Elnur Aslanov və Ceyhun Osmanlı diqqət mərkəzində olduğundan Camaatın yeni gənclər sektoru üzrə imamı İxtiyar Hüseynlidir
Əslində tipik şərqli xüsusiyyətidir- “Məndən ötdü, qonşuma dəydi”. Birinci yazı Gülən Şəbəkəsinin Azərbaycan fəaliyyətindən bəhs etsə də, daha çox, ARDNŞ rəhbərliyinin işbirliyindən bəhs etdiyindən, dövlətin içinə yerləşdirilmiş digər hücrələr səssizliyini qorudular. Lakin ikinci yazıda dövlət içində qurulan şəbəkənin digər qanadlarının maraqlarına toxunulduğu üçün ənənəvi camaat oyunlarına start verildi: hücumlar, təhdidlər, gözdənsalmağa cəhdlər və s.
Öncəliklə, qeyd etmək istərdim ki, biz bu mövzuda bu gün yazmırıq. Bəlkə sosial şəbəkələrdə aktivlik nümayiş etdirən lisey uşaqları yaş səbəbilə bilməyə bilir, ancaq “Abi”lərindən soruşsalar, onlar da təsdiqləyər ki, bəndeyi-fəqir heç kimin yazmadığı vaxtlarda bu təhlükəyə diqqət çəkirdi.
Bu səbəbdən də, az qala Türk düşməni elan edilmişdim. Bu gün Türkiyənin Almaniyadakı səfiri olan Hüseyin Avni Karslıoğlu Azərbaycanda səfir olarkən dəfələrlə məndən bu mövzuya toxunmamağımı xahiş etmiş, hətta bir dəfə iki ölkə arasındakı əlaqələri “baltaladığımı” elan etmişdi. Karslıoğlunu anlayırdım. Çünki o, Bakıdan getdikdən sonra özəl qələm müdürü olduğu Abdullah Gülün 2003-cü ildə xarici işlər naziri olarkən imzaladığı 3847 saylı təlimatnaməyə (Ərdoğan tərəfindən ləğv edilib) əsasən bu məktəbləri qoruyurdu. Tək o deyil. Azərbaycandan onlarla tanınmışdan bu məsələyə görə, xahiş-minnət və təhdid aldığımız zaman belə geri çəkilmədik. Elnur Aslanovun ən güclü vaxtında Şəhidlər Məscidinin həyətində göndərdiyi “Gülənə toxunmasın” mesajını qulaqardı edib, öz bildiyimiz yolda davam etdik. Bu səbəbdən də bu yazılara başlarkən bütün variantlarınızı göz önünə almışıq.
Bu səbəbdən də, az qala Türk düşməni elan edilmişdim. Bu gün Türkiyənin Almaniyadakı səfiri olan Hüseyin Avni Karslıoğlu Azərbaycanda səfir olarkən dəfələrlə məndən bu mövzuya toxunmamağımı xahiş etmiş, hətta bir dəfə iki ölkə arasındakı əlaqələri “baltaladığımı” elan etmişdi. Karslıoğlunu anlayırdım. Çünki o, Bakıdan getdikdən sonra özəl qələm müdürü olduğu Abdullah Gülün 2003-cü ildə xarici işlər naziri olarkən imzaladığı 3847 saylı təlimatnaməyə (Ərdoğan tərəfindən ləğv edilib) əsasən bu məktəbləri qoruyurdu. Tək o deyil. Azərbaycandan onlarla tanınmışdan bu məsələyə görə, xahiş-minnət və təhdid aldığımız zaman belə geri çəkilmədik. Elnur Aslanovun ən güclü vaxtında Şəhidlər Məscidinin həyətində göndərdiyi “Gülənə toxunmasın” mesajını qulaqardı edib, öz bildiyimiz yolda davam etdik. Bu səbəbdən də bu yazılara başlarkən bütün variantlarınızı göz önünə almışıq.
