06.11.2014

Şiə yaraqlısının mediaya məktubu

İbrahim Sel

“Şərq nağılları” silsiləsindən növbəti hekayə

 Dekabrın küləkli axşamlarının birində Amerika səfirliyinin birinci katibi, əslində isə MKİ-nin ölkədəki iqamətgahının rəhbəri Stiven Kelli səfirliyin düzəltdiyi qəbuldan arvadı ilə birlikdə maşınla evə qayıdırdı. Kelli yaşadığı evə daxil olmaq istəyəndə bir neçə şiə inanclısı onu odlu silah ilə qarşılayaraq, güllələdilər. Dövlət orqanları bu aksiyanı bir müddət sirr kimi saxlamağa çalışdılar. Hökumətın apardığı çaşdırıcı kampaniyanın köməyi ilə MKİ-nin buraxdığı şayiə qəribə bir şəkildə müdafiə edildi: MKİ-nin özündə Kellinin düşmənləri var idi və onu məhz onlar öldürmüşlər. Hətta bu gün, qətldən uzun müddət keçdikdən sonra çox az adam həqiqəti bilir...
 Mətbuatda hərə ağzına gələni yazır və günü gündən yeni versiyalar söylənilir. Bu sirr və dolaşıq məsələ barədə biz ilk dəfədir ki, danışmaq istəyirik. Sirr və dolaşıqlığın nəyə görə mövcud olduğunu izah etmək fikrindəyik. Biz həmçinin ilk dəfə təfərrüatı ortaya qoyub bildirmək istəyirik ki, “Sel-info” qəzetinin, hadisədən bir ay qabaq Stiven Kellinin ölkəmizdə MKİ rezidenti olmasını işfa etməsi ilə bizim əməliyyat arasında heç bir əlaqə yoxdur. Kellinin bu qəzetdə ifşasının bizim keçirdiyimiz əməliyyatdan bir ay qabaq baş verməsi sadəcə bir təsadüfdür. Aşağıda aydınlıq gətirəcəyimiz kimi, Kellinin fəaliyyətindən bizim xəbər tutmağımız və öldürmək qərarına gəlməyimiz çox əvvəllər olmuşdur, bunu kim bilməsə də, amerikanlar və ölkənin təhlükəsizlik strukturları gözəl bilirlər.
 Artıq aksiyadan bir gün sonra liberal qəzetlər və saytlar bu hadisəni müzakirə edir və “Sel-info” qəzetinin ifşası üzündən Kellinin ölkəmizdə əslində nə işlə məşğul olduğunu gizlədə bilmirdilər. Onlar MKİ-nin vətənimizdə, eləcə də digər ölkələrdə cinayətkar fəaliyyətini sirlərlə dolu məqalələrdə pisləyirdilər. Yazırdılar ki, Kelli əvvəllər Latin Amerikası ölkələrinin birində qanlı hadisələrin qızışdırıcısı olmuşdur. O hökumətləri zəiflətmək və devirmik sahəsində mütəxəssis idi. O əvvəllər Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri olmuş səfir Petersonla sıx əməkdaşlıq edirdi. Bu kimi məsələlər medianın gündəmini zəbt etmişdi.
