Türk insanı qətiyyən o seriallarda göstərilən insan deyil
Boşqabın ortasına bir sümük qoyub ətrafına də 52 cür göyərti qoyurlar, sən də sanırsan ki, bu nədirsə fövqəladə bir şeydir, ancaq yeyincə elə türklərin sözü olmasın oyuna gəldiyini görürsən
Bizdə addımbaşı qarşılaşdığın gözəl xanımları Türkiyədə gündüz çıraqla da gəzsən tapmaq mümkün deyil
Əvvəlcədən xatırlatmaq istəyirəm ki, qeydlərim ancaq iki həftə müddətində olduğum şəhərlərdəki (İstanbul, Ankara) türk cəmiyyətindən- insanından, onun yaşamından, baxışlarından və toplumsal dəyərlərindən qaynaqlanır. Ancaq nəzərə alsaq ki, bu şəhərlərin biri Türkiyənin ən turistik, digəri isə rəsmi bir şəhəri və paytaxtıdır, o zaman vəziyyət bir az da ciddiləşir və qeydlərin də yükü həm müəllif, həm də oxucuya görə bir az daha artmış olur.
Birbaşa mövzuya keçməzdən əvvəl sizə bir hekayət danışacam. Hansı ki, bu hekayət həm də yazı boyu sizə işıq tutacaq. Daha doğrusu, bunu yaşlı bir türk dayı danışdı. Onunla gəzdiyimiz məscidlərin birində tanış olduq. Bir az söhbətləşdik və mövzu xalqların etnik milli xüsusiyyətlərinə, psixoloji alışqanlıqlarına, yaşamlarına və bunların fonunda siyasətə, inanca gəlincə ağsaqqal mənə belə bir hekayət danışdı. Deyir, deməli, o zamanlar türklər çinlilərə tez-tez hücum edirmiş. O yazıqlar da naçar qalıb Çin səddini tikirlər.
Ancaq buna rəğmən türklərin hücumu yenə ara vermir. Çinlilər türkləri anlaşmaya dəvət edir və belə təklif edirlər ki, bəs biz sizə müəyyən zamanlarda istədiyinizi verəciyik, gəlin aparın, amma daha hücum etməyin, ölüm-itim olmasın. Türklər də razılaşırlar və beləcə bir müddət davam edir. Günlərin birində türklər yenə hücuma keçirlər. Çinlilər gəlir ki, axı biz anlaşmışdıq, özümüz də istədiyinizi verirdik, niyə yenə hücum etdiniz? Türklər də cavab verir ki, bəs elə ləzət eləmir).
Həbsxana qeydləri. Bir də haşiyəyə çıxıb siz dəyərli oxuculara indidən anons etmək istəyirəm ki, növbəti yazım Türkiyədə Nazim Hikmət, Nəcib Fazil Qısakürək, İskilipli Atıf Hoca (Şapka qanununa etirazına görə edam edilən din xadimi), Bülent Ecevit, Deniz Gezmiş, rejissor Yılmaz Güney, Sabiha Sertel, Muhsin Yazıcıoğlu, bu gün həyatda olanlardan Mustafa İslamoğlu, Fəridə Çiçəkçioğlu və.s kimi ən məşhur simaların məhbəs həyatı yaşadıqları “Ulucanlar” həbsxanasından, o qəribə, müdhiş mənzərəli məkan haqqında olacaq. Bu insanların vaxtilə məhbus olduğu kameraları bir-bir gəzdim və düşünürəm ki, bu qeyd və təəssüratlar sizin üçün də olduqca maraqlı olacaq.