Bu gün liseylərin bağlanmasını Ərdoğan ilə əlaqələndirirlər. Heç şübhəsiz ki, bu zamana qədər “türk məktəbləri” deyə, Abdullah Gülün də yuxarıda qeyd etdiyim təlimatnaməsinə əsasən Türkiyə tərəfindən müdafiə olunan bu məktəblərə baxış fərqli idi. Özbəkistanda prezidentə sui-qəsdin təşkilatçıları olmalarının üzə çıxmasına rəğmən Türkiyənin bir dövlət olaraq sahib çıxması bu liseylərə münasibəti neytral saxlayırdı. Lakin Türkiyənin dövlət olaraq bu liseylərin arxasından bu şəkildə çəkilməsi öz dövlətinin gələcəyini düşünən hər bir iqtidarı narahat etməyə bilməzdi. Yalnız bu məktəblərin “Ərdoğanın təlimatı ilə bağlanılması” şüarı Azərbaycanı kiçik göstərməyə, öz iradəsinin olmamadığına hesablanmış bir addımdır. Çünki bu məktəblər birbaşa Azərbaycan Prezidentinin iradəsi ilə və bilgisi daxilində bağlanıb. Bunun əksini iddia edənlərin məqsədi Azərbaycanın dövlət olaraq onların məktəbini bağlamağa gücü yetməyəcək olaraq göstərilməsidir.
“Today Zaman”ın baş yazarı Bülent Keneş iddia edir ki, Ərdoğan SOCAR-ın Türkiyəyə yatıracağı 15 milyardlıq sərmayənin önünü kəsdiyi üçün Azərbaycan məktəbləri bağlayıb. Bunu demək üçün cahil olmalısan? Çünki sərmayə yatırmaya Türkiyə əngəl olursa, dünyanın başqa yerlərinə yatırılar və Azərbaycan sərmayə yatırılan deyil, yatıran olduğu üçün şərt qoyan ölkə durumundadır, şərtə boyun əyəcək deyil.
Fətullah Gülən yayımlanan gizli videolarından birində deyirdi: “Dayanmadan hazırlanmalıyıq. Həm də heç dayanmadan. Zamanı gəlincə, uyğun boşluq tapan kimi hücuma keçərik. Bəziləri mənə qorxaq deyirlər. Amma bəzən düşməndən qaçmaq çox önəmli manevrdir. Diqqətli olmalıyıq. Tez hərəkətə keçsək, təpəmizə minərlər. Gələcək adına çox irəli getmədən can damarları içində dolaşmadan, ən əsası yara almadan mövcudiyyətimizi qorumaq önəmlidir. Ədliyyədə, Mülkiyyədə və ya başqa həyati müəssisədəki adamlarımız qorunmalıdır. Çünki onlar gələcəyimizin qarantiyası, bizim varlığımızın təminatıdırlar. Bu hərəkat yanlış bir addımda məhv ola bilər. Dünya Əlcəzairdə olduğu kimi başımızı əzər və bir daha belimizi düzəldə bilmərik”.
Bu gün Türkiyədə mövcud iqtidara qarşı Ana Müxalifət rolunu oynayan, bir-biri ilə zidd partiyaları bir araya gətirib, Ərdoğana qarşı “çatı namizəd”i çıxaran Camaat 35 illik tərəfdarlarını belə tərəddüdə salıb. Dünənə qədər AKP iqtidarı ilə gücünün ən yüksək səviyyəsinə çıxan, dövlət içində bütün qurumlara yerləşən Gülən Şəbəkəsi bu gün onu iqtidara daşıyanı endirmək üçün dünənə qədər “din düşməni” elan etdikləri üçün qapı-qapı səs toplayır. Camaatın bu məsələdə üzə çıxan ən önəmli xüsusiyyəti bütün qruplarla qaynayıb, qarışsalar da, öz kimliklərini qorumalarıdır. Eynilə sebatayçılar əsrlərlə müsəlmanlarla birlikdə namaz qılıb, ibadət etsələr də, heç vaxt Sebatay Sevinin məsləhətlərini unutmadılar və öz mövcudiyyətlərini neçəəsrlərlə saxladılar və saxlamaqda da davam edirlər.