 MKİ və onun ölkəmizdəki cinayətkar fəaliyyəti haqqında bu yazılar getdikcə daha çox adamı, hətta ənənəvi müxalifət sıralarındakı adamları bu qətlə haqq qazandırmağa və onu bəyənməyə təhrik edirdi. Buna sevinməyəsən, neyləyəsən?! Bizim rəşadətli aksiyamız belə mühüm rəylərə səbəb olduğu, kütlələr tərəfindən bəyənildiyi və onlarda heyranlıq yaratdığı üçün hökumət ciddi hərəkət etməyi qərara aldı. Birinci tədbir o oldu ki, Kelli haqqında hər hansı bir məlumatın dərc olunması qadağan edildi. Bu tədbirə qəzetlər əməl etdilər, amma nəzarətsiz saytlar və əsasən də sosial şəbəkə istifadəçiləri bir neçə həftə ərzində hələ də MKİ-nin fəaliyyətinin müzakirəsini davam etdirdilər. Eyni zamanda hökumət cinayət işi açaraq istintaq aparır, axtarışlar edir və üzdə olan şiə dindarlarını güdürdü. Bizi tutmaq məqsədilə ölkə üçün çox böyük məbləğ olan 50 min dollar mükafat təyin edilmiş, habelə azdırmaq məqsədilə mühüm əməliyyat keçirilmişdi. Ölkə KİV-lərinə verilən “məlumatda” “sübut edilirdi” ki, aksiya MKİ-nin öz daxili intriqalarının nəticəsi olmuşdur. Dolaşıqlığı gücləndirmək, məxfilik yaratmaq və belə bir həqiqəti- aborigen adamların işğalçı qüvvəni sadə vasitələrlə sıradan çıxarması barədə həqiqəti gizlətmək üçün hökumət bütün mümkün vasitələrə əl atırdı.
 Beləliklə, media bu əməliyyatı bütün təfsilatı ilə on dəfələrlə təsvir edirdi, bu da oxucularda belə bir fikir yaradırdı ki, ortada nə isə bir dolaşıq bir iş var. Jurnalistlər müxtəlif nəzəriyyələr irəli sürürdülər. Üç güllə açılması faktı sübut edir ki, guya biz gizli xidmət idarəsinin peşəkar əməkdaşlarıyıq, çünki ancaq onlar bu tərzdə hərəkət edirlər. Qəzetlərdə belə suallar verilirdi: sürücünün silahsız olmasını və cavab atəşi açmayacağını biz hardan bilmişik? Bizim MKİ-nin agenti olmağımıza daha bir sübut: Kellinin evinə nə vaxt qayıdacağını biz necə öyrənmişik? Biz onu evinə qayıtdığı həmin anda gözləyirdik, deməli səfirin evində bizim xəbərçimiz var idi. Görünən bu idi ki, aksiya çox yaxşı, çox elmi şəkildə təşkil edilmişdi ki, onu belə dəqiqlik bacarığı olmayan yerli adamlar yerinə yetirə bilməzdilər. Bir köşə yazarları ilə məşhur olan xanım jurnalist Kellinin arvadının və sürücüsünün öldürülməməsinin şübhəli məqamlarına toxunurdu. Yazırdı ki, adətən peşəkarlar şahidləri susacağına əmin olmasalar, aradan götürürlər. Bütün bu cəfəngiyyatlar nəticədə xalqın çaşmasına və onun bir qismində şübhə oyanmasına səbəb oldu.
 Lakin bir çox media orqanları həqiqəti birinci gündən bilirdilər. Biz elə həmin gecə onlara bu əməliyyatın keçirilməsi səbəblərini izah edən elektron məktublar göndərmişdik. Üç qəzet redaksiyasına zəng edib xəbər vermişdik ki, qoyduğumuz vərəqləri haradan tapa bilərlər. Nəhayət, biz üç gün sonra şəhərin mərkəzində də vərəqlər yaymışdıq.
 Bir həftə sonra mətbuatın qəribə mövqeyini görüb aparıcı media orqanlarının elektron ünvanına onların dərc etdiyi bütün yalanları təkzib edən məktub da göndərdik. Mətbuat bu məktubun adını çəkmirdi, əksinə öz uydurmalarını davam etdirirdi. Bəzi jurnalistlər, əsasən də aparıcı müxalifət jurnalistləri sübut etməyə çalışırdılar ki, əməliyyat qonşu ölkə kəşfiyyatlarının əli ilə həyata keçirilmişdir və məqsəd Amerika ilə ölkəmizin allı-güllü münasibətlərini pozmaqdır. Onlar bildirirdilər ki, tamamilə inanılmış mənbələrdən məlumat almışlar və bu fikir ilə razılaşmayanların hamısını əks cəbhəyə işləməkdə təqsirləndirirdilər. Onlar dezinformasiyanı dərc edirdilər, həqiqəti isə diqqətlə gizlədirdilər.