İstanbul. Bu şəhər hər halı ilə bir azərbaycanlı olaraq sənə yaxın, tanış gəlir və sən özünü burada yad hiss etmirsən. Ən özəl tərəflərindən biri şəhərin başdan-başa məscidlərlə dolu olmasıdır. İstanbulun harasına getsən, o yerdə hökmən uzaqdan da olsa, gözlə görəcəyin bir məscid minarəsinə rast gələcəksən. Namaz vaxtlarında isə bir qayda olaraq hər yerdən azan səsi yüksəlir (Bu Ankarada da belə idi). Ancaq işin bir az daha həssas tərəfləri var. Məsələn, fəlsəfə ixtisası üzrə təhsil alan, demək olar ki, şərq ölkələrinin bir çoxunda olan və onların memarlığı, xüsusilə məscid-minbər və s. komleks dini tikililərin arxitekturası ilə yaxından tanış olan bir dostumuzla (Emin İmani) İstanbulun “Yenikapı” məscidinə getmişdik. Dostumuz belə bir fikir söylədi ki, sanki, Türkiyənin məscidlərindən axirət yox, dünya qoxusu gəlir. “Niyə belə düşünürsən?” sualının cavabında dedi ki, çünki məscidlərin daxili həddindən artıq zər-ziba ilə bəzədilib (Eyni fikri bir həftə sonra Ankaranın “Kocatepe” məscidində başqa bir azərbaycanlı tələbə ilə söhbətləşdiyim zaman onun dilindən duydum). İstanbulun əhalisinə gəlincə burada yolboyu və ictimai nəqliyyatda sözün əsl mənasında hər rəng adamla rastlaşma ehtimalınız var. Ancaq bu müxtəliflik də İstanbulun xüsusi harmoniyasını pozmur. Şəhərə gələnlərin sayının çox olmasına baxmayaraq, bundan sui-istifadə olunmur. Məsələn, siz İstanbulda, hətta 40 dollara belə səhər yeməyi də daxil normal şəraitli ikinəfərlik bir otel otağı tapa bilərsiniz. Əgər o şəhərə getsəniz, hökmən boğaz turunu və tur sonrası boğazda balıq yeməyi qətiyyən unutmayın.
Ankara. İstanbuldan fərqli olaraq Ankara rəsmi və bir az soyuq ruhlu şəhərdir. Ancaq bu şəhərin də özünəməxsus özəllikləri var. Ümumiyyətlə, orada olarkən birbaşa ixtisasımla bağlı olduğu üçün “türk serialları və türk insanı”nı davamlı müqayisə edirdim. Deyim ki, bizdə çəkilən bəzi seriallar qınandığı kimi bu sarıdan türklər də eynilə bizim qədər günahkardırlar. Çünki eyni problemi ora üçün də söyləmək olar. Müəyyən faiz nisbəti istisna olmaqla türk insanı qətiyyən o seriallarda göstərilən insan deyil (Mövzu konkret olaraq bu olmadığı üçün detallara varmıram). Bir də hər iki şəhər üçün ümumi olan cəhət var ki, bu da türk insanının böyük çoxluğunun efirlərdə göstərilənin əksi olaraq siyasi aktivliyinin minimum olmasıdır. Burada realda rastlaşdığın və söhbətləşdiyin insanlar qətiyyən siyasi aktiv deyil. Bəli, bəlkə də, kimi dindirsən, siyasət haqqında aşağı-yuxarı bir şeylər deyəcək. Ancaq bu qətiyyən siyasi aktivlik hesab oluna bilməz. Əslində, bu elə hakimiyyətə də xeyir edən “hamısı danışan, ancaq danışdıqları bir şeyə yaramayan” “siyasi aktiv” insan kütləsidir. Bir şey də var ki, burada, sanki, insanlar da hisslərlə idarə olunur. Buna bir az da toplum olaraq sentimental olan türk insanı özü şərait yaradır. Məsələn, bir türklə söhbətləşdiyim zaman dedi ki, “Erdoğana kurban olayım” Dedim niyə? Cavab verdi ki, “o Davosda wan minut dedi ya”. Fərqli insanlarla bu tipli bir neçə söhbətlərim oldu. Görünən budur ki, insanlar müəyyən situasiyalarda duyğuları üzərindən oynanılan siyasətdən tamam xəbərsizdir (istisnalar var). Yuxarıda haqqında danışdığım “Ərdoğana kurban olayım” deyən adama sual verdim ki, bəs sayın Ərdoğan o İraqdakı türkmənlərə nə əcəb heç kömək etmədi. Cavab verdi ki, yəqin bir səbəbi var, yoxsa edərdi.
Türkiyədə qiymətlər. Eletrik enerjisi və yanacaq məlum səbəblərə görə, təbii ki, bizdəkindən bahadır. Nəqliyyat da qismən elədir. Məsələn, avtobusda gediş haqqı 2 tl-dir (bizim pulla 0.80 azn). Ancaq bir saat yarım ərzində ikinci dəfə nəqliyyatdan istifadə etsən, ödəniş yarıbayarı azalıb 1 tl olur (Bu kart sistemi ilə tənzimlənir). Ümumiyyətlə, Türkiyədə ətin qiymətinin bizdəkindən çox baha olduğunu nəzərə alsaq, yeməkləri bizdəkindən ucuzdur. Ancaq bir şey var ki, ətlərində qətiyyən dad yoxdur və bir azərbaycanlı kimi deyə bilərəm ki, bu heç də ürəkaçan deyildi. Bir də orada məşhur və çoxmüştərili restoranlarda ikram ənənəsinin olması xoşuma gəldi. Bu restoranlarda yeməkdən sonra (hətta bəzən həm də əvvəl) müştəriyə hədiyyə olaraq özəl şirniyyatlar və çay təqdim olunur.
