Hacı Yusif Qulammirzə Oğlu
Ey oğul, pərvanətək can atma çox dövran üçün,
Kim ona meylin salarsa, qul olar şeytan üçün.
Hamının qəlbində istək var, məhəbbət, eşq var,
Amma hər kəs qurban etməz canını canan üçün.
Hər sevən, hər sızlayıb ah-vay edən aşiq deyil,
Aşiq öz ömrün verər cananına bir an üçün.
Bizdən əvvəl də gedənlər şad olub, kam almadı,
Binəvalar tökdülər göz yaşların ümman üçün.
Yer üzündə haqq-ədalət axtaranlar gördülər,
Zülm edənlər baş kəsib qanlar tökür ad-san üçün.
Qəlbi pak insanların baxsan üzü bir rəngdədir,
Amma üzlər var deyərsən yaxşıdır yorğan üçün.
Sadiq ol, Rəbbindən özgə heç kimə bel bağlama,
Mərd ölər, amma əl açmaz kimsəyə dərman üçün.
Xaliqin nemətlərin saymaq belə mümkün deyil,
Gör sənin Tanrın nələr xəlq eyləyib insan üçün.
Verdiyi nemətlərindən sən də az-çox dadmısan,
Bəs nə əmal sən edibsən ol gözəl Rəhman üçün?!
Elm, ədəb sahibləri elmi Xudadan aldılar,
Gördülər mənalı mətləblər açıb Quran üçün.
Sən də get arif olanlardan soruş dünya nədir,
Sonra öz var-dövlətindən sərf elə ehsan üçün.
Düşmə şöhrət arxasınca, Xaliqindən bərk yapış,
Boş burax dünya ipin, cəhd eylə çox iman üçün.
Bir səfər var qarşıda, oğlum, gedənlər gəlməyir,
Yusifin də vaxtıdır, hazırlaşıb hicran üçün.

Комментариев нет:
Отправить комментарий