29.11.2014

HACI ƏBDÜLÜN 20 YANVAR FACİƏSİ BARƏDƏ

Camaatı aldada-aldada meydanda saxlayan Nemət Pənahlı oldu

Məscidlər dağıdılır, televiziyalarda müqəddəslər təhqir olunur, məscidlər sökülüb yerlərində sinoqoqlar tikilir

Artıq qanlı 20 Yanvar hadisəsindən düz iyirmi bir il keçir. İyirmi bir qış əvvəl Bakının küləkli və şaxtalı bir qış gecəsində amansız Rus tankları paytaxta soxulub, qadınlara və uşaqlara belə aman vermədən kütləvi qətliam törətdilər. Heç şübhəsiz baltanın sapı özümüzdən idi...
İndi isə baş verənləri müxtəlif istiqamətlərdə şərh edib, yaxın tarixi saxtalaşdırmağa çalışanlar da az deyil. Sözügedən mövzu ətrafında Meydan Hərəkatından başlayaraq məlum hadisəyə qədər öndə olan tanınmış simalardan həmin dövrü bir daha xatırlatmaların, gənc nəslin yaddaşını təzələmələrini istədik. Beləliklə, müsahibimiz “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüldür.

- Hacı, bildiyimiz kimi siz 20 Yanvar hadisəsini yaxından izdəyənlərdən olmusunuz. Bu hadisələri necə xatırlayırsınız? 
- Bağışlayan və mehriban Allahın adı ilə. 20 Yanvar hadisəsini bir az əvvəldən qeyd etmək lazımdır. Birdən-birə qırğan baş vermədi. Meydan hərəkatından bir neçə il əvvəl bizim “Tövbə” cəmiyyətimiz yaranmıışdı. Cəmiyyətimizin üzvləri çox olduğu üçün meydan hərəkatında demək olar ki, meydana biz nəzarət etdirdik. Qırğından əvvəl bəzi məsələlər ortaya çıxmışdı. O vaxt hamımızın bildiyi kimi, xalq sovet tərbiyyəsi görmüşdü. Tərbiyyənin daxilində böyük vətənpərvər ruhiyyəsi yaradılmışdı. Bu hadisə böyük sovet imperiyasının dağılmaq ərəfəsinə düşdü. Qarabağda “Topxana” məsələsi demək olar ki, bu iğtişaşların səbəblərindən idi. Guya ermənilər Qarabağda “Topxana” meşəsində ağacları qırıblar. Beləliklə, münaqişələr genişlənməklə dövlətə itaətsizlik əmələ gəldi. Eyni zamanda Sovet Hakimiyyətinin dayaq prinsipləri laxlamağa başlamışdı.

- Meydan hərəkatının əsas prinsipləri nədən ibarət idi?
- Meydanda ilk dəfə bizim qərargahımız qurulub. Hər gün nə edəcəyimiz haqqında oradakıları məlumatlandırırdıq. Meydana yığışmaqda məqsədimiz ermənilərin “Topxana”dan çıxmasını tələb etmək idi. Qarabağda meşələrimiz qırıldığı üçün Moskvaya etiraz edirdik. O zaman ermənilərin və rusların Azəbaycandan çıxmasını bildirən şuarlar səsləndirirdilər. Mən söz alıb dedim: “Necə olur ki, sakitlik vaxtında ermənilər yaxşı vəzifələrdə işləyirdilər, indi Azərbaycanı qorumaq zamanında bunları çıxardırıq? Belə çıxır ki, gedin Ermənistana, sonra bizə qarşı gəlin. Onlar bu torpağın çörəyini yeyib, suyunu içdikləri kimi, vətəni də qorumalıdırlar”. Əsgərlər bizi mühasirəyə aldılar. Mən də öz uşaqlarımızı əsgərlərlə camaatın arasından düzdüm ki, qarşıdurma yaranmasın. Çünki elə camaatın içindəkilərdən belə halların yaranmasında maraqlı olanlar var idi. Qırğının baş verməsi və təxribatın yaranması bəzilərinə sərf edirdi. Orada şəhid olanların hamısı mücahid oğullar idi. Belə igidləri itirmək lazım deyildi. Təxribat törətmək istəyənlər camaatı zorla evlərindən çölə çıxardıb, tankların altına tökdülər.

 - Tankların gəlməyi haqqında məlumat var idi?
- Bəli, rus tanklarının gəlməyi haqqında əvvəldən məlumat var idi. Çünki, hadisədən bir neçə gün qabaq cəmiyyətimizin bir üzvü - Ələsgərov Ələsgər şəkili hərbiçilərlə əlaqəli işləyirdi. O məlumat vermişdi ki, rus qoşunları Bakıya girəcək. Hətta xəstəxanaları boşaldır və donorlardan qan yığırdılar. Bu adam xəbərdarlıq edirdi ki, camaatı küçələrə çıxardıb tankların altına tökməyin. Nemət Pənahlı da əhaliyə deyirdi ki, heç yerə getməyin, sizin üçün silah-sursat gətirəcəyik. Camaatı aldada-aldada meydanda saxlayan Nemət Pənahlı oldu. Allah rəhmət etsin şəhidlərə. Bu qədər insanın qırılması kimlərəsə, lazım idi. İndi deyirlər ki, 20 Yanvar hadisəsi bizə müstəqillik verdi. Birmənalı olaraq deyirəm ki, bu yalan və aldadıcı bir ifadədir. Sadəcə olaraq insanların qırılması kimlərinsə marağında idi. Onsuz Azərbaycan da başqa ölkələr kimi imperiyanın tərkibindən ayrılırdı.