Kasad türk mətbəxi. Demək olar ki, yeməklərinin əksəriyyəti əlüstü və bildiyimiz dürmək tipindədir. Evi tikilmişlər nə vaxt baxırsan, nə isə bir dürmək yeyir. Ahıl yaşlı kişiləri də bu vəziyyətdə görəndə anladım ki, bu nədirsə artıq oturuşmuş bir şeydi. Həqiqətən, mətbəxləri bir-iki düyülü və sulu yemək xaric çox kasaddır. Ancaq buna rəğmən, çeşidləmə və dizaynda ustadırlar. Məsələn, dediyim bu dürmək tipli yeməkləri elə əndrabadi metodlarla çeşidləyib, ardınca da elə servis edirlər ki, az qalırsan elə sən də sifariş verəsən. Və yaxud boşqabın ortasına bir sümük qoyub ətrafına də 52 cür göyərti qoyurlar, sən də sanırsan ki, bu nədirsə fövqəladə bir şeydir, ancaq yeyincə elə türklərin sözü olmasın oyuna gəldiyini görürsən. Ümumiyyətlə, Türkiyədə hər addımbaşı kafe-restorana rast gələ bilərsən. Bunu ilk baxışdan xidmət sahəsinin uğuru, turistlərə xidmət filan kimi faktorlarla əlaqələndirsən də, daha həssas yanaşınca, əslində, belə olmadığını görürsən. Burada kafe-restoran bolluğu heç də turizmə-filana görə yox, elə yerli əhalinin öz mental psixoloji faktorlarına görə hesablanıb. İlk baxışdan çox primitiv səslənsə də, əslində, belədir ki, sanki, türk insanının nəfsinə bələd olan elə özü də türk olan yerli sahibkarlar insanları bu üsulla rahatca ovlayırlar. Nəinki kafe-restoran, ümumiyyətlə, yolboyu və insanların sıx olduğu ərazilərdə arabalardakı kustar üsulla xüsusi quraşdırılmış sobalarda qızardılan balıq, köftə, kokoreç (bağırsaq qızartması) satanların bolluğu da bunu deməyə əsas verir. Məsələn, sən istədiyin saatda, hətta gecə saat 1-də belə araba ətrafında bağırsaq qızartması növbəsi gözləyən, köftəni ayaq üstündəcə gözünə təpən tipik türk insanını görə bilərsən. Özüm dəfələrlə bunun şahidi oldum və dediyim kimi bu istisna sayılacaq bir-iki yox, gecə12-də, 1-də araba ətrafında sıralanan onlarla türk insanıdır.
Parklar, kino-teatr, kitabçılıq, din və s. Xoşagələn bir məqam budur ki, parklarda çox normal şərait yaradılıb. Məsələn, demək olar ki, bütün parklarda piknik üçün xüsusi yerlər nəzərdə tutulub və bizdəkindən fərqli olaraq əhali istirahət etmək, bir samovar çayı içmək üçün şəhər kənarına çıxmaq məcburiyyətində deyil. Məsələn, Ankaranın ən böyük parklarından biri olan “Altınpark”da teatrdan tutmuş düyün (toy) salonuna qədər rast gəlmək olar. Atraksionlar isə bizdəkindən ucuzdu. Eyni zamanda təqdirəlayiq işlərindən biri bütün böyük alış-veriş mərkəzlərində, restoranlarda ibadət üçün xüsusi ayrılan otaqların olmasıdır. Bu sıraya nəqliyyatı da əlavə etmək olar. Çünki yenə də bizdəkinin əksinə olaraq orada metro və avtobuslarda (istisnalar var) kondisionerlər çalışır. Mövsümlə əlaqədar teatrlarda ola bilməsəm də, sinema mərkəzlərində oldum və deyə bilərəm ki, əhali (gənclər) kino-filmə meyil sahəsində də kitabçılıqda, kitaba maraqda olduğu kimi aktivdirlər. Ancaq gənclərin, xüsusilə gənc xanımların pis bir cəhəti odur ki, onlarda siqaret çəkmək olduqca normal qəbul olunur. Demək olar ki, addımbaşı əksər yeniyetmə, gənc, ortayaşlı xanımların əlində siqaret görürsən. Hətta oranın “light” müsəlman olan hicablı xanımları da bu siyahıya daxildir. Müsəlmanlıqdan söz düşmüşkən deyim ki, orada da eynilə bizdəki kimi hər iş görən, müsəlmanlığın bircə vacib ayinini belə yetirməyən, ancaq işinə yarayan zaman “abi biz də müslümanız” deyən bir “müsəlman” topluluğu var. Orada olduğum zaman Ankaradakı elə də zəngin olmayan Etnoqrafiya muzeyinə getdim. Muzeydə türklərin döyüşçülük və qəhvə ənənəsindən başqa, elə də ciddi bir şeyə rast gəlmədim (Ancaq öyrəndim ki, İstanbulda çox maraqlı və zəngin muzeylər var, sadəcə, vaxt məhdudiyyəti orada muzeylərə getməyimə mane oldu). Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm. Orada ən təqdirəlayiq işlərdən biri də bütün yol kənarlarında, idarə müəssisələrində, parklarda, dayanacaqlarda, metroda və demək olar ki, hər yerdə gözdən əlil insanlar üçün nəzərdə tutulan rezin zolaqların salınması idi. İstənilən gözdən əlil şəxs bu zolaqlarla istədiyi yerə heç bir bələdçiyə ehtiyac duymadan rahatca gedib-gələ bilərdi. Ümumiyyətlə, yenə də bizdəkindən fərqli olaraq Türkiyədə bələdiyyələr formal xarakter daşımır və onların müəyyən səlahiyyətləri və öhdəlikləri var ki, görünən qədəri ilə də bunu yerinə yetirirlər.