 Biz isə öz məktublarımızda izah edirdik ki, Stiven Kellini öldürməyi ona görə qərara aldıq ki, o Amerika imperialistlərinin xalqımıza qarşı törətdikləri cinayətlər üçün MKİ-nin ölkəmizdəki iqamətgahının rəhbəri kimi digər peşəkar agentlərlə birlikdə məsuliyyət daşıyır. Bu cinayətlərdən ən mühümləri bunlardır: kürd hegemonluğunun qurulması və uzun illər ərzində ona dəstək olunması; ölkəmizə tərkibində virus olan ərzaq məhsullarının gətirilməsi və ekoloji təmiz məhsulların sıradan çıxarılması; tərkibində civə olan peyvənd iynələrinin körpələrə vurulması; ölkənin ənənəvi dini məzhəbinin sıxışdırılası və onun yerinə xarici sektaların gətirilməsi; təbii sərvətlərin pulsuz daşınıb aparılması. Kelli iqamətgah rəhbəri kimi bütün bunlar üçün bilavasitə məsuliyyət daşıyırdı. O kiçik məmur deyildi, sıradan adi işçi də deyildi.
 Ölkəmizin başlıca problemi Amerika imperializmindən asılılıqdır. Kürd hökuməti bu asılılıqdan qurtarmaq üçün heç bir şey etməyəcəkdir və amerikanlarla sıx bağlıdır. NATO-ya girməyi planlaşdırırlar. Ölkə İsrailin radiolokasiya sistemləri və mobl şəbəkələri ilə dolub. Dövlətimiz Türkiyəni təhlükəsiz, bizə qardaş ölkə kimi təqdim edir, amma görünən odur ki Amerika ölkəmizə qarşı bütün gizli layihələrini Türkiyənin əli ilə həyata keçirir. Türkiyə NATO-nun Şərq ölkələrinə qarşı cinayətkar planlarının əsas bazasına çevrilib. Müxalifət mitinqə yalançı, hakimiyyət koridorlarında hazırlanmış şüarlarla çıxır, amma əsas tələb “BP, rədd ol ölkəmizdən!”, “Maaşlar qaldırılsın!” və “Bank sələminə son!” olmalıdır. Gecə-gündüz ənənəvi müxalifəti piar edirlər, çünki bu onların elə öz yaratdıqları müxafətdir, xalq dili ilə desək, cib müxalifətidir. Ənənəvi müxalifəti gündəmdə saxlamaqda məqsəd bu ölkədə əsas müxalifətin şiələr olduğundan diqqəti yayındırmaqdır. Bu ölkənin əsas əhalisi biz şiələrik və biz ölkəmizdə ABŞ-İsrail hegemonluğuna imkan verməyəcəyik. Neft şirkətində eyni işdə çalışan amerikalı 25 min dollar aldığı halda yerli vətəndaş 200 dollar alır. Niyə? Amerikalılar özlərini ölkəmizin sahibi hesab edirlər, hökumət heç bir şey edə bilmir. Bizim çarəmiz həm dinc və leqal mübarizə vasitələrindən, həm də digər turarlı vasitələrdən istifadə etməklə, bu məlunları ölkəmizdən qovmaqdır. Mübarizə son damla qanımıza kimi davam edəcək!
 Digər tərəfdən MKİ-nin xalqımıza qarşı törətdiyi cinayətlər üçün nə Kellinin arvadı, nə də onun sürücüsü bilavasitə məsuliyyət daşımırlar. Bax buna görə də biz onları öldürmədik. Bizim seçdiyimiz üsulun yeganə səbəbi budur. Biz başqalarına zərər yetirilməsi, hətta təsadüf nəticəsində zərər verilməsi imkanına yol verməməyə çalışırdıq. Biz hər aksiyanı düzgün və təsirli keçirmək niyyətindəyik. Bax buna görə də biz sadə yol seçdik- içində trotil olan maşını məsafədən partlatmaq, qranatomyotdan atəş açmaq əvəzinə maşınımızı saxlayıb ondan çıxmaqla böyük riskə getməli olduq. Biz daha sadə yol seçmiş olsaydıq, Kellidən savayı ətrafındakı kimisə öldürər, ya da yaralayardıq.