Azərbaycanda isə eyni taktikanı tətbiq edən Gülən Şəbəkəsinin gənclik qoludur. Görünüşə görə, YAP Gənclər Birliyi ilə “İrəli”nin hədəfi birdir: Azərbaycan Prezidentinin siyasi kursunun dəstəkləmək. Lakin “İrəli” İB-nin aktiv üzvlərindən biri YAP-ın Binəqədi şöbəsinə üzv olduğu üçün başına gəlməyən oyun qalmamışdır. Həmin şəxslə bütün əlaqələrin kəsilməsi, onun neçə illik yoldaşları tərəfindən təcrid olunması prossesi başladılmışdır ki, bunu görən heç bir “İrəli”çi YAP-a tərəf baxmasın. Həmin prossesə start isə Elnur Aslanovun restoranında Ceyhun Osmanlı-Rauf Mərdiyev-İxtiyar Hüseynli triosu tərəfindən qərarlaşdırılmışdır. Eləcə də, hələ də “İrəli” daxilində qalan Ceyhun Osmanlı komandasına birliklərini pozmamaları təlimatı verilir.
Yayılan xəbərlərdə bildirilir ki, Elnur Aslanov və Ceyhun Osmanlı diqqət mərkəzində olduğundan Camaatın yeni gənclər sektoru üzrə imamı İxtiyar Hüseynlidir. “Azərbaycan” qəzetinin siyasət şöbəsinin redaktorunun hazırkı missiyası Şəbəkənin gənclik qolunu 2015-ci ilə qədər dağılmadan sakit şəkildə idarə etməkdir. Rauf Mərdiyev və Fərhad Məmmədovun da dəstək verdikləri yeni imam əsasən “Bürc”də keçirdiyi görüşlərdə şəbəkənin dağılmaması üçün vədlər verir, gözlənilən parçalanmanın qarşısını almağa çalışır. Məqsəd isə 2015-ci ilə monolit komanda ilə gedərək, Türkiyə praktikasını Azərbaycanda gerçəkləşdirib, Ərdoğana qarşı edə bilmədiklərini Azərbaycanda tətbiq etməkdir. Bunun üçün isə hələlik hücrə evlərinin “yatması” lazımdır.
Eyni söz bağlanan “Araz” kursları və liseylərin müəllimlərinin də dilindədir. Beynəlxalq Təhsil Mərkəzinin Baş İdarəsinin rəisi Məsud Kurnazla Aşıq Ələsgər küçəsində gizli toplantılara qatılanlardan birinin sözlərinə görə, məktəblər bağlansa da, Camaatın Azərbaycan qanadı onlara deyib ki, “Hər şey yaxşı olacaq”.
Maraqlıdır ki, Məsud Kurnaz nəyə və kimə arxalanaraq, müəllimlərə və hələ də övladlarını başqa məktəblərə yerləşdirmədən gözləyən valideynlərə bu sözü deyib? Xalik Məmmədova! Çünki əvvəlki yazılarda da bəhs etdiyimiz kimi Məsud Kurnazın Azərbaycanda qalmasının səbəbkarı Rövnəq Abdullayevin kadr məsələləri üzrə müavini Xalik Məmmədovdur. Bu şəxs hazırda Prezident Aparatından Təhsil Nazirliyinə qədər bütün instansiyalara müxtəlif yollarla nüfuz edərək, məktəblərin ən azından bir neçəsinin açılmasına və ya başqa adla fəaliyyətini davam etdirməsini istəyir. Xüsusilə Təhsil nazirinin yaxın çevrəsinə çıxan Xalik Məmmədov SOCAR-ın imkanlarından Camaatın yolunda istifadə edir.
Bu barədə aldığımız məlumatlarda deyilir ki, Məsud Kurnaz və digərlərinin Azərbaycanda qalması üçün miqrasiya məsələlərini də həll edən X.Məmmədov Qafqaz Universitetinin süni ştatartırma əməliyyatının da başında dayanır. Belə ki, maaşları dövlətin büdcəsindən- SOCAR-dan qarşılanan Qafqaz Universiteti bağlanan məktəblərin camaatçı personelini hər keçən gün müxtəlif bəhanələrlə işə alır. Bu təhsil müəssisəsinin sahibi olan SOCAR isə bunu görmür. Minlərlə azərbaycanlını ixtisara salan Rövnəq Abdullayev Xalik Məmmədovun imitasiyaları nəticəsində Əhməd Sanıcın rektorluq etdiyi universitetin kadr ehtiyacının olduğuna inanır.