Qadın və dil. Hər iki şəhərdə toplam 15 gün oldum və sadə, hətta ən primitiv formada desək, cəmi 7-8 gözəl xanım görə bildim. Baxmayaraq ki, gün boyu insanların ən sıx olduğu mərkəzlərdə, küçə-bazar və meydanlarda və digər bu kimi yerlərdə idim. Bu faktı mənə kimsə desə inanmazdım, amma özüm şahidi oldum. Görünən budur ki, kökləri bizimlə eyni olsa da, türklərdə, Orxan Fikrətoğlu demiş, hansısa qeyri zadlarla əməllicə qarışma gedib. Bizdə, yəni Azərbaycanda addımbaşı qarşılaşdığın heç gözəl demirəm, el dili ilə desək, suyu şirin xanımları orada gündüz çıraqla da gəzsən tapmaq mümkün deyil. Bu mənzərəni görəndən sonra lap vətənə qayıdıb yolda-izdə gördüyü xanımlara “sizi verənə şükür” deməyi gəlir adamın.
Dillərimiz də oxşar olsa da, bəzən elə kəskin fərqlər əmələ gəlir ki, adam qalır belə. Məsələn, bir dəfə başımıza buna bənzər bir iş gəldi. Balıq yemək üçün getdiyimiz restoranda ofisianta dedim ki, bəs sizdə hansı balıq sümüksüzdü, ya da sümüyü azdı? Gördüm gülür. Sonra öyrəndik ki, sən demə onlarda sümük burundan axan suya deyilir, bizim bildiyimiz sümüyə isə türklər kemik deyirmiş. Ankarada xoşuma gələn şeylərdən biri də yeni inşa olunan apartman binaları və xüsusilə onların fasadları oldu. Taksi sürücüləri də yad olduğumuzu görüb qiymət oxumurdular. Hətta bir dəfə bizə 2 tl güzəşt də etdilər.
Hə, bir də onu deyim ki, Ankarada olduğum zaman sosial şəbəkədəki paylaşımlarımdan orada olduğumu bilən dostlar məni yeməyə dəvət etdilər. Dəvəti qəbul etdim, getdim, həm məni dəvət edən şəxslə, həm də azərbaycanlı, türk, iranlı tələbələrlə tanış oldum və sonda xəbər tutdum ki, sən demə məni həftələr öncə Fazil Qəzənfəroğlu haqqında yazdığım bir yazıdan tanıyırlar (http://birlik.az/index.php?do=yazi&id=218). Buradan Fazil bəyə də minnətdarlığımı bildirirəm ki, belə bir dostluq bağlarının qurulmasına vəsilə olub).
Ümumiyyətlə, Türkiyə bir az da paradokslar ölkəsidir. Bu barədə yazının əvvəlində anons etdiyim növbəti yazıda bəzi psixoloji məqamlara söykənərək daha geniş çıxarışlar edəcəm. Hər şeyə rəğmən, ən yaxınımızda olan, ancaq bəzən yaxın olduğundan da çox uzaq olan bu ölkəni gəzməyi, görməyi, tanımağı ilk fürsətdəcə dəyərləndirməyi acizanə şəkildə tövsiyə edirəm.
birlik.az

Комментариев нет:
Отправить комментарий