə məhv edilib, behiştlik ol. O da düzdür: öldürdün, demək, kiminsə hökmünü, tələbini icra etdin. Deməli, bundan yana da həyata adamlar buraxılır, atılır. O vaxtkı SSRİ-yə Stalini yox, vəbanı göndərmək lazım idi. Stalin yaxşı idi. Onu söymək, lənətləmək, barmaq silkələmək olardı. Taunsa, taundur. Ondan nə qalacaq?..
Elə isə həyatın mənası nədir? Niyə bizi, adamları, artırırlar? Sadəcə əylənmək xatirinə yox ki? Bəlkə, orada, Vahid İnformasiya Məkanında bizim fikir və hislərimizə ehtiyac var? Biz burada əziyyət çəkirik, sevinirik, günah edirik, ya da tamahımıza, nəfsimizə qısılırıq, müqavimət göstəririk. Elə hey düşünürük, düşünürük, üstündə dayanmaq üçün haqqı-ədaləti axtarırıq. Bax, hər şey Orda yazılır. Məkan bizim beynimizdə təsvir edilən informasiya ilə qidalanır. Bədənimiz yerdə çürüyür, qalan hər şeyimiz-yaşantılarımız, düşünüb-daşındıqlarımız səmaya uçur.
Bu mövqedən yanaşanda, intihar utanmaz-utanmaz, sırtıqcasına öz iş yerini qoyub gedən, kütlə üçün lazım olan halqaları çəkməyi dayandıran tokarı xatırladır. Aydın məsələdir ki, bu fərarinin son dayanacağı, başqa heç yer yox, cəhənnəm olacaq.
Onda ki insanlıq yeni bir şey hasil etməyib, təzələnməyib öz düşündüklərini təkrarlaya-təkrarlaya qalacaq, dünyanın sonu gələcək.

Комментариев нет:
Отправить комментарий