19.11.2014

Peyvənd olunan 20 uşaq öldü

Suriyanın İdlib şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) uşaqlara yardım fondu və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəklədiyi kampaniyada peyvənd olunan uşaqlardan ən azı 20-si ölüb.
Publika.az xəbər verir ki, müxaliflər tərəfində müvəqqəti hökumətin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İdlibin başqa-başqa bölgələrində ÜST və UNİCEF-in dəstəyi ilə qızılca xəstəliyi əleyhinə kampaniya keçirilib. Kampaniya çərçivəsində 1-5 yaş uşaqlar peyvənd olunub. Nəticədə, ən azı, 20 uşaq peyvənd vurulandan 15 dəqiqə sonra vəfat edib.
Ölüm hadisələrinin səbəbinin laboratoriya analizlərindən sonra açıqlanacağı bildirilib.
Səhiyyə nazirliyinin sosial şəbəkələrdə yayımladığı açıqlamaya görə, müxaliflərin nəzarətindəki İdlibin Maaret eb-Numan rayonunda həyata keçirilən qızılca peyvəndi kampaniyası çərçivəsində ölüm və zəhərlənmə hadisələri baş verib.

Bundan sonra səhiyyə nazirliyi peyvənd kampaniyasının dayandırılması və lazımi araşdırılmaların aparılması üçün qərar verib.
Açıqlamada deyilir: “İdlibin 30 bölgəsində təxminən  6 min uşağa peyvənd vurulub və indiyədək heç bir ölüm hadisəsi qeyd alınmayıb. Ancaq bugünkü peyvənd kampaniyasının keçirildiyi ərazilərdə xoşagəlməz hadisələr baş verib. Belə ki, bu gün keçirilən peyvənd kampaniyasında vəfat edənlər olub. Peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatından alınıb”.
Hadisənin araşdırılması üçün prokurorluğa göndəriləcəyi deyilən açıqlamada bildirilir: “İlkin versiyalara görə, Əsəd rejimini dəstəkləyən qaçaqmalçılar tərəfindən təhlükəsizlik tədbirlərinə xələl gəlib. Suriya rejimin Azad Suriyanın səhiyyə sektorunu hədəfə götürüb”.
Xatırladaq ki, mətbuatda həmin məsələ ilə əlaqədar ölən uşaqların sayı barədə fərqli fikirlər səsləndirilib.

Vüsal Tağı

Комментариев нет:

Отправить комментарий