- Siz kimlərinsə marağı dediniz. Sizcə bu “kimlər” kim idi və onların maraqları nə ilə əhatələmişdi?
- Bu hadisəni törədənlər çox güman ki, hansısa kəşfiyyat idi.

- Siz rus kəşfiyyatını nəzərdə tutursunuz?
- Burada rus kəşfiyyatının çox az rolu var idi. Amma hesab edirəm ki, Amerika və sionist kəşfiyyatı daha çox real görünür. Əsas məqsəd isə hakimiyyətin getməsi idi.

- 20 Yanvar hadisəsi bizə nə verdi?
- Bizə ancaq  yeni xiyabanlar, dəfn mərasimləri verdi. Sonra da şəhidlər haqqında konfranslar keçirmək, şəhidləri yada salmaq və bu kimi imtiyazlar qazandıq. İndi də Haaqa məhkəməsinə vermək istəyirlər. Daha bilmirlər ki, hadisələrə imza atanlar bu gün xalqın içində keflə yaşayırlar. Hamısı qaçıb gizləndi. Birinci dəfə ruslar meydana gələndə, onlardan bəziləri qaçmaq istəyirdi, bizim uşaqlar tutub, yaxşıca döydülər.

- Bildiyimiz kimi 20 Yanvardan əvvəl sərhədlərin açılması prosesi baş tutdu. Sizcə bu hadisələr bir-birinə bağlı idi?
- Sərhədlərin açılmasında özüm iştirak etmişəm. Heç kim sərhəddi açmayıb. Bizə məlumat verdilər ki, Astaranın icra hakimiyyəti Tövbə cəmiyyətinə qarşı nəsə edib. Biz dörd nəfər bu məsələ ilə əlaqədar Astaraya gəlib, icra başçısıyla görüşdük. Sonra sərhəd tərəfə gəldik. Bizi orada qarşıladılar ki, siz sərhəddi açmağa gəlmisiniz? Dedik ki, yox. Gördüm bunlar sərhəddi kiminsə ayağına bağlamaq istəyirlər. Sonra Bakıya qayıdanda Biləsuvarda gördüm ki, beş-altı tank, ona yaxın hərbi maşın və bir neçə nəfər də yüksək rütbəli zabitlərdir. Camaat da tonqal qalayıb, onlara  şəhər istiqamətində getməyə imkan vermirlər. Mən dörd nəfər polkovnikin sənədlərini alıb bir otağa saldırdım. Sonra şəhərə- Xalq Cəbhəsinə baş verənlər haqqında məlumat verdim. Telefonu Etibar Məmmədov götürüb, onların göstərişini gözləməyimizi tapşırdı. Bu zaman Cəlilabadda camaatın qırılması haqqında xəbər gəldi. Orada tapşırıq verib, Cəlilabada getdim. Rayon çox sakitlik idi. Bildirdilər ki, hamı sərhəddə toplaşıb. Məni görən kimi yenə dedilər ki, sərhəddi açmağa gəlmisiniz? Dedim yox. Bir az söhbət etdikdən sonra iki şərt qoydular. Mən də camaata bildirdim ki, bunlar donuzlarına əl vurmamaq və gedib qayıtmaq şərtilə sərhəddi açırlar. Nəhayət oradakılar telləri qırıb, o taya keçdilər... Bunlar bir-birinin davamı, məqsəd isə qarışıqlıq salmaq idi.

- Meydan hərəkatına əsas rəhbərliyi Xalq Cəbhəsi edirdi. Məlum hadisədən xəbərdar idilər, qarşısını ala bilərdilərmi?
- Hadisələri onlar özləri törədirdilər. Buna görə də hadisələrin qarşısını almaqdan söhbət gedə bilməz. Bunların məqsədləri bir oxla iki dovşan vurmaq idi. İmperiya çökürdü. Bu hadisələrlə hakimiyyətə gəlmək uğrunda mübarizə aparırdılar. Elə də oldu.
Sonda bildirmək istəyirəm ki, bu gün, baş verənlərdən daha dəhşətlisini hazırlayırlar. Məscidlərdə İmam Hüseyn (ə) əzadarlığı dağıdılır, televiziyalarda müqəddəslər təhqir olunur, məscidlər sökülüb yerlərində kilsələr və sinoqoqlar tikilir.

faktxeber.com

Комментариев нет:

Отправить комментарий