Məhz SOCAR şefinin Xalik Məmmədova söz keçirə bilməməsinin nəticəsidir ki, liseylər və “Araz” kursları bağlansa da, yenidən açılacağına ümid böyükdür. Belə olmasaydı, həmin məktəblər çoxdan boşaldılar, vahid mərkəzdən işlər aparılardı. Lakin araşdırmamız zamanı bəlli oldu ki, ayrı-ayrı şəxslərdən icarəyə götürülən mülklərin hamısının ilin sonuna qədər icarə haqqı öncədən ödənilib. Və təəssüf ki, dövlətdə mühüm vəzifə sahibi olan bir çox icarədarı mülklərinin taleyindən daha çox Camaatın bunların villalarını tərk etməməsi maraqlandırır. Eynilə “hər şey yaxşı olacaq” cümləsindən istifadə edərək, müəllimlərin maaşlarını vaxtı-vaxtında ödəyən və sanki yenidən açılacaqmış kimi lisey və kurslarda toplantılar keçirən Məsud Kurnaz bu qədər maliyyəni haradan alır? Madam ki, bu qədər maliyyə var, nə üçün valideynlərin pulları qaytarılmır? Və araşdırdıqca, hər pərdənin arxasından Xalik Məmmədov çıxır. SOCAR-ın sadəcə Azərbaycanda deyil, Britaniya və Türkiyədəki imkanlarından Camaat yolunda istifadə edən Xalik Məmmədov Şəbəkəyə ata oğluna sahib çıxan kimi sahib çıxır.
Əslində Xalik Məmmədov bir az vaxt ayırıb, Camaatın Azərbaycandakı mobil qüvvəsi olan “lisey uşaqları”nın yazdıqlarını oxusa, necə bir bəlanı müdafiə etdiyinin şahidi ola bilər. Lakin şəxsi maraqlar dövlətçilik maraqlarını üstələdiyindən Məsud Kurnazın “dövlətin bacarmadığını mən etdim” deyərək, önünü kəsdiyini iddia etdiyi bu gənclərin yazdıqlarını görmür. Əgər diqqətli şəkildə nəzər yetirsə, dövlət içinə girmək üçün niqablanan bu gəncliyin maraqlarına toxunulanda, necə böyük bir təhlükəyə çevrildiyinin şahidi ola bilər.
Məsələn, liseylərin bağlanılmasını vicdansızlıq və şərəfsizlik adlandıran lisey uşaqlarının dövlət məktəblərinə qarşı nifrət hissi haradan qaynaqlanır? Atalarınız, analarınız bu məktəblərin yetirməsi deyilmi? Çünki bu gənclər öz valideynlərini deyil, millət vəkili Qənirə Paşayevanın davamlı təşəkkür etdiyi “Memar”ı (Gülən-red.) örnək götürürlər (https://www.youtube.com/watch?v=DwaFwI3FXSo). Bu səbəbdən də onlar üçün Heydər Əliyev kimi bir dahi yetişdirmiş dövlət məktəbləri düşmən ocağıdır.
Və yenə Xalik Məmmədovun görmək istəmədiyi statuslarda göstərilir ki, onların “yeni dünya”sını quranların qarşısını heç kim kəsə bilməyəcək.
