Çün əməldə yox, bu dildə zikri-Rəhman bəslədik.
Bir can idi, bir də Azərbaycan idi, ərməğan,
Canı verdik, Azəribaycanı bican bəslədik.
Bir dəyərli sandıq ikən, açmadıq zinətlənək,
Bər-bəzəkli parçada, sandıqda Quran bəslədik.
Şeytanı tutduq ki, daş zindanda məhbus eyləyək,
Qəlbimiz daşlaşdı, daş zindanda şeytan bəslədik.
Meydanı tərk eylədik, şeytan bizə ərk eylədi,
Zülmünü bərk eylədi, şeytanə meydan bəslədik.
Kütpərəstlik tövrünə büt qoyduq, iman bəslədik.
Keçmişə baxmaqla ibrət almadıq, azmış kimi,
Keçmişə getdik, gətirdik zülm edən xan bəslədik.
"Qoy qırım" fikriylə etdi soyqırım, bizsə yenə,
"Toy qurum" fikriylə aldıq evdə düşman bəslədik.
Səndən əvvəl bil ki, Qasim, bunları Pünhan deyib,
Biz Baba Pünhanın irsin dildə pünhan bəslədik.
Комментариев нет:
Отправить комментарий