26.11.2014

Saməddin Sami - Alışmışam

Dağıdır dərdimi içdikcə bu mey, məst oluram,
Mən bu meyxanələrə xeyli vaxtdır alışmışam.

Görürəm əksini yarın içdikcə badeyi-mey,
Odu peymanələrə xeyli vaxtdır alişmışmışam.

Nə badəsiz nə də mey əhlisiz günüm keçməz,
Mey olan xanələrə xeyli vaxtdır alışmışam.

Oturub dərdləşirəm həmişə dərd əhli ilə,
Dəxi qəmxanələrə xeyli vaxtdır alışmışam.

Harda eşq əhli vardı mən olarla həmqədəhəm.
Dəli-divanələrə xeyli vaxtdır alışmışam.


Yığıram başıma hər gün dəli-divanələri,
Belə həmxanələrə xeyli vaxtdır alışmışam.

Soruşan yoxdu, Sami, dərdimi izhar edərəm,
Niyə biganələrə xeyli vaxtdır alışmışam.

Комментариев нет:

Отправить комментарий