11 mart 2011-ci ildə Azərbaycan dövlətinə qarşı ilk camaat üsyanına rəhbərlik edənlərin məqsədi Azərbaycanda hakimiyyəti ələ keçirmək idi. Çünki hakimiyyət daxilində çox ciddi dayaqlara sahib olduqlarını düşünür, Prezidentliyə də “layiqli namizəd”ləri var idi. Həmin zaman o aksiyanın təşkilatçıları arasında “lisey uşaqları”nın çoxluğu ilə yanaşı onlara qarşı Ceyhun Osmanlı və təşkilatının passiv mövqe sərgiləməsini yanaşı qoyduqda, əslində hər iki tərəfin eyni yola xidmət etdiklərini görmək mümkündür. Elnur Aslanovu gələcək prezident olaraq görən şəbəkənin mahiyyətini Camaatın aktivistlərindən biri, fətullahçıların gizli görüş mərkəzlərindən olan “Özsüt”ün sahibi Sabir Niftəliyev açıqlayır:
“İqtidar gələcəkdə “paralel yapılanma ola bilər” deyə düşünüb, Hizmət Hərəkatını qaralaya bilər, gözdən sala bilər, ümumilikdə nəzarətdə saxlaya bilər və bu normaldı. Bəs bu günki müxalif düşüncəli insanlarımızın nə alıb-verə bilmədiyi var liseylərlə? Mənim təsbitim belədir ki, onsuz da axır-əvvəl bu sistemli işin bir nəticəsi olacağını bilirlər və onların (müxaliflərin) bacarmadıqlarının bu məzunlar tərəfindən ediləcəyini sezirlər. Enerjinizi tükətməyin. Qorxduğunuz başınıza gələcək!”
SOCAR-ın qeyri-neft sektorundakı işlərini həyata keçirən “Modern Group”la da ciddi əlaqələri olan bu gəncin sözlərinə diqqət yetirirdinizmi? Budamı qol deyil, hörmətli Rövnəq müəllim? Sizin maliyyənizlə yetişən bu nəsil sizləri bu sistemli işin nəticəsi olaraq hakimiyyətdən devirəcəklərini daha necə açıqlasınlar?
Və ya Ceyhun Osmanlı və Hüseyn Dinləməzin Azərbaycan iqtidarı əleyhdarları ilə tez-tez görüşdükləri “Özsüt”ün sahibinin bu yazdıqlarına Rövnəq Abdullayevin münasibəti necə olar? Hər halda liseylərin bağlanması ilə bağlı qərarın altında onun imzası var.
Camaatın dəstəyi ilə “Özsüt” brendini Azərbaycana gətirib, H.Dinləməzin maliyyə yardımı ilə “iş adamı” olan Sabir Niftalıyev deyir: “Gələcəyin alimlərini yetişdirəcək qurumlar zalimcə bağladılır.
Birgün siz zalimlər ölüb gedəcəksiniz amma bu idealogiya, bu məfkurə əbədiyyən yaşayacaq.
Bugün bunları bitirdik deyə düşünürsüz bəlkə də amma bilin ki, birgün daha güclü şəkildə qarşınıza çıxasıyıq.
Bu ideologiyanın, məfkurənin neçə on illik təcrübələri ilə sabitdi bu.
Və sonda..
Qorxmayın, titrəyin!”
Əvvəla, Azərbaycanın 50 milyonluq soydaşımızı qucaqlayan Azərbaycançılıq ideologiyası qarşısında saxta, yamaq və pirat ideologiyaların əbədiyyən yaşamasına inanmaq zombiləşmiş bir beynin məhsuludur. Azərbaycanda yaşayan bütün xalqları da birləşdirən azərbaycançılıq bu kimi ideologiyaları bir anda söküb atacaq qədər güclüdür. Məsələ Gülənə ailələrindən daha çox bağlı olan bu şəbəkənin nə yazması deyil, gücünü Şah İsmayıldan alan və təməli Heydər Əliyev tərəfindən qoyulan ideologiyaya qarşı çıxanların məhz dövlətin SOCAR çətiri altında toplaşmasıdır.
Bu gün liseyləri bağlayanlara qarşı “zalım” damğasını açıq-açıq vurmaqdan çəkinməyəcək qədər güclü olan bu şəbəkənin xəyanət içində olmasını bildikləri halda onlara sahib çıxmaq dövlətə qarşı ən böyük xəyanətdir.
Bu xəyanətin ortaqları Azərbaycana amerikan azadlığı istəyirlərsə və dövlətin milyonları hesabına qurulan Strateji Araşdırmalar Mərkəzi isə bunu görmək istəmirsə, bu da SOCAR-la bərabər bu xəyanətə ortaq olmaqdır. Fərhad Məmmədov dövlətini deyil, dostları Elnur Aslanov və Ceyhun Osmanlını qoruyursa, bu barədə yazanları “dövlətin düşmənləri” və ya başqa dövlətə çalışanlar kimi qələmə verirsə, o yer onun yeri deyil. Yaxşı olardi ki, köhnə günlərdə olduğu kimi gedib, Ceyhun Osmanlı ilə yallı oynayıb, stress atsın.