 İqamətgahın əvvəlki rəhbəri səfirlik yaxınlığındaklı  məlum evdə yaşayırdı. O, keçən ilin mayında ölkəmizi tərk etdi. Onun yerinə Stiven Kelli təyin olundu. Kelli paytaxtda iyunun ortalarında peyda oldu və üç həftə müavininin şəhər kənarındakı villasında yaşadı. Bir müddət villa bağlı qaldı. Kelli iyulun 9-da, çərşənbə günü ondan qabaqkı iqamətgah rəhbərinin yaşadığı mərkəzdəki evə köçdü. Qəzetlərin yazdığının əksinə olaraq onun sürücüsü əvvəlki iqamətgah rəhbərinin sürücüsü deyil, başqası idi. Kellinin ad-soyadını və vəzifəsini isə çox sadə üsulla öyrəndik, bu üsulu hələlik açıqlamayacayıq.
 Kelli sürücü ilə hər səhər təxminən 8.30 radələrində gedir və saat 18.30 ilə 19.30 arasında qayıdırdı. Onun sürücüsü “Renault Loqan” markalı şəxsi göy rəngli maşınını evin yanındakı səkidə saxlayırdı. “Qrand Çeroki” markalı qara cip maşını bağçadan çıxarır və Kellini səfirliyə aparırdı. Hər gecə gəzintiyə çıxan müavinindən fərqli olaraq Kelli axşamlar çox nadir hallarda evi tərk edirdi və hər dəfə axşam saat 11-ə kimi mütləq qayıdırdı. Səhərlər hərdən bulvara gedirdi, bu zaman o başqa avtomobildən, “Dodge” markalı ağ maşından istifadə edirdi, o bu maşını qarajda saxlayırdı.
 Bizi heyrətləndirən o idi ki, bu peşəkar qatillər ölkəmizdə özlərini o dərəcədə təhlükəsiz hesab edirdilər ki, heç vaxt ehtiyat tədbirləri görmürdülər. Biz fikirləşirdik ki, axı onların mühafizəçiləri olmalıdır, lakin qətiyyən belə deyildi. Burda özlərini öz evlərində olduğu kimi təhlükəsiz hesab edirdilər. Bircə dindarların repressiyalara qarşı son mitinqindən sonra bir az qorxdular və evlərində gizləndilər. İki həftə, hətta istirahət günləri də Kelli evdən çıxmadı və avtomobilini əvvəllər tez-tez etdiyi kimi villanın qabağında səkiyə də qoymurdu.
 Bazar günü, avqustun 26-da Kelli saat 13.30-da şəhər mərkəzindəki restoranda atası ilə birlikdə günorta yeməyi qəbul etdi. Maşını özü sürürdü. O heç vaxt ehtiyat tədbirləri görmürdü, lakin həmişə yanından keçən adamlara diqqətlə baxırdı. Kelli boz şalvar və mavi yay köynəyi geymişdi. Maşını restorandan uzaqda qoyduğu, atası da yorulduğu üçün Kelli 500 metrə kimi gedib maşına əyləşdi və onu qocanın yanına sürdü.