Birinci yazıda qeyd etmişdim ki, ABŞ-ın, eləcə də digər ölkələrin ən çox istifadə etdikləri şpionaj metodlarından biri də «Nüfuz Cəsusluğu»-dur və Camaat bundan çox ciddi şəkildə istifadə edir. Məsələn, tanınmış şəxsləri öz sırasına çəkən Şəbəkə bəzən xəbərləri belə olmadan onların üzərindən çox ciddi işlərini görürlər. Məsələn, millət vəkili Qənirə Paşayeva günümüzün ən populyar millət vəkillərindən biridir. Parlamentin bəlkə də ən aktiv deputatı olan Qənirə xanımın əksər səfərlərinin SOCAR tərəfindən maliyyələşdirildiyi xəbəri nə qədər doğrudur? Onun piar kampaniyasında SOCAR-da çalışan yaxın qohumun payı nə qədərdir?
Qənirə Paşayevanın Fətullah Gülənə etdiyi minnətdarlıq və Ənvər Özərənlə birlikdə iştirak etdiyi tədbirlər yaddan çıxmayıb. Ancaq Qənirə xanım aysberqin görünən tərəfidir. Görünməyənlər də var. Gülənin çıxışlarını izləyib ağlayanlar, Pensilvaniyaya edilən ziyarətlər bir gün mütləq üzə çıxacaq. Biz hələ Qənirə Paşayevanın yaxın rəfiqəsi Tünzalə Ağayevanın Gülən məktəblərində verdiyi 102 konsertdən bəhs etmirik…
Gülənin Azərbaycanda, xüsusilə QHT və dövlət sektorundakı adamlarından bəhs edərkən, bu şəxslərin adlarını çəkmişdik:
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Şuranın sədri Şahin Seyidzadə, Vətəndaş Cəmiyyətində Debat İB-nin sədri Seymur Hüseynov, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ASAN Könüllüləri Gənclər Təşkilatının sədri İnam Kərimov, Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Samir Musayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Qafqaz Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri, eyni zamanda SAM əməkdaşı, dosent Rövşən İbrahimov, “Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması- Beynəlxalq Təşkilatlarla Əlaqələndirici Ayaz Salmanov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Fuad Babayev, “New Baku Post-Azərbaycan” ictimai-siyasi qəzetinin təsisçisi Tural Əliyev, ASAİF-in keçmiş baş katibi Vusal Qurbanov, İrəli İB-nin NTK-sədri Xəqani Fərəcov, Xəzər Dənizi Gənc mühəndislər İB-nin rəhbəri Rüfət Əzizov, İDEA İB-dən Raul Gülməmmədov, ASAİF-dən Nəcibə Mustafayeva.
Aparılan araşdırmalar zamanı Gülən Şəbəkəsinin Vergilər Nazirliyində də xeyli sayda adam yerləşdirdiyini öyrəndik. Bəlli oldu ki, Camaat onlara tabe olmaqdan imtina edən bir çox iş adamına qarşı “vergi dəyənəy”indən də istifadə edirmiş. Camaatın Vergilər Nazirliyindəki “imam”ı isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Şaiq İsfəndiyar oğlu Xəlilovdur. Nə qədər qəribə görünsə də, Vergilər Nazirliyində ondan yüksək vəzifədə olan Şəbəkə üzvləri ona qeydsiz-şərtsiz tabe olurlar.
Ceyhun Osmanlıya bağlı şəbəkə üzvləri arasında İrəli İB-nin baş katibi Nərmin Məmmədova, AKİB sədri İmadəddin Quliyevin, AzTV-dən Orxan Muxtarlının, “Azərsu” ASC-dən Anar Cəfərovun adları çəkilir. Sonuncunun Qafqaz Universiteti ilə də sıx bağlı olduğu vurğulanır.
Maraqlıdır ki, hansısa nazir övladının ayaqqabısını tərs geydiyinə xəbər dəyəri verən müxalif media Gülən şəbəkəsinin fəaliyyətlərini görməzdən gəlir. Səbəb “Özsüt” restoranında Hüseyn Dinləməz və İbrahim Ünlübostan ilə bir sıra aparıcı müxalif yazarın bir araya gəlməsi ola bilərmi? Bir müddət öncə bağlanan, lakin “Xəzər” TV-nin rəhbərliyi ilə görüşdükdən sonra fəaliyyətini bərpa edən qəzetin Camaatı diqqət çəkməyəcək şəkildə müdafiə etməsinin arxasında nə dayanır? Kimlər “aylıq paketlər” paylayaraq, Camaata qarşı susqunluğu təmin edirlər?
Əksər media qurum başçılarını müxtəlif şəkildə razı salan Camaatın Media İmamı onlara qarşı çıxanlara qarşı da acımasız münasibət sərgiləməkdədir.
Keçən yazımızda Aral Qrupun başçısı Əhməd Çətinin başına gətirilənlərdən qısa olaraq qeyd etmişdim. Camaatın iş dünyasındakı fəaliyyətləri gələcək yazının mövzusu olsa da, bu məsələyə maraq olduğundan açıqlama verilməsini zəruri hesab edirəm. Belə ki, Gəzi olaylarından sonra Əhməd Çətin Ərdoğana dəstək vermək üçün Türkiyəyə uçan azsaylı iş adamlarından biridir. SOCAR-ın böyük proyektlərini icra edən Aral Qrupun sədri Türkiyədən döndükdən sonra böyük zərbə alır. Belə ki, onun bu addımını xəyanət kimi dəyərləndirən Camaat SOCAR vasitəsi ilə onun Ramanada başladığı proyekti əlindən alır. Şirkətə ödəniləcək pullara da müxtəlif bəhanələrlə əl qoyaraq, Əhməd Çətin sərt şəkildə cəzalandırılır. Baxmayaraq ki, Əhməd Çətin 2013-cü ilin yanvarında Pensilvaniyaya aparılan bir neçə iş adamından biri idi.
Bu taktika Ərdoğanı dəstəkləyən əksər iş adamlarına qarşı yürüdülüb. Onların Azərbaycanda ləkələnməsi, “vurulması” prossesi məhz Xəzər Televiziyası və “Zaman” qəzeti tərəfindən aparılıb. Son prossesdə mebel, bank, səhiyyə və tikinti də daxil olmaqla bir neçə sektorda çalışan iş adamları Ərdoğanı dəstəkləməyin və Gülən Mediasına reklam verməməyin qurbanına çevriliblər. Qurbanlar arasında Azərbaycanın tanınmış aparıcılarından biri də var.
Camaata qarşı olan şəxslərin sıradan çıxarılması üçün böyük məbləğdə pulların reklam adı altında silinməsinə belə gedən Gülən tərəfdarları “xain”ləri cəzasız buraxmırlar. Xüsusilə, əvvəllər onlara yardım edən və “bəddua” hadisəsindən sonra onlardan üz döndərənlər qara siyahıdadırlar.
Türkiyədə ÇHP ilə ortaqlıq edən Gülən Şəbəkəsi Azərbaycanda güclü müxalifət görmədiyindən hazırda aktivistlərə dəstək verməkdədir. Lakin 2003-cü il prezident seçkiləri zamanı müxalifətlə aparılan görüşlər sübut edir ki, camaatın mövqeyi kritik an ola biləcəyi təqdirdə sürüşkənləşir.
Eləcə də, son lisey bağlanma məsələsində dövlətə meydan oxuma cəhdləri sübut edir ki, dövlət ciddi təhlükə ilə üz-üzədir. “Birliyi pozmayın, hər şey yaxşı olacaq” mesajı da camaatın arxayın olduğu bir şeylərin olduğuna dəlalət edir. Hədəf isə 2015-ci ilə qədər hər hansı şəkildə güc itirməməkdir. Fətullah Gülənin dediyi kimi: “Dayanmadan hazırlanmalıyıq. Həm də heç dayanmadan. Zamanı gəlincə, uyğun boşluq tapan kimi hücuma keçərik”.
Aqil ƏLƏSGƏR azerinfo.org
Комментариев нет:
Отправить комментарий