 Noyabrın 11-də saat 18.30-da Kelli arvadı və daha bir qadınla hansısa yeni filmə baxmaq üçün Norveç səfirliyinin mədəniyyət mərkəzinə məxsus mini kino-teatra gəldi. Onlar buraya Kellinin ağ “Dodge” maşınında gəldilər. O maşını kino-teatrın yanında səkidə saxladı. Təxminən saat 22.00-da oradan çıxdılar. Həmin gecə “Qrand Çeroki” maşını evin baş giriş qapısının ağzında dayanmışdı və onlar saat 22.40 dəqiqədə evə gəldikdə, əməliyyatı həyata keçirmək üçün şərait ideal idi. Kelli “Dodge” maşınını qaraja qoyana qədər qadınların hər ikisi evə daxil oldular. Sonra Kelli qarajdan çıxıb qaranlıqda cipə tərəf 15 metr gedib onu bağa saldı. O gəzişərkən biz onun yanından keçdik və heç bir çətinlik çəkmədən onu güllə ilə vura bilərdik. Ətrafda heç kəs yox idi.
 Bütün bu təfərrüatları söyləməklə göstərmək istəyirəm ki, Kelli ölkəmizə gələndən sonra, hələ “Sel-info” qəzeti noyabr ayında onun agent olmasını ifşa etməsindən çox-çox əvvəl biz əməliyyat keçirmək qərarına gəlmişdik və onu izləməyə başlamışdıq.   
 Əməliyyatın özü aşağıdakı şəkildə keçmişdir. Media orqanlarının yazdığı kimi bizim istifadə etdiyimiz avtomobol nə “Mersedes”, nə də “Fiat” olub. Bu, dekabrın ayının əvvəlində şəhərətrafı qəsəbələrdən birində qəsb etdiyimiz 0-15 markalı Rusiya istehsalı olan maşın idi. Dekabrın 23-də axşam başa düşdük ki, Kelli evdə deyildir. Hər gün saat 19.30-dan sonra bağçada olan cip yerində yox idi, sürücünün avtomobili isə səki yanında dayanmışdı. Biz bu nəticəyə gəldik ki, Kelli sürücü ilə hansısda bir qəbula getmişdir. Maşında nə qədər adamın- iki, üç və ya dörd adamın olacağını bilmirdik, ancaq bizim fəaliyyət planımızda hər bir hərəkət nəzərə alınmışdı. Təxminən saat 21.00-da maşını küçənin başında solda, üzü Kellinin evinə tərəf saxladıq və gözləməyə başladıq. Biz bilirdik ki, o həmişə olduğu kimi bu yerin yanından keçəcəkdir və ən geci saat 23.00-a kimi gözləməyi qərara aldıq.
 Saat 22.30 radələrində biz qara cipi gördük. O, o tini burulub evə sarı dönəndə biz maşını işə salıb onun arxasınca getdik. Kellinin maşını bağın səkiyə perpendikulyar olan qapısı önündə dayandı. Sürücü maşından çıxdı. Sonra o bağın qapısını açmağa getdi. Biz maşınla gəlib küçənin sol tərəfində, cipin arxasında dayandıq. Bizdən maskalı üç nəfər maşından çıxdı. Sürücü bizi görüb çevrildi və soruşdu: “Nə lazımdı?”. Güllə atmalı olan yoldaşımız əmr etdi: “Əllər yuxarı!”. Elə bu an o maşından çıxan Kellinin dayandığı sağ qapıya doğru getdi. İkinci yoldaşımız Kellinin arvadını əlindəki lüləsi kəsilmiş tüfəng ilə hədələdi. Kelli villanın baş giriş qapısına qaçmasın deyə üçüncü yoldaşımız maşının sol tərəfindən dövrə vurdu. Güllə atmalı olan yoldaşımız Kelliyə daha yaxın gəlib yenidən əmr etdi: “Əllər yuxarı!”. Azərbaycan dilində danışmağı bacaran Kelli ingiliscə cavab verdi: “Nə olub?”. Yoldaşımız bu zaman fırlanan barabanı olan tapançadan üç atəş açdı. Birinci atəşdə Kelli yıxıldı. Sürücü atəş səsini eşidən kimi avtomobilin arxasına qısıldı. Kellinin arvadı səsini çıxarmayıb öz yerində qalmışdı. Biz cəld maşına əyləşib getdik. Sola gönüb bir neçə küçə getdikdən sonra yenidən sola döndük, bir az sonra isə sağa tərəf dönərək şəhərin qərb istiqamətində sakit küçələrin birində maşından düşdük. Maşındakı bütün şeylərimizi götürüb, oradan öz maşınımıza minib getdik.
 Nə qədər inandırıcı görünməsə də, polisin bu maşını tapmasına bir həftədən çox vaxt keçdi. Halbuki həmin maşın orda günlərlə nömrəsiz dayanıb durmuşdu. Şəhərin hay-küylü əsas küçələrindən biri ilə ötüb geçərkən onu görmək olurdu. Bir həftədən sonra maşının hələ də aparılmadığını görüb, aparıcı müxalifət qəzetlərinin birinin ünvanına email məktub atıb maşını təsvir etmək qərarına gəldik. Bu ona görə edilirdi ki, maşının sahibi onu geri ala bilsin. Biz maşında olan toy kasetlərini və mobil telefonu qabaq oturacağın altına qoymuşduq, bu barədə də həmin məktubda məlumat verdik, fikirləşdik ki, polis işçiləri onları götürüb deyə bilər biz oğurlamışıq. Ertəsi gün maşın hələ də yerində idi. Sonra küçədəki telefon köşkündən digər tanınmış müxalifət qəzetinin redaksiyasına zəng vurduq və ancaq bundan sonra polis maşın olan yerə gəldi.
 Polis öz bacarıqsızlığını gizlədirdi və etiraf etmək istəmirdi ki, günlərlə hansısa mücərrəd “Mersedes” və “Fiat”ı axtararkən bizim köhnə maşını tapa bilməmişdi. Biz redaksiyaya zəng etdikdən iki və ya üç gün sonra polis xəbər verdi ki, 0-15 maşın tapılmışdır, lakin terror zamanı məhz bu maşından istifadə edildiyinə əmin deyildir. Polis hətta bildirdi ki, maşının kim tərəfindən oğurlandığını bilmək üçün ona toxunmamış və tələ kimi saxlamışdır! Bu əməliyyatı keçirən adamların biz olduğunu təsdiq edən elektron məktub və telefon zəngləri barədə isə polis heç bir kəlmə də danışmadı.
 Əməliyyatı belə geniş təsvir etməklə göstərmək istəyirik ki, burada heç bir sirr yoxdur, hər şey çox sadə üsulla təşkil edilib həyata keçirilmişdi, bu əməliyyatı məhz biz- şiə oğulları həyata keçirmişdik. Əlbəttə, rezident Stiven Kellinin ad-soyad və ev ünvanının hadisədən bir ay qabaq “Sel-info” qəzetində dərc olunması üzərində cəmiyyətdə çox düşünürlər. Qərbyönümlü hüquq müdafiəçilərindən biri yazmışdı ki, “radikal fanatiklərin diplomata hücum etməsinin səbəbi elə budur”. Liberal camiənin narahatçılığı başa düşüləndir. Amma bir daha qeyd edirik ki, bizim Kellinin aradan götürməyimizlə o qəzet ifşası arasında heç bir əlaqə yoxdur.
 Bir çox xalqlar kimi bizim xalq da MKİ-nin fəaliyyətindən birbaşa və ya dolayısı zərər çəkmişdir. MKİ öz ölkəsini sevən, öz xalqı üçün çalışan çoxlu sayda dünya liderini öldürmüş və ya hakimiyyətdən salmışdır, yerinə isə ABŞ maraqları üçün çalışan marionetkaları təyin etmişdir. MKİ-nin törətdiyi siyasi qətllərin ardınca onun agentlərindən intiqam alınması bizcə təbii haldır. Əlbəttə ki qana qanla cavab vermək heç də həmişə düz olmaz, lakin MKİ-nin agenti vəzifə başında öldürülürsə, buna təəccüblənmək və ya kədərlənmək lazım deyildir. Şərə qarşı bir olaq! Haqq qalib gələcək.

Комментариев нет:

Отправить комментарий